Semit Hamit Dil Ailesi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Semit-hamit dil ailəsi –semit, Misir (hamit), liviyabərbər, kuş və çad budaqları ilə təqdim olunur. Semit budağı şimal və cənub qruplarına ayrılır. Onlardan birincisi akkat (babil-assur) dilindən ibarət olan şərq yarımqrupuna və xananey, finikiya, uqarit, moavit, qədim yəhudi və aramey dillərindən ibarət olan qərb yarımqruplarına ayrılır. İsraildə hazırda süni sürətdə qədim yəhudi dilini bərpa etməy çalışırlar.
Aramey dili b.e.ə VI əsrdən başlayaraq eramızın VI əsrinə qədər yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun qalıqlarına hazırda Livanda təsadüf edilir. Arameyin bir hissəsi aysor dili kimi bu günə qədər Rusiya, İraq, İran və Türkiyədə saxlanılır. Semit dillərinin cənub qrupu ərəb və efiopiya dilləri ilə: amxar, tiqre, tiqrinye ilə təmsil olunmuşdur. Köhnə həbəş dili-gez hazırda kilsə dili kimi saxlanılır.
Qədim, orta və yeni Misir dilləri Misir budağına aiddir. Ərəb dili yayılana qədər Misir əhalisi əsasən kopt dilində danışırdılar.
Liviya-bərbər budağına: liviya (ölü), bərbər, numidiya və quanc (Kanar adalarında), tuareq, kabil, rif və zenaq dilləri daxildir.
Kuş dillərində şimal-şərqi Afrikanın əhalisi danışır. Onlardan ən çox yayılanı: qalla, somali, afar və bedauedir.
Çad budağının ən böyük dili hausadır.
Semit-hamit dillərinin hamı tərəfindən qəbul edilən vahid bir təsnifatı yoxdur. Bir çox alimlər bu dil ailəsini beş deyil, iki budağa semit və hamit budaqlarına ayırır və liviya-bərbər, kuş və çad budaqlarını da axırıncıya birləşdirirlər.
Mənbə
redaktəQuliyeva N. ETNOQRAFİYA VƏ ETNOLOGİYA. Bakı,2009.