Savoyyali Blans - Wikipedia
Savoyyalı Blanş (it. Bianca di Savoia) (1472[1], Kazale-Monferrato[d], Pyemont – 30 mart 1519, Turin) — Savoyya hersoqu I Çarlzın xanımı, Savoyya hersoqinası. Atası Montferat markizi VIII Uilyam, anası isə Milan hersoqu I Françesko Sforzanın qızı Elizabet Sforzadır.
Monferratlı Byanka | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1472[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 30 mart 1519 |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
1 aprel 1485-ci ildə Savoyya hersoqu I Çarlzla evləndirildi və bu nikahdan 2 övladı dünyaya gəldi. Ərinin 1490-cı ildə ölümü və 1 yaşlı oğlunun hersoq elan edilməsinin ardından Blanş taxt naibi təyin edildi. Naibliyi dövründə Fransa ilə dost münasibətlər saxlanıldı. Hətta Fransa kralı VIII Çarlza və ordusuna İtaliyanı və Neapolu işğal etdiyi səfəri əsnasında hersoqluğun ərazisindən keçməyə icazə verildi.
Ancaq oğlunun 6 yaşında ikən yatağından düşərək ölməsi nəticəsində taxt boş qaldı. Səltənət ərinin əmisi olan Savoyyalı Filippin əlinə keçdi. Ancaq II Filipp taxt iddiasını gücləndirmək məqsədilə varisi olan 16 yaşlı oğlu Filiberti mərhum hersoq I Çarlz və Blanşın 9 yaşlı qızı Yolanda ilə evləndirdi. Ancaq 2 il sonra Yolanda vəfat etdi və beləcə Blanşın soyu kəsilmiş oldu.
1518-ci ilin dekabrında səhhəti pisləşən Savoyyalı Blanş vərəm xəstəsi idi və uzun sürən xəstəliyin ardından 30 mart 1519-cu ildə vəfat etdi.
Mənbə
redaktə- Denieul-Cormier, Anne (1968). A Time of Glory: The Renaissance in France, 1488–1559. Doubleday & Company, Inc.
- Jansen, S. (2002). The Monstrous Regiment of Women: Female Rulers in Early Modern Europe. Palgrave Macmillan.
İstinadlar
redaktə- ↑ 1 2 Blanche de Montferrat, Duchess of Savoy // Collective Biographies of Women (ing.).