Salat - Wikipedia
Salat - Haqqında Məlumat
Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək[1][2][3], müxtəlif tərəvəz və meyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır[4][5]. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir[6][7].
Növləri
redaktəSalatın müxtəlif növləri vardır:
- Alman kartof salatı və ya kartoffelsalat— adından göründüyü bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar vardır;
- Fransız salatı — Fransa mətbəxinə aid salat növü;
- Kobb salatı — Amerikan mətbəxinə aid bu salat növü dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanır;
- Lab — Laos mətbəxinə məxsus salat növü;
- Leço — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır;
- Malaq salatı — İspaniya mətbəxinə məxsus salat növü;
- Mimoza salatı — daha çox bayramlarda düzəldilən salatdır;
- Miçiqan salatı — Miçiqanda, Detroytda (ABŞ) və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növüdür;
- Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növüdür;
- Tərəvəz salatı — müxtəlif tərəvəzlərdən hazırlanan salat növüdür;
- Oliviye salatı — bir çox Şərqi Avropa ölkələrində məşhur olan və bəzi ölkələrdə bu salat Rus salatı kimi tanınan Rusiya mətbəxinə aid ənənəvi salatdır;
- Valdorf salatı — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatıdır;
- Vineqret salatı — Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salatdır;
- Tabule — Levant ərəb salatıdır;
- Şop salatı — Şərqi Avropa mətbəxinə aid salat növüdür;
- Yunan salatı — yunan mətbəxinə aid salat növüdür;
- İngilis salatı — ingilis mətbəxi aid salat növüdür;
- Sezar salatı, yumurta salatı, toyuq salatı, çuğundur salatı, nar salatı və s.
Salatlar haqqında maraqlı məlumatlar
redaktə- Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər.
- Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir.
- Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz.
- Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
- Salatınızın sirkəsi çoxdursa üzərinə bir qədər çörək içi əlavə edin. Çörək içi artıq sirkəni özünə çəkəcək.
- Salata çox sirkə qatmaq zərərlidir. Sirkə əvəzinə limondan istifadə etsəniz, daha yaxşı olar.
- Salata limon suyu ilə yanaşı, portağal suyu da əlavə etsəniz, dadı çox ləzzətli olar.
- Salata doğrayacağınız soğanı bir qədər soyuducunun buz yerində saxlayın. Beləliklə, həm soğanı doğrayarkən gözləriniz yaşarmaz, həm də doğranmış soğanlar daha canlı görsənər.
- Salat üçün sous hazırlayarkən üzərində qram işarələri olan ölçü qablarından istifadə etmək məsləhətdir.
- Gül kələm salatına duz, sirkə və yağla yanaşı, mayonez də əlavə etsəniz, daha ləzzətli olar.
İstinadlar
redaktə- ↑ "salad". Merriam-Webster. 10 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 August 2014.
- ↑ "salad". Oxford Dictionaries. Oxford University Press. 19 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 August 2014.
- ↑ Раздел I "Холодные блюда", § "Салаты и винегреты". "Сборник рецептур блюд и кулинарных изделий для предприятий общественного питания".
- ↑ Lynne Olver. "TheFood Timeline: history notes--salad". 2020-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
- ↑ "salad-recipe.net". 2005-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-19.
- ↑ "The History Of Salad". ChefTalk.com. 17 February 2010. 5 June 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 February 2018.
- ↑ "Council Minutes page 78" (PDF). 2022-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-19.
Xarici keçidlər
redaktə- Salat haqqında bilmədikləriniz…
- Salat Reseptləri
- Frances Barber Harris, Florida Salads: a collection of dainty, wholesome salad recipes that will appeal to the most fastidious, Jacksonville, Fla: Jacksonville Printing Co., 1918, OCLC 509840
- Wikibooks Cookbook