Seneka Xalq - Wikipedia
Seneka_(xalq) - Haqqında Məlumat
Seneka (özünüadlandırma: tshoti-nondawaga və ya oneniuteronron; ing. seneca, nid. sinnekens; oneyda qəbiləsinin işlətdiyi mogikan sözünün təhrifidir) — İrokez Konfederasiyasının tayfalarından biri. Tayfanın öz adı "dağ adamları" deməkdir.[1]
Seneka | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Nyu-York ştatında Seneka gölünün və Cenesi çayının sahillərində yaşayırlar. Tayfa şurası Nundavao (indiki Neapol, Nyu-York ştatı) kəndində yerləşirdi. XVIII əsrdə onların yaşayış sahəsi Niaqara çayından Pensilvaniyadakı Allegeyni çayına qədər uzanırdı. Hal-hazırda Nyu York ştatındakı Tovananda, Kataroqa, Allegani və Oyl-Sprinqs rezervasiyalarında yaşayırlar. Bundan əlavə, az sayda Seneka tayfaları Oklahomada, eləcə də Kanadanın Ontario əyalətindəki Kayuqa tayfası ilə birlikdə yaşayırlar.
İstinadlar
redaktə- ↑ "Culture". Seneca Nation of Indians. 19 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2020.