Saloglu - Wikipedia
Saloğlu — Azərbaycan Respublikasının Ağstafa rayonunun Saloğlu qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Saloğlu qəsəbəsi Köçvəlili kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Saloğlu kənd Soveti yaradılmışdır.[2]
Saloğlu | |
---|---|
41°17′08″ şm. e. 45°21′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 249 m |
Saat qurşağı | |
Toponimikası
redaktəTarixi
redaktəKəndin ərazisində keçmiş Sovet hərbi bazaları yerləşib. 1991-ci ildə Sovet ordusu bu regionu tərk edən zaman dağıdılmış və nəticədə böyük bir ərazi partlamamış hərbi sursatlarla çirklənib. ANAMA təşkilatının həyata keçirdiyi layihə nəticəsində kəndin ərazisi 2011-ci ildə minalardan tam olaraq təmizlənib. Beş ildən artıq bir dövrdə həyata keçirilən Saloğlu layihəsi çərçivəsində 5 683 769 kv.m yerüstü və eyni qədər yeraltı təmizləmə əməliyyatları həyata keçirilib. 640 mindən artıq sursat tapılıb, təhlükəsiz qaydada zərərsizləşdirilib.[3]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
- ↑ Ağstafa rayonunun Saloğlu və Poylu kəndləri minadan təmizlənib
Həmçinin bax
redaktə Ağstafa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |