Sari Reng - Wikipedia
Sarı – rənglərdən biri.
Sarı | |
---|---|
HEX | FFFF00 |
RGB¹ (r, g, b) | (255, 255, 0) |
CMYK (c, m, y, k) | (0, 0, 100, 0) |
HSV² (h, s, v) | (60°, 100%, 100%) |
|
İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir.[1]
Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil. Çünki zehni qarışdıra bilər. İstirahət üçün nəzərdə tutulan məkanlarda da istifadə edilməməsi daha yaxşıdır.[2]
Rənglər ailəsində sarı rəngin də məxsusi yeri vardır. Arxada da bildirmişdik ki, sarı rəng Azərbaycanda daha çox quraqlığı, qıtlığı, xəbisliyi, bədliyi bildirdiyi halda, bir sıra digər xalqlarda o, fəallığın, mərhəmət və şəfqətin rəmzi sayılmışdır. Bəzi türk xalqları öz ünvanlarına da rəng olaraq "sarı" əlavə etmişlər. Misal üçün, uyğurlar özlərini "sarı uyğur" adlandırmaqla fəxr etmişlər. Göytürklərin on qəbiləsindən beşi "Sarı Türkeş", digər beşi isə "Qara Türkeş" dövləti yaradır. "Sarı Türkeşlər" özlərini əsilzadə hesab edirlər. Bu da onunla bağlı imiş ki, onlar sarı rəngi həm də Tanrı rəngi hesab edirmişlər. Bu inam buryatlarda da olub. Onlar hətta bütün dünyanı, bu dünyada olan varlıqları sarı rəngdə bilmişlər. Bu üzdən də torpağa məxsus çoxaltma, artırma amilini qadına da şamil etmiş və qadını – ananı sarı rəng, kişini – atanı isə gümüşü rəng anlamında düşünmüşlər. Mifə görə, Çingiz xanın ulu əcdadı – Günəşin sarı rəngli şüasından törənmişdir və elə sarı rəngdən törəndikləri üçün xaqanlıq da yalnız bu nəslə məxsusdur.
Geosimvolikada – istiqamətbildirmədə də sarı rəngə baxış fərqli-fərqlidir. Belə ki, dünyanın dörd dövründən birinin rəngi hesab olunan sarı rəng çox-çox etnoslarda mərkəzin rəmzi bilindiyi halda, bəzi etnoslarda başqa-başqa səmtlərin göstəricisi sayılmışdır. Misal üçün, Amerika hindularında sarı rəng qərbin, hindistanlılarda cənubun, kalmıklarda şimalın göstəricisi zənn edilmişdir.
İnsana məxsus bir əlamətin nəzərə çarpmasında da sarı rəng iştirak edir. Misal üçün, bir kimsənin qorxu, üzüntü, sarsıntı keçirməsi onun üzünün sarı rəng almasından da bilinir. Sarı rəngi ifadə edən "sarılıq xəstəliyi"də vardır.
Rənglər insan həyatında
redaktəSarı rəngi sevənlər möhkəm iradəyə malik, öz güclərini toplayaraq bir hədəfə yönəltməyi bacaran insanlardır. Onlar elmdə də, kamera qarşısında da yüksək nailiyyətlər əldə etməyə qadirdirlər. Çox işləyə bilirlər, ancaq istirahəti də zövqlə edirlər. "Sarı" adam açıq, həyatı parlaq anlarla dolu olan biridir. Ağıllı, hissiyyatlı, bütün varlığı ilə xoşbəxt olmağa can atandırlar. Əliaçıqdırlar, ətrafdakılar həvəslə onlara can atırlar. Ancaq bununla belə, dözüm, səbir və inadkarlıq da onlara xas olan xüsusiyyətlərdir. Çox hallarda onları əhatə edən insanlarda paxıllıq hissləri oyadırlar.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Hər bürcün özünəməxsus rəngi var". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-31.
- ↑ "Tənbəllik yaradan rənglər". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-11.
- ↑ Rənglər haqqımızda nə deyir?[ölü keçid]
Veb rəngləri | Qara | Gümüşü | Boz | Ağ | Qırmızı | Çəhrayı | Tünd qırmızı | Bənövşəyi | Açıq bənövşəyi | Yaşıl | Açıq yaşıl | Zeytun | Sarı | Narıncı | Göy | Tünd göy | Firuzə | Mavi |
Yazılış | black | silver | gray | white | red | pink | maroon | purple | fuchsia | green | lime | olive | yellow | orange | blue | navy | teal | aqua |