Sen Lui Seneqal - Wikipedia
Sen-Luis və ya yerli dildə Ndar — Seneqalda şəhər. Seneqalın şimal-qərbində, Seneqal çayının mənsəbi yaxınlığında və Seneqalın paytaxtı Dakardan təxminən 320 km şimalda yeləşir. Şəhərin əhalisi 2005-ci ildə rəsmi olaraq 176,000 kimi dəyərləndirilib. Sen-Luis, paytaxt Dakara köçürüldüyü zaman 1673-cü ildən 1902-ci ilə qədər Seneqal Fransız koloniyasının, 1895-ci ildən 1902-ci ilə qədər isə Fransız Qərbi Afrikasının paytaxtı idi. Şəhər 1920-ci ildən 1957-ci ilə qədər qonşu Mavritaniya koloniyasını paytaxtı kimi də xidmət etmişdir.
Sen-Lui | |
---|---|
16°02′ şm. e. 16°30′ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1659 |
Mərkəzin hündürlüyü | 22 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
Rəsmi adı | Island of Saint-Louis |
Tipi | Mədəni |
Kriteriya | (ii), (iv) |
Tarixi | 2000 (24-cü sessiya) |
İstinad nöm. | 956 |
Ölkə | Seneqal |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Adlar
redaktəŞəhər 13-cü əsrdə Fransa kralı olan IX Lüdovikin (ing. Louis IX) şərəfinə Sen-Lui (fr. Saint-Louis) adlandırılmışdır.[1] Ad həmçinin dolayı yolla 1659-cu ildə, adanın məskunlaşıldığı dövrdə Fransada hakimiyyətdə olan kral XIV Lüdovikə də istinad edir.[1]
Adanın yerli və Fransız istilasından əvvəlki adı Ndar-dır və Volof dilində bir növ ada üçün istifadə edilir.[1]
Ndar Tout və ya Tout, Volof adının "Kiçik" və ya "Kiçik Sent Luis" mənasını verən fransızlaşmış bir formasıdır.[2]
Coğrafiya
redaktəSen-Luis, Seneqalın şimalında, Mavritaniya ilə sərhəddə, Seneqal açyında yerləşir. Uzunluğu 2 km (1.2 mil)-dən çox, genişliyi isə cəmi 400 m (1,300 ft) olan bu dar adada köhnə müstəmləkə şəhərinin mərkəzi mövcuddur.
Sen-Luinin üç xüsusiyyəti ona fərqli bir coğrafi görünüş veiri: Sahel, bataqlıqlar və Barbari dili.
Sahel
redaktəSen-Lui Sahel zonasında yerləşir. Buna görə də adanın landşaftı az sayda akasiya ağacları ilə xarakterizə olunur və quru mövsümdə qum fırtınaları baş verir.
Bataqlıqlar
redaktəBataqlıqlar, yağışlı mövsümdə çayın kənd ərazisinə axdığı zaman meydana gəlir və ərazidə qızılqaz və qutan kimi quşları cəlb edən manqrovlar uzanır.
Barbari dili
redaktəMavritaniyadakı 600 km (370 mil) uzunluğundakı Barbari dili Seneqal çayını Atlantik Okeanından ayırır. Buranın bitki örtüyü əsasən qumlu və duzlu torpaqlarda torpaq eroziyasının qarşısını almaq üçün yayılan Qatırquyruqyarpaq kazuarina ağaclarından ibarətdir.[3]
İqlim
redaktəSen-Luidə quraq iqlim hakimdir. Ərazidə yanlız iki fəsil: iyun-oktyabr ayları arasında istilik, rütubət və fırtına ilə xarakterizə olunan yağışlı mövsüm və noyabr-may aylarında sərin okean küləyi və Harmattan küləklərinin tozu ilə xarakterizə olunan quru mövsüm mövcuddur.[4] 2011-ci ildə çəkilmiş bir sənədli filmdə, Sen-Lui dəniz səviyyəsinin yüksəlməsi ilə ən çox təhdid edilən Afrika şəhəri olaraq təsvir edilmişdir.[5]
Mədəniyyət
redaktəMədəniyyət Sen-Luinin iqtisadiyyatının vacib bir hissəsini təşkil edir. Şəhər 19-cu əsr morfologiyasının böyük hissəsini qoruyub saxlayır və Baiya, Kartagena, Havana və Nyu-Orlean şəhərlərini xatırladır. Fərqli görünüşü, çoxsaylı tarixi abidələri, beynəlxalq musiqi festivalları və mədəniyyət sərgiləri sayəsində Sen-Lui hər il çox sayda turisti özünə cəlb edir.
Sen-Lui Qore adası ilə birlikdə Qərbi Afrikanın ən xarakterik Fransız müstəmləkə nöqtəsi olaraq qalır.
UNESCO-nun Ümumdünya irsi
redaktəSen-Luinin xarakterik müstəmləkə memarlığı, nizamlı şəhər planı v' Seneqal çayının mənsəbindəki bir adada yerləşməsi, Sen-Luiyə fərqli görünüş və 2000-ci ildən bəri Ümumdünya irsi səviyyəsinə qaldıran şəxsiyyət veiri. Sen-Lui adası Ümumdünya irsi siyahısına ii və iv meyarları əsasında yazılmışdır.
Kriteriya ii Tarixi Sen-Lui şəhəri Qərbi Afrikanın böyük bir hissəsində təhsil və mədəniyyət, memarlıq, sənətkarlıq və xidmətlərin inkişafına mühüm dəyərlər və təsir mübadiləsi nümayiş etdirir.
Kriteriya iv Qərbi Afrikanın keçmiş paytaxtı olan Sen-Lui adası, öz təbii şəraiti ilə səciyyələnən müstəmləkə şəhərlərinin görkəmli bir nümunəsidir və bu bölgədəki müstəmləkə hökumətinin tarixini göstərir.[6]
Qardaş şəhərlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Saint Louis and Segou (Sikoro): Broad Historical Sketches // Dofo Kow: History Matters, 12 February 2012, 31 March 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: 26 June 2020
- ↑ Coins d'Histoire // Ndar Ragne!, 2021-09-18 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-06-26.
- ↑ "PLANT FOR THE PLANET: THE BILLION TREE CAMPAIGN" (PDF). Unep.org. 2010-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ [1] [ölü keçid]
- ↑ "Earth Reporters: My City and Your City - OpenLearn - Open University". Open.edu. 2019-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-01.
- ↑ UNESCO World Heritage Centre. "Island of Saint-Louis - UNESCO World Heritage Centre". Whc.unesco.org. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.
- ↑ "O 1º Intercâmbio Econômico e Cultural Afro-Brasileiro possibilita negócios entre Senegal e Ceará". APRECE. 2006. 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-07-14.