Salamnews - Wikipedia
SalamNews informasiya agentliyi — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil informasiya agentliyi.
SalamNews | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | İnformasiya agentliyi |
Məhsulu | Salampress |
Təsis tarixi | 1 mart 2010 |
Bağlanma tarixi | 20 Aprel 2023[1] |
Baş qərargahın yeri | Azərbaycan, Bakı şəh., Yasamal rayonu, Z.Əhmədbəyov küç., ev 2/29 |
Rəhbərlik | |
Təsisçi | Mətləb Bağırov (Hacı Mətləb)[2] |
www.salamnews.org |
Haqqında
redaktəSalamNews informasiya agentliyi 16 noyabr 2009-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2010-cu il mart ayının 1-dən fəaliyyətə başlayıb. Açıq rejimli internetdə rus və Azərbaycan dillərində xəbərlər yerləşdirilirdi. Agentlikdə türk, ingilis, fars və ərəb dillərində xəbər portallarının açılması planlaşdırılırdı.
İnformasiya agentliyində 2009 — 2012-ci illərdə Elvin Abbasov, 2012-ci ildən isə Rəna Əkbərova baş direktor kimi fəaliyyət göstərib.
2011-ci il iyunun 17-də Azərbaycan Mətbuat Şurasına üzv qəbul olunub.
2023-cü ilin yanvarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakıda SalamNews-un ofisində xüsusi əməliyyat keçirib.[3][4] Əməliyyat tədbirləri nəticəsində həmçinin “SalamNews" İnformasiya Agentliyinin və “İnterAz” televiziyasının rəhbəri “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov saxlanılıb.[5] Bunun ardınca bir sıra hakimiyyətyönümlü Azərbaycan media orqanlarında agentliyi tənqid edən materiallar yayımlanıb.[6][7]
Mükafatları
redaktəAgentlik 2011-ci il dekabrın 23-də "Milli Net-2011" müsabiqəsində "Media və İnformasiya" nominasiyası üzrə qalib olub.
2011-ci il dekabrın 25-də SalamNews İA-nın əməkdaşı Şirməmməd Nəzərli Azərbaycan Fotoqrafları Birliyinin “Fəxri Diplomu”-na layiq görülüb.
Növbəti uğurumuz 2012-ci il aprelin 25-də "Brand Award Azerbaijan–2011" milli mükafatının rəsmi təqdimat mərasimində informasiya agentliyi nominasiyası üzrə "İlin bir nömrəli brendi" mükafatına layiq görülməyimiz olub.
2012-ci il iyunun 21-də SalamNews İA-nın baş direktoru Rəna Əkbərova BDU-nun "Fəxri Fərmanı" ilə təltif olunub.
21 iyun 2012 - SalamNews İA və İnterAZ televiziyasının əməkdaşları Vergilər Nazirliyinin sertifikatına layiq görülüblər.
19 iyun 2013-cü ildə SalamNews İnformasiya Agentliyi NETTY Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.
28 dekabr 2013-cü ildə SalamNews İA Gənc Diplomatlar Birliyi tərəfindən mükafata layiq görülüb .
25 yanvar 2014-ci ildə SalamNews İA-nın əməkdaşı Orxan Kərimov Heydər Əliyevin 90 illik yubileyi və Milli Qurtuluş Gününün 20 illiyinə həsr olunmuş “Azərbaycan naminə” foto müsabiqəsinin qalibi olub.
6 fevral 2014-ci ildə SalamNews İA "Gənclər Evinin Dostu" mükafatına layiq görülüb.
3 may 2014-ci ildə SalamNews-un əməkdaşı Şirməmməd Nəzərli Mətbuat Şurası və “Azərsun Holdinq”in “Zeytun bağları” mövzusunda keçirdikləri yazı müsabiqəsinin qalibi olub.
8 may 2014-ci ildə SalamNews IA Mətbuat Şurası tərəfindən keçirilən "Azərbaycan beynəlxalq münasibətlər sistemində" müsabiqəsinin qalibi olub. Agentlik Fəxri yer tutaraq plaketlə təltif edilib.
Törəmə müəssisələri
redaktə- Salampress qəzeti
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Saytdakı son xəbər". 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "DİN-in əməliyyatı zamanı saxlanılanlar arasında Hacı Mətləb də var". 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ "DİN "SalamNews" və "İnteraz"da əməliyyat keçirilib, saxlanılanlar var". 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ ""İnterAz" və "SalamNews"un sahibi - Hacı Mətləbin FOTOSU". 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ ""İnterAz" və "SalamNews"un sahibi "Hacı Mətləb" də saxlanılıb". 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-14.
- ↑ ""Salamnews" və "İnterAz"la bağlı ŞOK FAKTLAR". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- ↑ ""SalamNews" və "İnteraz"da əməliyyat keçirilib". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
Xarici keçidlər
redaktə- Rəsmi saytı (az.) (rus.) (türk.)
- Rəsmi facebook səhifəsi