Saridag Culfa Rayonu - Wikipedia
Sarıdağ — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ.
Sarıdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1181,8 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Əlincəçayın aşağı axınında, onun dərəsinin sağ yamacında, Qızılca kəndindən 3,5 km cənub-şərqdədir. Hündürlüyü 1181,8 m-dir. Cənub-qərb yamacı sıldırımdır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən cənub-qərbə uzanan Çaşırdağ ayrılmasının qurtaracağında zirvə. Əlincəçayın sağ sahilində, Ərəzin kəndindən 2,6 km şimal-şimal-şərqdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst hissəsinə aid Ərəzin lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub və şərq yamacları sıldırımlı yüksəklikdir. Qərb yamacında şimal-şərq istiqamətdə uzanan Orta Miosen yaşlı subqələvi qabbroid tərkibli subvulkanik kütlə açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ antiklinalının Naxçıvan qoyulma çökəkliyinin hüdudlarına izlənilən şimal-qərb periklinal hissəsinin maili cənub-qərb qanadında yerləşir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.