Sari Qirmizi Astrakanta - Wikipedia
Sarı-qırmızı astrakanta | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Ümumi yayılması
redaktəAzərbaycan.
Azərbaycanda yayılması
redaktəNaxçıvan MR-də (Qapıca dağları) 1700–1800m yeksəklikdə təbii arealı vardır.
Statusu
redaktəAzərbaycanın nadir bitkisidir. VU C2a(i).
Bitdiyi yer
redaktəQuru daşlı yamaclarda yayılmışdır.
Təbii ehtiyatı
redaktəAzərbaycanda təbii ehtiyatı çox deyildir.
Bioloji xüsusiyyətləri
redaktəTəbiətdə yarpağını tökən, çoxlu budaqları olan, 25 sm hündürlüyə qalxan koldur. Qalın tüklə örtülmüş yarpaqaltlıqlarının və yarpaqlarının ucu tikanlı oxlarla qurtarır. Tikanları 2–4,5 sm uzunluqda düz yuxarı qalxmış, yaxud meyillidir. Yarpaqcıqları 7–8 cüt olub, hər iki tərəf-dən ağtüklü, ellipsvari, yaxud uzunsov-ellipsvarı, küt, yaxud qısa ucludur. Meyvəsi yumurtavarı, üzəri tüklü, 2–3 mm uzunluqda, yuxarı hissəsi qarmaqvarı əyilmiş, əsası çılpaqdır. Paxlası tüklüdür. İyulda çiçəkləyir, avqust-sentyabrda meyvəsi yetişir.
Çoxalması
redaktəTəbiətdə toxum vasitəsilə çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
redaktəBaşlıca olaraq insan fəaliyyətinin təsiridir.
Becərilməsi
redaktəBecərilməsi haqqında məlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbirləri
redaktəQəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri
redaktəAzərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi tövsiyə olunur.
Məlumat mənbələri
redaktə- Флора Азербайджана. т.5. 1954;
- Флора Kaвkaзa. т.5. 1954;
- Azərbaycanın ağac və kolları. I cild. 1961;
- Azərbaycan flora-sının konspekti. I–III cildlər. 2005; 2006; 2008;
- Naxçıvan Muxtar Res-publikası florasının taksonomik spektri. 2008;
- Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.