Semih Yalcin - Wikipedia
Semih Yalçın (1958, Gəmərək, Sivas ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.[1]
Semih Yalçın | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
28 iyun 2011-ci ildən | |
Seçki dairəsi | 2011 — Qaziantep iyun, 2015 — İstanbul (1.) noyabr, 2015 — İstanbul (1.) 2018 — İstanbul (1.) 2023 — İstanbul (1.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1958 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dövlət qulluqçusu, siyasətçi |
Həyatı
redaktəSemih Yalçın 1958-ci ildə Sivas ilinin Gəmərək ilçəsində anadan olub. Ankara Universiteti Dillər, Tarix və Coğrafiya Bölməsindən məzun olub. Ankara Universitetinin Tarix İnstitutunda magistr, Ərciyəs Universitetinin Sosial Elmlər İnstitutunda isə PhD dərəcələri alıb.[1]
Qazi Universitetinin Elm və Ədəbiyyat Bölməsində yardımçı dosent, dosent və professor elmi adları alıb. Təhsil Elmləri İnstitutunun rəhbəri, İncəsənət və Elmlər Bölməsinin Tarix şöbəsinin müdiri vəzifələrində çalışıb, bir müddət səhiyyə nazirinin müşavirinin müavini olub. Kitabları və məqalələri dərc olunub.[1]
Uzun illərdir MHP üzvüdür. MHP sədrinin müavinidir.[1]
2011-ci ildə Qaziantep ilindən, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə isə İstanbul ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü, TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifələrində təmsil olunub.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 TBMM. "Edip Semih YALÇIN". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.