Sari Rododendron - Wikipedia
Sarı rododendron (lat. Rhododendron luteum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B2ab(ii,iii,iv,v). Azərbaycanın nadir növüdür.
Sarı rododendron | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Sarı rododendron |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yayılması
redaktəBelarus, Ukrayna, Rusiya (Dağıstan), Polşa, Avstriya, keçmiş Yuqoslaviya, Yunanıstan, Türkiyə və Qafqazda (Gürcüstan) təbii halda yayılmış .
Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Böyük Qafqazın qərb hissəsində (Zaqatala rayonu-subalp qurşağı, Balakən Dövlət Qoruğunun ərazisi, Blakən rayonu – Katexçay boyunca) yayılmışdır. Zaqatala və Balakən rayonlarında dəniz səviyyəsindən 2200 m hündürlükdə rast gəlinir. Azərbaycanın nadir bitkilərindəndir (CR B2ab(ı,ıı,ııı,ıv)) və Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Azərbaycanda mədəni halda az becərilir.
Çay kənarlarında işıqlı, rütubətli yamaclarda yayılmışdır. Dəniz səviyyəsindən 2000 m hündürlükdə, yarpaqlı meşələrdə və açıq talalarda bitir, çox vaxt kolluqlar əmələ gətirir.
Bioloji xüsusiyyətləri
redaktəCavan zoğları vəziciklidir. Yarpaqları uzunsov və ya uzunsov-tərsinə yumurtavari, tündyaşıl, uzunluğu 5,5-12 sm və eni 2-3,8 sm, kənarları tükcüklüdür. Cavan yarpaqları hər iki tərəfdən yumşaq tükcüklü, sonradan çılpaqdır. Payızda rəngi sarı, narıncı və ya qırmızıdır. Çiçəkləri çox vaxt ətirli, güclü qoxusu vardır. Çiçəkləri 7-12 ədəd çətirşəkilli çiçək qruplarında yerləşir, çiçək tacı sarı və ya narıncı-sarı, üstü vəzicikli, ensiz silindrik borucuqlu olub diametri 6 sm-dən, kasacığı bünövrəyədək xətvari-lansetvari vəzicikli hissələrə bölünmüşdür. Erkəkciklərinin sayı 5-dir. Meyvələri uzunluğu 2,5 sm-ədək olan silindrik qutucuqlardır. Hər il aprel-may aylarında (təxminən 30 gün, bəzən 38-60, yarpaqlar açılmazdan əvvəl və ya həmin dövrdə) çiçəkləyir. İşıqsevəndir, ancaq az kölgələnməni sevir. Qışa davamlıdır, Oktyabrın axırlarında meyvəsi yetişir.
Generativ və vegetativ yolla çoxalır.
Sayı və tendensiyası
redaktəPopulyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur. Təbii ehtiyatının dəyişilməsi səbəbi başlıca olaraq insan fəaliyyətidir.
Məhdudlaşdırıcı amillər
redaktəMəhdud sahələrdə yayılması və antropogen amillər (mal-qaranın otarılması, ağacların qırılması və yanacaq kimi istifadəsi).
Mühafizə tədbirləri
redaktəPopulyasiyanın bir hissəsi Zaqatala qoruğunda mühafizə olunur. Xüsusi mehafizə tədbirlərini aparmaq məqsədi ilə yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpasının təmin edilməsi və yeni yayılma yerlərini axtarılması təklif olunur.