Salam Aydinbeyov - Wikipedia
Salam Müqtədir oğlu Aydınbəyov (1912, Bakı – oktyabr 1967, Bakı) — Azərbaycan-sovet dövlət xadimi və alimi, Azərbaycan SSR ticarət naziri (1953–1954), Dağıstan MSSR Nazirlər Sovetinin sədri (1948–1951)
Salam Aydınbəyov | |
---|---|
18 aprel 1953 – 8 yanvar 1954 | |
Əvvəlki | Hətəm Əhmədov |
Sonrakı | Şəmsəddin Sultanov |
dekabr 1948 – sentyabr 1951 | |
Əvvəlki | Əbdürəhman Daniyalov |
Sonrakı | Məhəmməd Məcidov |
1946 – 1948 | |
Birinci katib | Əziz Əliyev |
27 mart 1942 – 25 sentyabr 1942 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1912 |
Doğum yeri | |
Vəfat tarixi | oktyabr 1967 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Müqtədir Aydınbəyov |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
Həyatı
redaktəSalam Aydınbəyov 1912-ci ildə inqilabçı Müqtədir Aydınbəyov ailəsində anadan olmuşdur. Atası inqilabi fəaliyyətinə görə əksinqilabçılar tərəfindən öldürülmüş, anasının himayəsində böyümüş və dövlət təqaüdü almışdır. 1926-cı ildə Zaqafqaziya Dəmir Yolu Azərbaycan SSR Yalama stansiyası natamam orta məktəbinin 5-ci sinfini bitirmişdir. 1927–1931-ci illərdə Dağıstan MSSR-in Dərbənd şəhərində əvvəlcə ikinci dərəcəli orta məktəbdə, sonra pedaqoji texnikumda təhsilini başa çatdırmış, orta pedaqoji təhsil işçisi diplomu almışdır.[1]
Salam Aydınbəyov 1931-ci ilin sentyabrından 1932-ci ilin sentyabrınadək Yalama dəmir yolu natamam orta məktəbində müəllim işləmişdir. 1932-ci ilin sentyabrından 1935-ci ilin iyul ayınadək Bakı şəhərində Ali Kənd Təsərrüfatı Məktəbində oxumuş, təhsilini başa vurduqdan sonra, 1936-cı il sentyabr ayınadək Quba Kənd Təsərrüfatı Texnikumunda iqtisadiyyat fənni üzrə müəllim işləmişdir.[1]
1936-cı ilin sentyabrından 1937-ci ilin noyabrınadək Dağıstan MSSR Axtı rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1937-ci ildən 1939-cu ilin may ayınadək ÜİLKGİ Dağıstan Vilayət Komitəsində tələbə-gənclər şöbəsinin müdiri işləmişdir. Sonra Azərbaycan K(b)P MK-ya müraciət etməsi ilə əlaqədar Dağıstan Vilayət Partiya Komitəsinin qərarı ilə işindən azad olunaraq Bakıya göndərilmişdir. 1939-cu ilin oktyabrından Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır.[1]
1942-ci ildə Moskvada Ali Partiya Məktəbini bitirərək Bakıya qayıdan Salam Aydınbəyov Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin mətbuat və nəşriyyat üzrə bölməsinin müdiri vəzifəsinə yüksəlmişdir. Bir aydan sonra həmin vəzifədən azad edilmiş, Azərbaycan K(b)P Xaçmaz Rayon Komitəsinin birinci katibi təyin edilmişdir. 1942-ci ilin sentyabr ayında Dağıstana Əziz Əliyevin sərəncamına ezam olunanadək bu vəzifədə çalışmışdır.[1] ÜİK(b)P MK yanında Ali Partiya Məktəbini[rus.] bitirdikdən sonra 1946-cı ildə ÜİK(b)P Dağıstan Vilayət Komitəsinin katibi seçilmiş, 1948-ci ildən 1951-ci ilədək isə Dağıstan MSSR Nazirlər Sovetinin sədri vəzifəsində işləmişdir.[2]
1951-ci ildə Salam Aydınbəyov Azərbaycana qayıtmış, Azərbaycan KP MK-da şöbə müdirinin müavini, sonra isə Azərbaycan SSR ticarət naziri vəzifələrində çalışmışdır. 1954-cü ildək həyatının sonunadək Azərbaycan Tibb İnstitutunun siyasi iqtisad kafedrasının müdiri olmuşdur. Siyasi iqtisada dair 40-dan artıq elmi əsər, o cümlədən iki monoqrafiyanın müəllifidir.[2]
Salam Aydınbəyov 1925-ci ildən ÜİLKGİ-nin, 1939-cu ildən ÜİK(b)P-nin üzvü olmuşdur.[1] 2-ci çağırış Dağıstan MSSR Ali Sovetinin, 3-cü çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.[3] "Lenin", "Qırmızı əmək bayrağı" ordenləri və medallarla təltif edilmişdir.[2]
Salam Aydınbəyov 1967-ci ildə Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Teyyub Qurban. Mir Cəfər Bağırov və Teymur Quliyev // "Ekspress" qəzeti. 17–19 avqust 2013. S. 15.
- ↑ 1 2 3 Салам Мүгтәдирович Ајдынбәјов // Коммунист. № 247 (13635). 19 октјабр 1967-ҹи ил. С. 4.
- ↑ Журнал «Возрождение» (rus). № 6 (Лезгины). 2000. С. 28–29.
- ↑ Aydınbəyov Salam Müqtədir oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 23.
Xarici keçidlər
redaktə- "Salam M Aydinbeyov" (ingilis). Find a Grave. 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2022.
- "Айдинбеков Салам Мухтадирович". knowbysight.info (rus). Справочник по истории Коммунистической партии и Советского Союза (1898–1991). 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2022.