Sefalosporinler - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sefalosporinlər — Sefalosporinlər β-laktamlara aiddir . Yüksək effektivlik və aşağı toksikiliyə görə sefalosporinlər bütün antimikrob dərmanlar arasında kiniki istifadə tezliyi üzrə ilk yerlərdən birini tuturlar. Sefalosporinlərlə penisillinlərin struktur oxşarlığı eyni antimikrob təsir mexanizminin və bəzi pasiyentlərdə çarpaz allergiyanın olmasına səbəb olur. Sefalosporinlər bakteresid təsir göstərirlər.
Göstərişlər
redaktəI nəsil sefalosporinlər
Sefazolin: ► Cərrahiyyədə əməliyyatönü profilaktika ► Dəri və yumşaq toxumaların infeksiyaları Sefaleksin və sefadroksil: ► Streptokok tonzillofaringiti (ikinci sıra DV-ni) ► Dəri və yumşaq toxumaların yüngül və orta ağırlıqlı xəstəxanadan kənar infeksiyaları
II nəsil sefalosporinlər:
Sefuroksim: ► Hospitalizasiyaya ehtiyac olan xəstəxanadan kənar pnevmoniya ► Dəri və yumşaq toxumaların xəstəxanadan kənar infeksiyaları ► SÇY-ın infeksiyaları (orta və ağır dərəcəli pielonefrit) ► Cərrahiyyədə əməliyyatönü profilaktika Sefuroksim aksetil, sefaklor: ► YTY-nın və aşağı tənəffüs yollarının (ATY) infeksiyaları ► SÇY-ın infeksiyaları ► Dəri və yumşaq toxumaların yüngül və orta dərəcəli xəstəxanadan kənar infeksiyaları Sefuroksim və sefuroksim aksetili pilləli terapiya şəklində istifadə etmək olar.
III nəsil sefalosporinlər:
Sefotaksim, seftriakson: ► Xəstəxanadan kənar infeksiyalar ► Kəskin qonoreya ► Kəskin orta otit (seftriakson) ► Ağır xəstəxanadan kənar və nozokomial infeksiyalar ► ATY-nın infeksiyaları ► SÇY-ın infeksiyalarının ağır formaları ► Dərinin, yumşaq toxumaların, sümüklərin, oynaqların infeksiyalarının ağır formaları ► İntraabdominal infeksiyalar ► Kiçik çanaq orqanlarının infeksiyaları ► Generalizə olunmuş salmonellyoz ► Meningit ► Sepsis Seftazidim, sefoperazon: ► P.aeruginosa və digər ferment hasil etməyən mikroorqanizmlərin təsdiq edilmiş və ya ehtimal edilən etioloji rolu zamanı müxtəlif lokalizasiyalı ağır xəstəxanadan kənar və nozokomial infeksiyalar. ► Neytropeniya və immunodefisit fonunda olan infeksiyalar (o cümlədən neytropenik qızdırma). III nəsil parenteral sefalosporinlərinin həm monoterapiya, həm də digər qrup AMDV ilə kombinasiya şəklində tətbiqi mümkündür. Sefiksim, seftibuten: ► SÇY-ın infeksiyaları ► Müxtəlif ağır xəstəxanadan kənar və nozokomial qrammənfi infeksiyalar zamanı parenteral DV-lərin tətbiqindən davamlı effektə nail olduqdan sonra pilləli terapiyasının peroral mərhələsi. ► YTY-nin və ATY-nin infeksiyaları (mümkün olan pnevmokok etiologiya zamanı seftibuteni tətbiq etmək məsləhət deyil) Sefoperazon/sulbaktam: ► Polirezistent və qarışıq (aerob-anaerob) mikroflora ilə törədilən ağır, başlıca olaraq nozokomial infeksiyalar:
- Intraabdominal infeksiyalar və kiçik çanaq orqanlarının infeksiyaları
- ATY-nın infeksiyaları (pnevmoniya, ağciyər abssesi, plevranın empieması)
- SÇY-ın ağırlaşmış infeksiyaları
- Sepsis
► Neytropeniya və digər immunodefisit vəziyyətlər fonunda infeksiyalar.
IV nəsil sefalosporinlər:
► Polirezistent mikroflora ilə törədilən ağır, başlıca olaraq, nozokomial infeksiyalar:
- ATY-nın infeksiyaları (pnevmoniya, ağciyər absesi, plevranın empiyeması)
- SÇY-ın ağırlaşmış infeksiyaları
- dərinin, yumşaq toxumaların, sümüklərin və oynaqların infeksiyaları
- intraabdominal infeksiyalar
- sepsis
► Neytropeniya və digər immunodefisit vəziyyətlər fonunda infeksiyalar.[1]
İstinadlar
redaktə- ↑ "ANTİMİKROB DƏRMAN VASİTƏLƏRİNİN İSTİFADƏSİ ÜZRƏ KLİNİK PROTOKOL,Bakı-2009" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-09-29.