Saricoban Kurqani - Wikipedia
Sarıçoban kurqanı — e.ə XII-XI əsirlərə aid kurqan.
Azərbaycanın e.ə III-I minilliklər dövrü tarixinin öyrənilməsində kurqanların böyük əhəmiyyəti var.Onların tədqiqi qədim tarixin bir çox mürəkkəb və qaranlıq məsələlərinin vəhtət halında öyrənilməsinə imkan yaradır. Döğrudur məişət qəbir abidələrinin kompleks araşdırılması əldə olunan nəticələrin elmi dəyərini daha da artırır.
Ağdam rayonunun Xındırıstan kəndi yaxınlığında yerləşən Sarıçoban kurqanında aparılmış tədqiqatların nəticələri bunu bir daha sübut edir. Sarıçoban abidəsi Tərtər rayonundakı Borsunlu və Bəyimsarov kurqanlarından sonra Azərbaycanda üçüncü möhtəşəm tayfa başçısı kurqanıdır.Maraqlıdır ki, hər üç abidə qısa tarixi dövrün-e.ə XIII-X əsrlərin yadigarıdır.
Hündürlüyü 5 diametri 45–50 m olan konusvari torpaq kurqan örtüyü altında aşkar edilmiş qəbir kamerası qeyri-adi qurluşu ilə indiyənə məlum olan abidələrdən tamamilə fərqlənir. Dörd cəhətə istiqamətlənmiş iki kəsişən kameradan ibarət qəbir abidəsi xaç şəklindədir.Bu tip başqa abidənin varlığı hələlik məlum deyil.
Qəbir kamerası üç-dörd qat nəhəng ağac tirlərlə örtülmüş , onların üstü isə ağac budaqları ilə səliqəli bağlanmışdır.
Kameranın mərkəzi hissəsində, tunc lövhələrlə bəzədilmiş taxt üzərində tayfa başçısı dəfn olunmuşdur.Qərb və şimal kameralarında isə onun silah daşıyanı və şəxsi mühafizəçisi bükülü vəziyyətdə basdırılmışdır.Tayfa başçısının ətrafında və başqa kameralarda 16 at skeletinin qalıqları aşkar edilmişdir ki, onlardan yeddisi cilovlanmış halda qalmışdır.
Təəssüf ki,hələ qədim zamanlarda qəbir abidəsi talan olunmuş, yalnız təsadüf üzündən şərq kamerasının bir hissəsinə və cənub kamerasına toxunulmamışdır.Qəbir kamerasının şimal hissəsində qazılmış, uzunluğu 20, diametri 1,5m olan dairəvi planlı oğru yolu bu günədək yaxşı qalmışdır.Diqqəti cəlb edən cəhətlərdən biri qəbir kamerasının və oğru yolunun divarlarında saxlanılmış alət izlərinin eyni olmasıdır.Görünür talançılar hökmdarın “axirət evinin” yaradılmasında iştirak etmiş,qəbirin qurluşu və buradakı avadanlığın yerləşməsinə yaxşı bələd olmuşlar.Talan vaxtı qəbir ortüyünə od düşdüyündən oğrular qəbri vaxtından əvvəl tərk etmişlər.Yanğın nəticəsində qərb hissədəki örtük tamamilə aşağı çökmüş, buna görə də yanğın başqa kameralara keçməmişdir.
Sarıçoban kurqanından xeyli maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.Burada 100-dən artıq ox ucu , onlarla bəzək nümunələri, xəncər,qılınc, nizə ucu və .s tapılmışdır.Bunlar yalnız talandan sonra qalan əşyalardır.Odur ki, Sarıçoban abidəsində vaxtıilə daha zəngin avadanlığın varlığı şübhə doğurmur. Belə silahlarda qanadların xüsusi qurluşa malik olması ox ucluqlarının uzaq məsafəyə uçuşunu təmin edirdi.Göründüyü kimi, qədim sənətkarlar metalişləmənin incəliklərinə mükəmməl yiyələnməklə yanaşı, havanın müqaviməti, uçuş trayektoriyası və s. Bu kimivacib məsələlərin ağıllı həllini tapa bilmişlər.
Kurqanda başqa silah növləri – xəncər, qılınc və nizə ucları da sənətkarlıq baxımından diqqəti cəlb edir.İlk baxışda adi görünən hər bir məlumat eyni zamanda yüksək sənət nümunəsi kimidə çox qiymətlidir.Məsələn, uzun tunc qılıncın tiyəsi batıq xətlərlə, tunc hissəsi isə şəbəkələrlə bəzədilmişdir.Qılıncın tiyə və dəstəyi birgə tökülmüşdür.Yüksək ustalıqla hazırlanmış tunc xəncər dəstəyinin şəbəkəli başlığı isə mürəkkəb kompazisiya həlli ilə diqqəti cəlb edir.Deyilənləri abidədən tapılmış xüsusi tip cənbər-piləklərədə şamil etmək olar.Atın yüyənini bəzəmək üçün istifadə edilmiş bu əşyalar tuncdan hazırlanmış, əlavə olaraq xüsusi pasta, qara və ağ mərmər lövhələrlə işlənilmişdir.Çox halda lövhələrin səthi sədəflə, qismən gümüşlə minalanmış, həndəsi naxışlarla bəzədilmişdir.
Müxtəlif tipli at cilovları da maraq doğurur. Ön Asiyada e.ə II minilliyin axırlarında geniş yayımış at əsləhəsi tipinə aid olan bu cilovlar mükəmməlliyi ilə fərqlənir.Cilovlar qantarğalıdır.Qantarğalar iki hissədən ibarət olub, hərəki “gəmə” keçirilmişdir.Cilovların xarici halqaları mütəhərrikdir.Dörd at başı fiquru ilə bəzədilmiş bir cilov xüsusilə seçilir.Atların boynu nazik, uzun, kiçik qulaqları xırda və dikdir.Başları kiçik və yaraşıqlıdır.Bu xüsusiyyətlər yalnız təmizqanlı atlara məxsus olur.Bu baxımdan Sarıçoban atlarının diqqətlə araşdırmsı Qarabağ atlarının tarixi mənşəyi məsələsindi aydınlaşdırmağa yeni imkanlar aça bilər.Çox güman ki, abidədə tapılmış 16 atın müəyyən qismi təsvir olunan at tipinə mənsub olmuşdur.
Maraqlıdır ki, qantarğalarda təsvir olunmuş atların yalı səliqə ilə, qısa qırxılmışdır.Bu fakt e.ə II minilliyin Iiyarısında qədim tayfaların həyatında mühüm yer tutan hərbi işin bəzi məsələlərinin açılışınaaşərait yaradır.Döyüş vaxtı onun sərbəst atılmasına mane olmamaq ücün silahlanmış süvarilərin atlarının yalı qırxılırdı.Abidədə tapılmış at qantarğalarından biri sümükdən hazırlanmışdır.Sümükdən hazırlanmış əşyalar içərisində həndəsi naxışlı silindirik möhürdə maraqlıdır.Xüsusi mülkiyyətin mövcud olmasının əsas ünsürlərindən biri olan möhürün Azərbaycanın son tunc dövrü abidəsində varlığı, sinifli cəmiyyətin yaranması məsələsini izləməyə imkan verən dəlildir.
Sarıçoban abidəsində dəfn olunmuş tayfa başçısının hərbi libasının bərpa olunmasında buradan tapılmış tunc zireh lövhələri böyük rol oynayır.Həmin zireh nümunələrinə Ön Asiyanın e.ə. II minilliyə aid abidələrində daha kütləvi şəkildə təsadüf olunur.Sarıçoban Borsunlu abidəsindən sonra belə zirehlərin kütləvi aşkar olunduğu ikinci kurqandır.
Sarıçoban kurqanının e.ə XII-XI əsirlərə aid olması, aşkar edilmiş nizə və ox ucları, qılınc, xəncər,at cilovları və başqa nümunələrlə də sübut olunur.