Sed - Wikipedia
Sed (stream editor) – mətn verilənlərinin ardıcıl axınına qabaqcadan müəyyən olunmuş müxtəlif mətn çevirmələri tətbiq edən mətn redaktoru (eləcə də proqramlaşdırma dili). İlkin variantı 1973-74-cü illərdə Bell Labs əməkdaşı Li Makmahon (Lee E. McMahon) tərəfindən UNIX-utilit kimi yazılıb. Hazırda sed faktiki olaraq komanda sətri ilə işi dəstəkləyən istənilən əməliyyat sistemində işləyir. Olduqca dolaşıq proqram olsa da, çox güclüdür.
Sed | |
---|---|
Tipi | kompyuter proqramları, skriptləşdirmə dili |
Əməliyyat sistemi | Unix bənzəri |
Yayımlanma tarixi | 1974 |
sed giriş axınını (adətən, fayl) sətirbəsətir qəbul edir, sed-skriptlə müəyyən olunmuş qaydalara uyğun olaraq hər bir sətri redaktə edir və nəticəni çıxış axınına verir. Tez-tez sed qeyri-interaktiv mətn redaktoru hesab olunur. Adi mətn redaktorları öncə sənədin bütün mətnini yükləyir, sonra isə komandaları bir-bir ona tətbiq edir. Bundan fərqli olaraq, sed öncə komandalar toplusunu özünə yükləyir, sonra isə bütün komandaları mətnin hər bir sətrinə tətbiq edir. Eyni anda yaddaşda yalnız bir sətir ola bildiyindən, sed istənilən böyüklükdə mətn fayllarını emal edə bilər. Super-sed (ssed) adlı genişləndirilmiş versiyası vardır.
sed 's/regexp/replacement/g' inputFileName > outputFileName
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,759 s.