Salyan Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Salyan Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1983 |
Mövzu | Tarix |
Yerləşir | Salyan rayonu ,Səməd Vurğun küçəsi |
Kolleksiyası | 12000 eksponat |
İş rejimi | (I – VI) 10:00 – 17:00 |
Muzeyin tarixi
redaktəBina 1981-ci ildə inşa edilərək, yanvarın 10-dan və 2016-cı ilin may-avqust aylarında əsaslı təmir olunaraq yenidən qurulub. Binanın tikintialtı sahəsi 620 kvadratmetr, ümumi sahəsi isə 1240 kvadratmetrdir. 1991-ci il noyabrın 8-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 371 saylı qərarına əsasən Salyan rayon Tarix-diyarşünaslıq Muzeyinə görkəmli ictimai xadim, şair, naşir, həkim və tərcüməçi Əli bəy Hüseynzadənin adı verilmişdir. Prezident İlham Əliyevin 2007-ci il 6 mart tarixində "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında", 2009-cu il 22 may tarixində "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı"-na uyğun olaraq muzey 14 may 2016-cı il tarixindən təmirə dayanmışdır.[1]
Muzey binası
redaktəMuzey 2 mərtəbədən və bu mərtəbələrdə yerləşən 5 zaldan ibarətdir: ideoloji zal, arxeoloji zal, etnoqrafik zal, hərb zalı və şəxsiyyətlər zalı.[2]
Muzey eksponatları
redaktəİki mərtəbədən ibarət binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bu mərtəbədə, həmçinin fond otağı və digər yardımçı otaqlar yerləşir. İkinci mərtəbə əsasən ekspozisiya zallarından ibarətdir. Muzeydə 12 mindən çox eksponat mövcuddur və onlardan 800-ü ekspozisiya zallarında nümayiş etdirilir.[3]
İstinadlar
redaktə- ↑ "Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyi". https://kataloq.gomap.az. 7.12.2020.
- ↑ "Salyan Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilib". 2016-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7.12.2020.
- ↑ "Tarix-Diyarşünaslıq Muzeyi". http://salyan.cls.az. İstifadə tarixi: 7.12.2020.[ölü keçid]
Xarici keçidlər
redaktə- "Azərbaycan muzeyləri". http://anl.az. İstifadə tarixi: 7.12.2020.
- "Yeni muzey binasının açılışı". https://az.trend.az. İstifadə tarixi: 7.12.2020.
- https://teleqraf.co https://teleqraf.com/news/toplum/108431.html (#bare_url_missing_title).