Sarkis Araratyan - Wikipedia
Sarkis Şahnazaroviç Araratyan (erm. Սարգիս Արարատեան; 1 oktyabr 1886, Nuxa – 1943, Buxarest) — 1919–1920-ci illərdə Birinci Ermənistan Respublikasının maliyyə naziri, 1920-ci ildə isə sosial müdafiə naziri vəzifələrində çalışmış erməni siyasətçisi.
Sarkis Araratyan | |
---|---|
erm. Սարգիս Արարատեան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 oktyabr 1886 |
Doğum yeri | |
Vəfat tarixi | 1943 |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, kimyaçı |
Dini | Erməni Həvari kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Sarkis Araratyan ixtisasca kimyaçı olmaqla yanaşı, ictimai xadim, dövlət və görkəmli siyasətçi, Daşnaksutyunun üzvü idi. Bakıda yaşamış və erməni milli həyatında fəal iştirak etmişdir.
Riçard Hovanisyan "Ermənistan Respublikası. II cild" kitabında Araratyanı belə təsvir etmişdir:[1]
Digər daşnak ziyalılar kimi, Araratyan da müəllim, redaktor və sahə işçisi kimi fəaliyyət göstərmişdir. Kəskin mütəfəkkir hesab olunduğu üçün yüksək vəzifəli yoldaşlar onunla tez-tez məsləhətləşirdilər. İran Məşrutə inqilabı zamanı Təbrizdə dərs deyirdi və burada fars-erməni inqilab lideri Yeprem xan ilə sıx əlaqədə idi. Daha sonra o, Daşnaksutyunun mərkəzi orqanı olan Droşak idarəsində Mikael Varandyanla əməkdaşlıq edrək Cenevrə Universitetində kimya üzrə doktorluq dərəcəsi qazanıb. Qafqaza qayıtdıqdan sonra Araratyan əvvəlcə erməni könüllü alaylarından birinə təbliğatçı kimi qoşulub, sonra 1918-ci ildə Bakının müdafiəsində iştirak edib. İndi, otuz üç yaşında, o, Ermənistan Respublikasının böyük maliyyə və təminat problemlərini öz üzərinə götürüb. |
1918-ci ildə Bakı Şəhər Sovetinə seçilib və Bakının gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün İrana göndərilib.
1918-ci ilin sonlarında Ermənistan müstəqillik əldə etdikdən sonra İrəvana köçüb. 1919-1920-ci illərdə Araratyan Daşnaksutyun Bürosunun üzvü, parlamentin üzvü seçilib. Maliyyə naziri, eyni zamanda ehtiyatlar naziri (avqust 1919-may 1920) vəzifələrində çalışmışdır. 1920-ci ilin may-dekabrında Yardım və Yenidənqurma Naziri olmuşdur. 1920-ci ildə İrəvanı tərk edib, Rumıniyanın paytaxtı Buxarestə köçmüşdür.[2][3]
İstinadlar
redaktə- ↑ Hovannisian, Richard G. The Republic of Armenia. Berkeley: University of California Press. 1971–1996. 18. ISBN 0-520-01805-2. OCLC 238471. 2009-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
- ↑ "Sargis Araratyan - Encyclopaedia Orientica". February 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2016.
- ↑ "Ministry of Finance". August 24, 2016. August 26, 2016 tarixində orijinalından arxivləşdirilib.