Scardinius Erythrophthalmus - Wikipedia
Qızılüzgəc (lat. Scardinius erythrophthalmus) — qızılüzgəclər cinsinə aid balıq növü. Az saylı, yerli (aborigen) növdür.
Qızılüzgəc | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: ???: Qızılüzgəc |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Xarakterik morfoloji əlamətləri
redaktəAğzı başın ucunda yerləşir və yuxarıya doğru yönəlmişdir. Üzgəcləri tünd qırmızı rəngdə olur. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Azərbaycan sularından ovlanmış qızılüzgəclərin uzunluğu 33 sm-ə, kütləsi isə 590 q-a qədər olur. [2]
Yaşayış yeri və həyat tərzi
redaktəŞirin su balığı olub çaylarda, su anbarlarında, şirinsulu körfəz və limanlarda yaşayır. Orta ömrün uzunluğu 6 ilə qədər olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetgin fərd şəklində olur.
Yayılması
redaktəAzərbaycanda Kür çayı hövzəsində Yevlaxa qədər olan göllərdə, [Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində, Yalama–Xudat arasındakı çaylarda, su anbarlarında yayılmışdır[3].
Sayı və limit faktorları
redaktə11 yarımnövü vardır. Azərbaycanda 1 növü (Scardinius erythrophthalmus) yaşayır. Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.
Cinsi statusu və çoxalma xüsusiyyətləri
redaktəÇoxalması kürüləmə yolu ilə olur. Kürüsünü hissə-hissə su bitkiləri üzərinə tökür. Kürüləməsi suyun temperaturu 17.0 - 18.0 C° olduqda baş verir. Çoxalması aprel aylarının sonlarından may ayının sonralarına qədər davam edir. Reproduktivliyin forması kürü şəklində olur. Məhsuldarlığı 36.8 minlə 147.0 min ədəd kürü arasında dəyişir. Reproduktivliyin periodu ildə bir dəfə olmaqla hər il, generasiyaların sayı orta ömrün uzunluğundan asılı olaraq 4-5 dəfə olur.
Rasionu
redaktəQidasını yosunlar, ali su bitkiləri, balıq kürələri, su cücüləri və onların körpələri təşkil edir.
Biomüxtəliflikdə rolu
redaktəBiomüxtəlifliyin bir kompanentidir, yosunlar, su bitkiləri, su onurğasızları və s. ilə qidalanır, özü isə yırtıcı balıqların, sürünənlərin və balıqyeyən quşların qidasını təşkil edir[4].
İnsan həyatına təsiri
redaktəƏmtəə keyfiyyəti olsa da, azsaylı olduğundan vətəgə əhəmiyyəti daşımır. Ziyanvericilik xüsusiyyətləri yoxdur.
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri
redaktəBalıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
- ↑ Кулиев З.М. Рыбы Залива Кирова Каспийского моря. Баку, Элм, 1989, 184 с.
- ↑ Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s. 96 -99.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s. 96 -99.
- Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
- Кулиев З.М. Рыбы Залива Кирова Каспийского моря. Баку, Элм, 1989, 184 с.