Sarvan Samiloglu - Wikipedia
Bu məqalədə müəllif tərəfindən yayımlanan mənbələrdən istifadə edildiyi güman olunur. |
Sarvan Şamiloğlu (18 sentyabr 1955, Ağdam – 17 iyul 2014, Bakı) — Azərbaycan jurnalisti
Sarvan Şamiloğlu | |
---|---|
Sarvan Şamil oğlu Ağayev | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Ağdam |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Yeganə Ağayeva |
Uşaqları | Şamil Ağayev, Adil Ağayev |
Atası | Şamil Ağayev |
Anası | Zərifə Ağayeva |
Təhsili | ali |
Fəaliyyəti | jurnalistika |
Əsərlərinin dili | Azərbaycan dili |
Həyatı
redaktəSarvan Şamil oğlu Ağayev 18 sentyabr 1955-ci ildə Ağdamda anadan olmuşdur. Ağdam şəhər 2 saylı orta məktəbdə oxumuş, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti)ali təhsil almışdır.
Sarvan Şamiloğlu ali təhsilini başa vurduqdan sonra Ağdamda 136 saylı Texniki peşə məktəbində komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. O, 1990-cı ilin fevral ayından ömrünün sonuna kimi "Qarabağ"qəzetində işləmişdir. "Qarabağ"qəzetində müxbirlikdən baş redaktorun müavinliyinə qədər şərəfli yaradıcılıq yolu keçmişdir.
Sarvan Şamiloğlu 1992 ildə Jurnalistlərin Azad Həmkarlar İttifaqının təsis etdiyi "Zəfər" mükafatına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci tarixli sərəncamı ilə milli mətbuatımızın 130 illik yubileyi münasibətilə Sarvan Şamiloğlu “Tərəqqi” medalına layiq görülmüşdür.
Sarvan Şamiloğlu 17 iyul 2014-cü Bakıda faciəli şəkildə həlak olmuşdur.
Yaradıcılığı
redaktəSarvan Şamiloğlunun jurnalistikaya gəlişi 60-cı illərin sonlarından - orta məktəb illərindən başlayır. Onun pioner drujinasının fəaliyyətindən, məktəbli dostlarının uğurlarından bəhs edən məqlələri "Pioner" jurnalında, "Lenin yolu" (indiki "Ağdam" qəzeti) qəzetində çap olunmuşdur.
Sarvan Şamiloğlunun "Qarabağ"qəzetində işlədiyi 24 illik fəaliyyəti dövründə xalqımızın başına gətirilən müsibətlərin, faciələrin ictimaiyyətə çatdırılmasında böyük xidməti olmuşdur. Onun köçkünlərimizin ağır həyatından, Qarabağ həqiqətlərindən bəhs edən yazıları bu gün də öz aktuallığını saxlamaqdadır.
Əsərləri
redaktə- Şəhid şəhərin şəhid oğulları (Ağdam). Bakı, 1994
- Qandan göyərən yollar. Bakı, 2001
Mənbə
redaktə- Ağdamım-qibləgahım. (Tərtibçi:Surxay Əlibəyli). (I kitab). Bakı, 2001