Sakuma Kanae - Wikipedia
Sakuma Kanae (佐久間鼎, Kanae Sakuma?, 7 sentyabr 1888, Çiba prefekturası – 9 yanvar 1970) – Yaponiya dilçisi və psixoloqu.[1] Çiba prefekturasında doğulmuş və Tokio Universitetindən məzun olmuşdur.[1] Kyuşu və Toyo universitetlərində professorluq etmiş, Yaponiya Elmlər Akademiyasının üzvlüyünə qəbul edilmişdir.[1] Geştalt psixologiyasını Yaponiyaya gətirən şəxs kimi tanınır.[1] Müasir yapon dilinin qrammatikasını tədqiq etmiş və Tokio ləhcəsi əsasında yapon dilinin fonetikasını öyrənmişdir.[1]
Sakuma Kanae | |
---|---|
yap. 佐久間鼎 | |
Doğum tarixi | 7 sentyabr 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 9 yanvar 1970 (81 yaşında) |
İş yerləri |
|
Üzvlüyü | |
Mükafatları |
Başlıca əsərlərinə yapon dilinin fonetikası haqqındakı tədqiqatlarından bəhs edən "Nihon onseyqaku" (1929), müasir jestlərin istifadəsindən bəhs edən "Qenday nihonqo no hyoqen to qoho" (1936) və yapon dilinin nəzəri tədqiqindən bəhs edən "Nihonqo no qenqo riron" (1959) daxildir.[1]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 3. ISBN 0-87011-627-4. İstifadə tarixi: 10 iyul 2022.