Seans Film 1988 - Wikipedia
Seans_(film,_1988) - Haqqında Məlumat
Seans | |
---|---|
Janr | dram |
Rejissor | Firəngiz Qurbanova |
Ssenari müəllifləri |
Leyla Səfərova Firəngiz Qurbanova |
Baş rollarda |
Nuriyyə Əhmədova — şlyapalı qadın Davud İmanov — kişi |
Operatorlar |
Kənan Məmmədov Rafiq İsmayılzadə |
Rəssam | Firəngiz Qurbanova |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1988 |
Müddət | 10 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca (mətnsizdir) |
Texniki məlumatlar |
1 hissə 283 metr 35 mm |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Məzmun
redaktəFilmin müəllifləri həbs düşərgələrində olmazın əzablara məruz qalmış insanın yaddaşı vasitəsilə dəhşətli müharibənin zorakılığını göstərməyə çalışmışlar. Müəlliflər belə bir nəticəyə gəlirlər ki, insan gözəllik və xoşbəxtlik üçün yaranıb, müharibə isə insanlara əzab və müsibət gətirir.
Film haqqında
redaktəQuraşdırma çəkilişləri üsulunda yaradılmış filmdə əsasən bədii və sənədli kadrlardan istifadə edilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifləri: Leyla Səfərova, Firəngiz Qurbanova
- Rejissor: Firəngiz Qurbanova
- Quruluşçu rəssam: Firəngiz Qurbanova
- Operatorlar: Kənan Məmmədov, Rafiq İsmayılzadə
- Səs operatoru: Yevgeni Terexov
- Musiqi redaktoru: İsmayıl Dadaşov
- Rəssam: Elman Mirzəyev
- Rejissor assistenti: Zəkiyyə Mahmudova
- Redaktor: Ədhəm Qulubəyov
- Montaj edən: Rəfiqə İbrahimova (R.İbrahimova kimi)
- Filmin direktoru: O.Əliyev
Rollarda
redaktə- Nuriyyə Əhmədova — şlyapalı qadın
- Davud İmanov — kişi
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 316.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.