Sanya Ilic - Wikipedia
Aleksandar "Sanya" İliç (serb. Aleksandar "Sanja" Ilić, Александар "Сања" Илић; 27 mart 1951[1], Belqrad, Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR[1] – 7 mart 2021[2], Belqrad) — Serbiya musiqiçisi və bəstəkarı. O, 1998-ci ildə Balkanika qrupunu yaratmışdır. İliç məhz Balkanika qrupu ilə birlikdə "Nova deca" mahnısı ilə Serbiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Sanya İliç | |
---|---|
serb. Sanja Ilić Сања Илић | |
Ümumi məlumatlar | |
Doğum adı |
Aleksandar İliç serb. Aleksandar Ilić Александар Илић |
Ləqəbləri |
Sanya İliç serb. Sanja Ilić Сања Илић |
Doğum tarixi | 27 mart 1951[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 mart 2021[2] (69 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19 |
Vətəndaşlığı | Serbiya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, musiqiçi |
Fəaliyyət illəri | 2004–h.h. |
Janr |
|
Musiqi aləti | klavişli musiqi alətləri |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəİliç 27 mart 1951-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Serbiyada, Belqrad şəhərində anadan olmuşdur. Onun atası bəstəkar, qardaşı Draqan isə Generacija 5 qrupunda musiqiçi olaraq fəaliyyət göstərir. İliç serbiyalı aktrisa və model Zlata Petkoviç ilə ailə həyatı qurmuşdur. Petkoviç 2012-ci ildə dünyasını dəyişmişdir. Onların 1984-cü ildə anadan olan bir övladları var.
İliç musiqi karyerasına hələ 12 yaşında ikən başlamışdır. O, serbiyalı müğənni Draqan Lakoviçə mahnı yazmışdır. 16 yaşında İliç "Baj baj baj" mahnısını bəstələmiş və həmin mahnı ilə Bisera Veletanliç Jugovizija 1976 mahnı yarışmasında iştirak edərək, üçüncü yerə layiq görülmüşdür. O, Belqrad universitetinin arxitektura fakültəsində təhsil almışdır. İliç öz musiqi karyerasını 70-ci illərdə davam etdirmiş, Vragolani və San kimi qruplarla birlikdə səhnə almışdır. O, daha sonra Serbiyanın Srvena Zvezda FK futbol komandasının himnini yazmışdır. 1982-ci ildə İliçin bəstələdiyi "Halo, Halo" mahnısı ilə Aska Yuqoslaviyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Daha sonra onun yazdığı "Princeza" mahnısı Yuqoslaviyanın 1984 Avroviziya Mahnı Müsabiqəsi üçün milli seçim turunda iştirak etmiş, lakin təmsilçi olaraq seçilməmişdir.
1998-ci ildə Sanya İliç Balkanika qrupunu yaratmışdır. Qrup ilk konsertini 2000-ci ildə təşkil etmişdir.
2018-ci ilin əvvəlində Sanya İliçin Balkanika qrupu ilə birlikdə "Nova deca" mahnısı ilə Serbiyanın RTS telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Fevral ayında baş tutan yarışmada Balkanika qrupu səsvermədə rəqiblərini məğlub edərək, qalib gəlmiş və "Nova deca" mahnısı ilə Serbiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.[3][4]
Uzun sürən hazırlıqlardan sonra Sanya İliç və Balkanika 10 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 3-cü səhnə almışdır. Nəticədə Serbiya 117 xalla 9-cu yeri tutaraq, finalı yüksələ bilmişdir. 26 ölkə təmsilçisinin mübarizə apardığı final mərhələsində mahnılarını bir daha ifa edən Sanya İliç və Balkanika finalda 113 xal toplayaraq, 19-cu yeri tutmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Freebase Data Dumps. Google.
- ↑ 1 2 PREMINUO SANJA ILIĆ: Osnivač "Balkanike" izgubio bitku sa koronom (serb.).
- ↑ "Serbia: Sanja Ilić & Balkanika win Beovizija 2018 and will represent Serbia in Lisbon!". ESCToday. 20 fevral 2018. 2018-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-21.
- ↑ "Sanja Ilić and Balkanika win Beovizija 2018". escXtra. 20 fevral 2018. 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-21.
Əvvəlki: Tiyana Boqiçeviç "In Too Deep" |
Serbiya Avroviziya Mahnı Müsabiqəsində 2018 |
Sonrakı: Nevena Bojoviç "Kruna" |