Sari Asigin Xatire Muzeyi - Wikipedia
Sarı Aşığın xatirə muzeyi və ya Sarı Aşığın ev muzeyi - Azərbaycan aşıqlarından olan Sarı Aşığın ölümündən sonra Laçın rayonu, Güləbird kəndində yaradılan xatirə muzeyi. Muzey Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.[1]
Sarı Aşığın xatirə muzeyi | |
---|---|
39°48′07″ şm. e. 46°59′46″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Status | Bağ-park, monumental və xatirə abidələri |
Rayon | Laçın rayonu |
Yerləşir | Güləbird |
Əsas tarixlər |
• 1989 - açılışı • 1992 - erməni işğalı nəticəsində dağıdıldı |
Tikilmə tarixi | 1989 |
Vəziyyəti | Abşeron rayonu Pirəkəşkül qəsəbəsinə köçürülüb. |
Təyin edilib | 2001 |
İstinad nöm. | 5670 |
Kateqoriya | Bağ-park, monumental və xatirə abidələri |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Sarı Aşıq
redaktəXVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Sarı Aşıq Laçın rayonunun Güləbird kəndinin yaxınlığında, Həkəri çayının sağ sahilində XVII-XIX əsrlərdə mövcud olan və hazırda xarabalıqları qalan Qaradağlı kəndində anadan olmuş, yaşamış və Qaradağlı kəndinin yaxınlığında, hazırkı Güləbird kəndinin ərazisində dəfn olunmuşdur.[2] Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir.[3]
İşğaldan əvvəl
redaktəAzərbaycan SSR-i dövründə 1989-cü ildə Laçın rayonu Güləbird kəndində Sarı Aşığın abidəsi üzərində dövlət səviyyəsində tanınmış dövlət və hökumət nümayəndələri, o cümlədən Azərbaycan Yazıçılar İttifaqının və rayon ictimaiyyətinin nümayəndələri iştirakı ilə ev muzeyinin açılışı olmuşdur. Muzeyin yaradılmasında məqsəd Sarı Aşıq yaradıcılığının tanıdılması idi. Bu zaman həmin xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmışdı. Muzeyin ətrafında abadlıq işləri aparılmış və Sarı Aşığın xatirəsinə həsr edilmiş abidəsi ucaldımışdı. Muzey 1989-cu ildən 1992-ci ilin may ayına kimi Laçın rayonu Güləbird kəndində 9 nəfər işçi ilə fəaliyyət göstərmişdir.[4]
İşğaldan sonra
redaktəErmənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan olunmuşdur.[5] İşğaldan sonra muzey Abşeron rayonu Pirəkəşkül qəsəbəsinə köçürüldü. 9 nəfər işçi ilə fəaliyyət göstərən muzeyin direktoru Ramiz Qənimətoğludur.[3]
Memarlıq xüsusiyyətləri
redaktəXatirə muzeyi Sarı Aşığın məzarı üzərində ucaldılan abidədən və aşığın bayatıları asılmış nəhəng lövhədən ibarət olmuşdur.[4]
İstinadlar
redaktə- ↑ "Dünya və ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). mct.gov.az. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2018-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 yanvar 2021.
- ↑ Qasımlı, M. Bayatılarımızın heyrət heykəli: Sarı Aşıq //Ədəbiyyat qəzeti.- 2015.- 5 sentyabr.- S.20-21.
- ↑ 1 2 Vüqar Tofiqli. "Sarı Aşıq Xatirə Muzeyi". 1905.az. 08.10.2014. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2021.
- ↑ 1 2 "Laçın rayon Sarı Aşıq Xatirə Muzeyi". agdjabedy.mctgov.az. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2020-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2021.
- ↑ ""Qarabağ – mədəniyyətimizin beşiyi": Sarı Aşığın Xatirə Muzeyi". mct.gov.az. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 06.10.2020. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2021.