Sarkis Hatspaniyan - Wikipedia
Sarkis Hatspaniyan (erm. Սարգիս Հացպանյան; 12 fevral 1962, İskəndərun, Hatay ili, Türkiyə – 20 yanvar 2018) — Türkiyə ermənilərindən olan jurnalist, hüquq müdafiəçisi və siyasi xadim. Sarkis Hatspaniyan Qarabağ müharibəsində və xüsusi ilə Kəlbəcər döyüşündəki fəallığı ilə tanınır.
Sarkis Hatspaniyan | |
---|---|
erm. Սարգիս Հացպանյան | |
Doğum tarixi | |
Doğum yeri | İskəndərun, Türkiyə |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Lion, Fransa |
Vətəndaşlığı |
Türkiyə Fransa Ermənistan |
Milliyyəti | erməni |
Təhsili | Sarbonna Universiteti |
Fəaliyyəti | ictimai xadim, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Fransa ermənilərinin müxtəlif təyinatlı yardımlarını işğalı olunmuş Azərbaycan torpaqlarına çatdırılılmasına rəhbərlik etmişdir. 2008-ci ildə İrəvan şəhərində baş vermiş kütləvi iğtişaşlardakı iştirakına görə Ermənistan məhkəməsi tərəfindən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Həyatı
redaktəSarkis Hatspaniyan 1962-ci ilin 12 fevral tarixində Türkiyənin Hatay bölgəsinə bağlı İskəndərun şəhərində anadan olmuşdur. Orta məktəbi Aqos qəzetinin 2007-ci ildə öldürülmüş baş redaktoru Hrant Dinklə birgə oxumuşdur. 1980-ci ildə Türkiyədə baş vermiş hərbi çevirilişdən sonra Fransaya mühacirət etmiş və Paris şəhərində yaşayaraq Fransa vətəndaşlığı almışdır. Sarbonna Universitetində idarəetmə faklütəsini bitirən Hatspaniyan 1990-cı ildən etibarən Ermənistana müntəzəm səfərlər etməyə başlamışdır.
Solçu olan Hatspaniyan bütün çıxışlarında Kürd Fəhlə Partiyasının (PKK) addımlarını dəstəkləyib. Sonrakı dövrlərdə isə Hatspaniyanın PKK çıxışlarının yerini Səlahəddin Dəmirdaşın rəhbərlik etdiyi Xalqların Demokratik Partiyası əvəz edib.
2008-ci ildə İrəvanda baş vermiş kütləvi iğtişaşların əsas təşkilatçılılarından biri olduğuna görə Ermənistan məhkəməsi tərəfindən 3 il, 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, ancaq cəzasını tam çəkmədən sərbəst buraxılmışdır.[1][2]։
Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən jurnalist 2017-ci ildən etibarən Lyon şəhərində yerləşən xəstəxanaların birin də, müalicə olunmaqda idi. Sarkis Hatspaniyan 2018-ci ilin 20 yanvar tarixində, 56 yaşında olarkən yaşadığı Fransanın Lyon şəhərində vəfat etmişdir.[3]
Qarabağ müharibəsində iştirakı
redaktəQarabağ müharibəsinin şiddətlənməsindən sonra Erməni diasporasının bir çox nümayəndələri müharibədə iştirak etmək üçün əvvəlcə Ermənistana və oradanda da Dağlıq Qarabağ bölgəsinə keçmişdilər. Ermənilərin gəldiyi ölkələr arasında Livan və Fransa xüsusi yer tutmuşdur. Livan ermənilərinin döyüş bölgəsinə tranfer edilməsi və onların lazım olan döyüş təhcizatı ilə təmin olunması ilə Jirayr Səfilyan məşğul olmuşdur. 1990-cı illərdə, artıq Fransa vətəndaşı olan Sarkis Hatspaniyan varlı Fransa ermənilərinin maddi yardımlarını Dağlıq Qarabağdakı ermənilərə çatdırmışdır.
Hatspaniyan 1993-cü ildə baş vermiş Kəlbəcər döyüşündə iştirakçısıdır və rayon mərkəzinin ələ keçirilməsində fəallıq göstərmişdir. 2010-cu ildə yayılmış video görüntülərdə, Hatspaniyanın Kəlbəcər rayonunun mərkəzi meydanında çıxış etdiyi və daha sonra əsir götürülmüş bir azərbaycanlı qadınla söhbətləşdiyi görüntüləri yayılmışdır. Daha sonra yaşlı azərbaycanlı qadınla çəkdirdiyi foto Frans Press agentliyi başda olmaqla bir sıra məşhur dünya KİV-lərinə ötürülür.
Sonradan Qarabağla bağlı ermənilərin çəkdiyi "Ana əlləri" filmində çıxış edən Hatspaniyan guya azərbaycanlılara yaxşı davrandıqlarını və bu əsirləri azərbaycanlıların özlərinin Kəlbəcərdə atıb getdiyini deyir. Lakin indiyə qədər həmin əsirlərin taleyindən heç bir xəbər yoxdur.
Eyni zamanda Türkiyə vətəndaşı olan Hastpaniyan Qarabağ müharibəsində törətmiş olduğu cinayətlərə görə heç bir zaman mühakimə olunmamışdır. Qarabağ müharibəsindən sonra Fransa, Türkiyə və Ermənistan arasında tez-tez səfərlər edən jurnalist 1915-ci il hadisələri ilə bağlı Türkiyədə fəaliyyət göstərmiş və əsasən Erməni soyqırımı iddialarının tanınması üçün çalışmışdır.
ASALA terror təşkilatının təbliğatını aparması
redaktəSarkislə bağlı digər mühüm məqam onun erməni soyqırımı və erməni terror təşkilatları ilə bağlı səsləndirdiyi fikirlərdir. Hatspaniyan öz Facebook səhifəsindəki statuslarından birində ASALA terror təşkilatına haqq qazandırmağa çalışır. ASALA-nın 24 sentyabr 1981-ci ildə Türkiyənin Parisdəki Baş Konsulluğuna hücumunu xatırladan Hatspaniyan bu sözləri yazır:
12 sentyabrdan sonra onlarla türk və kürd təşkilatının onminlərlə nümayəndəsi faşist T.C. (Türkiyə Cümhuriyyəti – red.) zindanlarında ağır işgəncələrə məruz qalarkən, öz təşkilatlarının hansısa birindən heç bir səs belə eşitmədilər. 24 sentyabr 1981-ci ildə Parisdəki T.C. Konsulluğunu ələ keçirən erməni inqilab təşkilatı ASALA-nın Van əməliyyatını həyata keçirən 4 igidi 5 türk, 5 kürd, 5 erməni siyasi məhbusun sərbəst buraxılmasını tələb etmişdilər. |
Məhz ASALA-nın bu hücumu nəticəsində Türkiyə Baş konsulu yaralanır və bir nəfər türk vətəndaşı həlak olur. Sonradan binanı tutan ASALA-nın 4 üzvü həbs edilir və yeddi il cəza alırlar.
1996-cı ildə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın icazəsi ilə Hatspaniyana ölkədə qalmaq izni verilir. Lakin eks prezident Robert Köçəryan onun ölkəni tərk etməsi üçün beş gün vaxt verir. Hatspaniyan bunu yerinə yetirmir. 2008-ci il mitinqlərində Serj Sarkisyan rəhbərliyinin erməni xalqına qarşı sərt davranışını dilə gətirməsi Hatspaniyanın həbs olunması ilə nəticələnir. 2011-ci ildə azadlığa çıxdıqdan sonra 2013-cü ildə Ermənistan vətəndaşlığı verilir.
Sarkis həm də azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının əsas inkarçılarından sayılır. Daha çox türk dilində yazılar yazan Sarkis Xocalı soyqırımının guya ermənilər tərəfindən törədilmədiyini və Azərbaycanla Türkiyənin təbliğatının bir hissəsi olduğunu vurğulamışdır.
İstinadlar
redaktə- ↑ "Նախագահի համաներման անարդար կիրառությունը. տեսանյութերը փաստում են, որ կալանավոր Հացպանյանը պատերազմի մասնակից է". Ankakh.com. սեպտեմբերի 24, 2009 թ. 2010-02-09 tarixində orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: սեպտեմբերի 18, 2015 թ..
- ↑ "Arxivlənmiş surət". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-08.
- ↑ "Մահացած է Սարգիս Հացպանեանը". 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: հունվարի 20, 2018 թ..
Xarici keçidlər
redaktə- Video — Neo Dədə Qorqud səhifəsi tərəfindən tərcümə edilmiş Ana Əlləri (erm. մոր ձերքերը) sənədli filmi. Filmdə Sarkis Hatspaniyanın Qarabağ müharibəsindəki iştirakı əks olunmuşdur.