Sansi Almazi - Wikipedia
"Sansi" almazı — Məşhur qiymətli daşlardan biri. Sansi almazı açıq-sarı rəngdədir, həcmi 55,23 karatdır. Bu təxminən 11,046 qram deməkdir.
Sansi almazı | |
---|---|
Kütlə | 0,011 kq |
Ölçüsü | eni 2,1 sm; hündürlüyü 2,7 sm |
Rəng | açıq-sarı |
Ölkə | Hindistan |
Mədən | Şərqi Hindistan |
Tapan | məlum deyil |
Keçmiş sahibləri | Astor ailəsi |
İndiki sahibi | Fransa dövləti, Luvr muzeyi |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSansi almazı barədə müxtəlif rəvayətlər mövcuddur. Ancaq bilinən budur ki, bu almaz heç bir sahibinə xeyir gətirməyib. Ya o evdə uşaqlardan biri ölüb, ya da almazın sahibi taxt-tacdan salınıb, qaçaq düşüb, yaxud öldürülüb.
Rusiya tədqiqatçısı Rüstəm Valeyevin sözlərinə görə almaz ilk dəfə 1064-cü ildə Şərqi Hindistanda tapılıb.[1] Onu yontalamayana qədər 100 karatdan çox olub. Almazın ilk sahibi Tacir Caqattunq onu evində saxlamağa qorxarmış. Çünki, almazın onda olmasını nəinki yerli kəndlilər, eləcə də sarayda da bilirmişlər. Onun şöhrəti Vira Racendra adlı sultana da gedib çıxır. O, tacirə almazı satmağı təklif edir. Az müddətdən sonra Vira Racendra ilə tacir Caqattunqa arasında almazın satılmasına dair razılaşma əldə edilir. Tacir almazı verib, əvəzində iki fil, on iki dəvə və 80 qızıl sikkə alır.[2]
Getdikcə sultanlıq uğrunda qanlı döyüşlər başlanır. Sultan Racendra taxtdan salınır, hakimiyyətə Adxiracendra gəlir. Əvvəlki sultanın bütün var-dövləti, qızıl-zinyəti yeni sultanın əlinə keçir. Almazın yeni sahibi Əhmədnaqar sultanlığı olur.
Növbəti illərdə almaz dəfələrlə əldən-ələ keçir. Bəzi vaxtlarda daşın tarixi itir. Çünki onu ələ keçirən adamlar bu barədə heç kimə demirdilər. Nəhayət, 1325-ci ildə sultan Məhəmməd bu daşı əcnəbi tacirdən yüksək məbləğə alır. Həmin vaxtdan sonra almazın tarixi yenə itir. Bütün Hindistanda söz yayılır ki, "Sansi" ölkədən çıxarılıb.
1473-cü ildə məlum olur ki, almaz nə yerə basdırılıb, nə də suda batırılıb. O Cəsur Karldadır. Karl məşhur zərgər Lyudviq van-Berkeni sarayına çağırıb göstəriş verir ki, almazı yontalasın. Yontalama nəticəsində 100 karatdan çox olan daşdan 48 karat qalır. Cəsur Karlın ölümündən sonra Portuqaliya kralı V Afonso daşı ələ keçirir. Sonra o "Sansi"ni adı tarixə bəlli olmayan şəxsə satır.[3]
1570-ci ildən etibarən Avropanın kübar ailələri arasında almaz daş-qaşlar dəbə düşür.[4] Hər bir kübar xanım evində, eləcə də boyun-boğazında brilyant daş gəzdirir. Belə bir vaxtda Osmanlı imperiyası hakimiyyətinə yaxın olan Nikolya de Sansi türk zərgər dostunu ziyarətə gedir. Türk zərgər ona bu daşı göstərir. Nikolya de Sansi həmin almazı yüksək məbləğə alaraq, ona öz adını qoyur. Həmin illərdə gənc Nikolya getdikcə hakimiyyət pillələrində irəliləyirdi.[5] [6] Belə bir vaxtda ağlına gəlir ki, almazı kral III Henrixə hədiyyə etsin. "Sansi" almazı Nikolyanın hakimiyyət pilləsində daha da irəliləməsinə gözəl fürsət olacaqdı. O, bir dəstə etibarlı adamı ilə almazı Henrixə göndərir. Lakin xəbər çıxır ki, almaz yoxa çıxıb. Nikolyaya məlumat verilir ki, onun dəstəsi qətlə yetirilib. Yolda onlara basqınçılar hücum edərək heç birinə aman verməyiblər. Nikolya həmin dəstədə olan öz qulluqçusunun meyidini yardırır və almaz onun mədəsindən tapılır. Belə ki, basqınçıların hücumunu görən qulluqçu almazı qorumaq məqsədilə udmuşdur.[7]
1605-ci ildə Nikolya Sansi Fransanın baş naziri seçilir. O, almazı İngiltərə kralı I Yakova satır.[8] Sansi almazı İngiltərədə yarım əsr qalır.[9] Sonra bu daş yenidən Fransaya qayıdır. Az sonra məlum olur ki, almaz Fransa kardinalı Mazarininin evindədir. Mazarini evinə gələn qonaqlara qızıl-zinyət kolleksiyasındakı ən iri daşa məmnuniyyətlə göstərərmiş. Daşın sorağı XIV Lüdovikə gedib çatır. Kardinal Mazarini bunu eşidib almazı krala hədiyyə göndərir. Böyük Fransa inqilabından sonra xəzinə talan edilir. Oradan “Mavi fransız” almazı ilə bərabər “Sansi” də yoxa çıxır.
Sansi almazının tarixi sonra Rusiyada davam edir. Bu daş Pavel Demidovun əlinə keçir. 1865-ci ildə Demidovlar onu 100 000 funt sterlinqə hind racasına satırlar.
Əfsanəvi daş ilk dəfə 1867-ci ildə Parisdəki Ümumdünya sərgisində nümayiş etdirilir. Həmin sərgidə iştirak edən mütəxəssislər ona milyon frank qiymət qoyurlar. Məhz həmin sərgidən etibarən Sansi almazı barədə tarixdə fasilə yaranır. Bilinmir ki, onu kim 40 il gizli saxlayıb. Yalnız 1906-cı ildə o amerikalı sahibkar Uilyam Astorda üzə çıxır. Daş həmin ailədə 72 il qalır. Astorlar nəslinin IV lordu 72 ildən sonra onu Luvr muzeyinə 1 milyon dollara satır. Satış 1978-ci ildə baş tutur. Həmin gündən etibarən əfsanəvi daş Luvrda sərgilənir. Beləliklə, Sansi almazı yalnız 1978-ci ildə sakitliyə qovuşdu. Həmin ildən etibarən daha onu nə satır, nə də qorxu altında gizlədirlər.[10][11]
Avropada əfsanə adını alan bu almaz barədə müxtəlif filmlər də çəkilib.
Ədəbiyyat
redaktə- Burton, E. (1986). Legendary Gems or Gems That Made History, pp. 78–83. Chilton Book Company, Radnor, PA
- Fowler, M. (2002). Hope: Adventures of a Diamond, p. 100, 151, 321. Random House Canada
- Shipley, R. (1939). Famous Diamonds of the World, pp. 24–27. Gemological Institute of America, USA
- Balfour, Ian. Famous Diamonds (5th). Antique Collectors' Club Ltd. 2009. ISBN 978-1851494798.
- Ronald, Susan. The Sancy Blood Diamond: Power, Greed, and the Cursed History of One of the World's Most Coveted Gems. Wiley & Sons. November 2004. ISBN 978-1620457191.
- Shipley, Robert (1934). Famous Diamonds of the World, pp. 25–28. en:Gemological Institute of America, USA, Vol. 1, No. 6 (November–December)
İstinadlar
redaktə- ↑ Валаев, 1973
- ↑ Ogden, Jack. Diamonds: An Early History of the King of Gems. Yale University Press. 8 May 2018. səh. 76. ISBN 978-0-300-23551-7. OCLC 1030892978.
- ↑ Balfour, Iain. Famous Diamonds (5th ed.). Antique Collectors' Club Ltd. 2009. səh. 244.
- ↑ Brewer, Ebenezer Cobham. Character Sketches Of Romance, Fiction And The Drama, Volume 3. The Minerva Group. 1906. səh. 347. ISBN 9781410213358. 22 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2012.
- ↑ Harlow, George E. The Nature of Diamonds. Cambridge University Press. 1906. səh. 107. ISBN 9780521629355. 22 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2012.
- ↑ RONALD, SUSAN. "The Sancy Diamond - new facts". www.thesancydiamond.com. 23 June 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 July 2012.
- ↑ Williams, Gardner Fred. The diamond mines of South Africa. B. F. Buck & company. 1906. səh. 24. İstifadə tarixi: 16 May 2012.
- ↑ HMC Salisbury Hatfield, vol. 17 (Edinburgh, 1938), pp. 91–2.
- ↑ F. Palgrave ed., Antient Kalendars of the Exchequer, vol. 2 (London 1836), p. 305.
- ↑ "Grayscale photo of Sancy diamond". 2014-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-16.
- ↑ photo's description Arxivləşdirilib 2014-09-14 at the Wayback Machine at Louvre website
Xarici keçidlər
redaktə- Azər Qismət. Sansi almazının sirri - ARAŞDIRMA. manera.az, 05.01.2016 (az.)
- Приговорённый к бессмертию // Вокруг света. — 2006. — 5 июля.