Sari Bulbul Mahni - Wikipedia
Sarı bülbül — Azərbaycan xalq mahnısı.
Tarixi
redaktəAzərbaycanın məşhur xalq mahnısı "Sarı bülbül"- ün maraqlı yaranma tarixçəsi var. Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetiriləndən sonra Qarabağ hökmdarı İbrahim Xəlil xan Cavanşir İranla münasibətlərini yoluna qoymaq üçün öz sevimli qızı Ağabəyim ağanı Fətəli şaha ərə verdi. Ağabəyim ağa da ömrü boyu vətən həsrəti ilə yaşadı. Könül dərdlərini bayatı, qoşma və qəzəllərlə dilə gətirdi. Şah Ağabəyim ağanın qəlbi şad olsun deyə Qarabağdan torpaq, müxtəlif gül-çiçək kolları, meyvə ağacları gətirərək bağ saldırıb. Hətta bağban da şuşalı olub. Bağın da adını "Vətən bağı" qoyublar. Ağabəyim ağa bu gözəl bağçanı gəzərkən bütün gülləri, çiçəkləri özünəməxsus sevgi ilə oxşayıb, ürəyi atlanıb. Amma Şuşadan uzaqda xarıbülbülün bitməməsindən məyus olaraq dərdini belə dilə gətirib:
"Vətən bağı" al-əlvandır,
Yox içində xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!
Mahnı sözləri
redaktəVətən bağı al-əlvandır,
Yox içində xarı bülbül,
Ömür sürməli dövrandır,
Səsin gəlsin sarı, bülbül.
Oxu, quşlar dilə gəlsin,
Xoş nəfəsin elə gəlsin,
Yarım gülə-gülə gəlsin,
Mən çalanda sazı, bülbül.
Bülbül, sənin işin qandı,
Aşiqlər oduna yandı,
Nədən hər yerin əlvandı,
Köksün altı sarı, bülbül…
Mahnının ifaçıları
redaktəƏn məşhur ifaçısı Səxavət Məmmədovdur.