Safranbolu - Wikipedia
Safranbolu Karabük vilayətinin turistlik qədim şəhəridir. Ankaranın 231 km şimalında və Qara Dənizin 90 km cənubunda yerləşir. Karabük mahalının mərkəzindən də 8 km [2] şimalda yerləşir. Safranbolu şəhər mərkəzi və Karabük vilayət mərkəzi bir-birinə yaxındır.
Safranbolu | |
---|---|
41°14′58″ şm. e. 32°41′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 485 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
safranbolu.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Ev nümunələrinə "Beybazarı", "Göynük", "Daraqlı", "Odunbazarı" və "Osmaneli" kimi Türkiyənin bir çox yerində rast gəlinən klassik Osmanlı şəhər memarlığını əks etdirən tarixi Safranbolu evləri ilə məşhur olan şəhər, bu özəlliyi sayəsində 1994-cü il dekabr ayının 17 tarixindən bəri Türkiyədə "Dünya İrs Siyahısı"nda yer alan 9 mədəni irsdən biridir və turistlərin marağını çəkməkdədir.[3] Safranbolun adı bölgədə yetişən və nadir bitki olan "safran" bitkisindən götürülüb.
Safranbolu coğrafi mövqeyinə görə tarix boyunca inzibati və ticarət mərkəzi olmuşdur. 2010-cu il qeydə alınmış əhalinin siyahısına əsasən, əhalinin sayı 49014 nəfərdir.
Tarixdə Paflaqoniya olaraq adlandırılan ərazidə yerləşir və bir çox mədəniyyətə ev sahibliyi etmişdir. 1196-cı ildə qəti olaraq türklər tərəfindən alınmışdır. Osmanlı zamanında XVII əsrdə İstanbul-Sinop yolu üzərində olması səbəbindən tarixdəki ən mühüm dövrünü yaşamışdır.
2002-ci ildə qurulan Zonguldak Karaelmas Universitetinə bağlı Fethi Toker "incəsənət və dizayn" fakültəsi, Safranbolu yüksək peşə məktəbi və Safranbolu "turizm" fakültəsi var. Hazırda isə bu fakültələr Karabük universitetinə bağlıdır.
Tarixi
redaktəŞəhər qədim əsrlərdə Homerin "İliada" dastanında keçən Paflaqoniya bölgəsində yerləşir və tarixi 3000 il bundan əvvələ qədər gedib çıxır. 3 və 4 min il əvvələ aid tümülüslər (bir məzar, ya da qəbiristanlıqları əhatə edən ərazilərin yığılaraq yaratmış təpəciklərə verilən addır), Safranbolunun insan yaşayışı baxımından uzun bir tarixi olduğunu göstərir. Şəhər Flaviopolis, Theodoropolis, Hadrianopolis, Germia və Dadibra (Dadybra) kimi antik qəsəbələrlə şərh olunmuşdur. Bölgədəki məlum olan ilk mədəniyyət Xetlərin qonşuları olan "Gaspa"lar və "Zalpa"lara aiddir.[4] Bölgədə sırası ilə Xetlər, Frigiyalılar, bilvasitə Lidiyalılar, Farslar, Helenistik Krallıq (Pontlar), Romalılar (Bizans), Səlcuqlar, Çobanoğulları, Candaroğulları və Osmanlılar hakimiyyət qurmuşlar.
Şəhər Səlcuqlar tərəfindən işğal edildikdə adı Dadibra idi. Safranbolu Səlcuq Sultanı II Qılınc Arslanın oğlu Muhiddin Məsud Şah tərəfindən 1196-cı il tarixində türklərin əlinə keçmişdir. Muhiddin Məsud Şah, Yunan-Bizanslı əhaliyə döyüşmədən təslim olmaları halında həyatlarını qoruyub saxlayacağına söz vermiş, lakin qeydlərə görə, şəhər döyüşlə ələ keçirilmişdir. Xristianlara nə olduğu haqqında bir məlumat yoxdur. 1213-1280-ci il tarixləri arasında Çobanoğulları, 1326-1354-cü il tarixləri arasında Candaroğulları və 1423-cü ildən sonra da Osmanlı dövlətinin əsarəti altında olmuşdur. Hazırkı Kıranköy bölgəsində Yunan icması olmuşdur. Bura daha sonra mərkəz Yunan məhəlləsi olub və 1923-cü il tarixində olan əhali dəyişikliyi bu bölgədə gerçəkləşmişdir.[4]
Səlcuqların idarəsi zamanı şəhərin adı Zalifrə olmuş və Sinop - Kastamonu - Safranbolu - Gerede - Söyüd ucqar bölgəsi halına gəlmişdir. Sonrakı illərdə şəhər Türkmənlər və Bizanslılar arasında bir neçə dəfə dəyişdirilmişdir. 1213-1280-ci illər arasında qəsəbəyə Anadolu Səlcuq Dövlətinin ucqar knyazlığı vəziyyətindəki Kastamonu və Sinop bölgəsinə yerləşmiş olan Çobanoğulları Knyazlığı rəhbərlik etmişdir. Daha sonra Çobanoğulları Monqol Elxanlılara vergi verməyə başlamışdır.[5]
1326-cı ildə Candaroğlu Süleyman Paşa şəhəri ələ keçirmiş, 1332-ci ildə Kastamonuya getməkdə olan İbn Battuta və Kastamonu paşanın oğlu Vali Əli bəy ilə görüşmüşdür. İbn Battutanın sözlərinə görə, orada Hənəfi tədrisini öyrədən bir mədrəsə var idi. Candaroğulları dövründə regionda İslam memarlığı hərəkətə gəlmişdi; bu dövrdə Qazi Süleyman Paşa Məscidi istifadə edilirdi. Həmçinin qədim Bizans kilsəsi, iki hamam və müxtəlif bulaqlar var idi. Buna bənzər İslamı quruculuq ancaq XVII əsrdə olacaqdı.[5]
Safranbolu XIV əsrin ortalarında ilk dəfə Osmanlı nəzarətinə keçmişdir və bu tarixdən 1416-cı il tamamilə fəth edilənə qədər Osmanlı Dövləti ilə Candaroğulları arasında bir sərhəd bölgəsi olmuşdur. Bölgəyə Osmanlılar "Yörükan Daraqlı" kimi tanınan çox sayda Türkmən köçəri yerləşdirməyə çalışıb və şəhərin adı bu dövrdən sonra "Daraqlı Borglu" və ya qısaca "Borglu" və "Borlu" olaraq adlandırılmışdır. XVIII əsrin ortalarında "Zağfiranpolis" istifadə edilməyə başlanmışdır və daha sonra XIX əsrin ortasında qısa bir müddət üçün "Zağfiran Benderli" istifadə edilmişdir, amma XIX əsrin son rübündə "Zağfiran Bolu" olaraq dəyişmişdir.[5] Ən son olaraq isə "Zafranbolu" və daha sonra "Safranbolu" şəklinə gəlmişdir.[6]
Osmanlı Dövləti zamanında, xüsusilə XVII əsrdə İstanbul-Sinop karvan yolu üzərində yerləşdiyindən mərkəz olması səbəbilə mədəni və iqtisadi olaraq ən yüksək səviyyəsinə çatmışdır. Həmin dövrdə Osmanlı sarayı və dövlət adamları şəhərə əhəmiyyətli eksponatlar əlavə etmişdi.
XVIII əsrdən başlayaraq, III Selim və II Mahmud dövrlərində də davam edən və 1850-ci ildən sonra artan İstanbula olunmuş miqrasiya ilə Safranbolulular sarayda təsirli olmağa başlamışdılar. Miqrantların əksəriyyəti çörəkxanalar işləyir və ya dənizçilik edirdilər. Ksavie de Planxola görə, 1860-cı ildən başlayaraq Safranbolulular İstanbulda çörəkxana məsələsində monopoliya yaratmışdılar və şörəkxanalarda çalışan təxminən hər beş nəfərdən üçü Safranbolu regionundan gəlirdi. Böyük ehtimalla, mövqe sahibi və tanınmış şəxslər Safranbollu qohumlarını, dostlarını və ya müştərilərini İstanbula gətirirdilər. Planxola görə, Safranboludan İstanbula gələn yunanların böyük əksəriyyəti dənizçilik edirdilər.[7]
1939-ci ildə istifadə olunan Karabük Dəmir Polad Zavodu ilə Karabük maraq mərkəzi halına gəlmişdir və Safranbolu 1950-ci illərdə Anadoluda baş verən müasir urbanizasiyadan çox əziyyət çəkməmişdir. Bu səbəblə memarlıq ənənələrini, xüsusən yarı taxta, üç otaqlı "Pontian Yunan" stilində zəlzələyə dözümlü evləri qorunmuşdur.[4] YUNESKO tərəfindən 1994-ci il 17 dekabr tarixində "Dünya İrs Siyahısına" alınaraq "Dünya Şəhəri" adını almışdır. Dünya İrs Şəhərləri Təşkilatının (OWHC) fəal üzvü olan Safranboluda 2000-ci ildə OWHC idarə heyətinin iclası keçirilmişdir.[3]
Coğrafiya və iqlimi
redaktəQara dəniz bölgəsində yerləşən Safranbolu rayon mərkəzindən 8 km və dənizə 65 km məsafədə yerləşir. Rayon, Karabük (Mərkəz, Ovacıq və Eflani), Baronet (millət) və Kastamonu (Araç) rayonları ilə əhatə olunmuşdur.
Böyük hissəsi meşə olan və ərazisi 1.013 km² olan şəhər coğrafi baxımdan kələ-kötür bir bölgədədir. Şəhərin ən aşağı nöqtəsi dəniz səviyyəsindən 300 metr, ən yüksək nöqtəsi isə 1,750 metr olan Sarı Çiçək Təpəsidir. Şəhər mərkəzində isə ən alçaq nöqtə 400 metr və ən yüksək nöqtə 600 metr yaxınlığında olub, orta hesabla yükselti 500 metrə qədərdir.
Rayondan keçən önəmli axar sulardan Araç çayı, Soğanlı çayı və Ovacuma dərəsinin yanında su miqdarı az olan və böyük yarğanlar əmələ gətirən çoxsaylı balaca çuxurlar var. Dərin və uzun yarğanların yanında, böyük mağaralar və dağ yamaclarında yerləşən mağara ağızlarından çıxan böyük miqyaslı sular var. Tokatlı (gümüş), Akçasu və Bulaq dərələri üç ayrı yarğan yaradaraq şəhərdən keçib Araç çayına qarışırlar. Araç çayı isə Soğanlı çayı ilə birləşir və Filyos çayından Qara dənizə çatır.
Safranboluda Uluyaylaq və Sarıçiçek olmaq üzrə iki yaylaq yerləşir. Şəhərə 50 kilometr məsafədə yerləşən, 280 hektar və 7 kilometr məsafədəki Uluyaylağın ortasında bir sədd və içində yeraltı çay olan bir mağara var. Safranboluya 8 kilometr məsafədə olan Sarıçiçek yaylağında isə düşərgə qurub, dağçılıqla məşğul olurlar.[8] Həmçinin şəhərdə yarğanlar və mağaralar yerləşir.
Yarğanlar qrupunda Sakaralan (Yacı) yarğanı Safranbolu Turizminə və təbiətsevərlərə verilmişdir. Uzunluğu 2.725 m olan Bulaq (Mencilis) mağarasının iki girişi var və 350 metrlik hissəsi işıqlandırılmışdır. Üfüqi inkişaf etmiş və fosil Mişar mağarasının böyük bir girişi var. Ağzıkara mağarası isə sarkıt və stalaqmitlər ilə diqqəti cəlb edir.[8] Konarı kəndində yerləşən Yarasa İni və Karabükdə 100 İl Məhəlləsində yerləşən 100 il Mağarası daxil olmaq və gəzmək 1000 metrlik sahəsi Sepeleoloji Cəmiyyətinin ölçümle-mələrinin axırı nəticə xidmətə girəcək. 100 İl Məhəlləsinin Su batan və Çıxan mövqedə təbii proses olaraq bağ sahəsi içindədir.
Qara dəniz və İç Anadolu iqlimləri arasında olan Safranboluda yaylar isti, qış soyuq, yazlar ilıq və sərin keçir. Yaz və payız olduqca uzundur. Xüsusən son illərdə yay ayları quraq keçməyə başlamışdır, yağışlar yaz, payız və qış aylarında olur. İllik yağmur miqdarı orta hesabla 500 mm, rütubət nisbəti isə 60% həcmindədir. İldə orta hesabla 35 gün qar yağışı olur.
Şəhərin bazar bə bağ hissələri fərqli yüksəkliklərdədir və ətraflarında meşələr vardır. Bu səbəblə regionlar arası temperatur fərqləri vardır. Bazar hissəsi dərələrin yan yamaclarında yerləşir, daha ilıq və küləksiz olan bölgə qış kimi istifadə edilir və daha az qar yağışı olur. Yüksək təbəqələrdə yerləşən bağlar qismi isə, küləklərə açıq, yay aylarında sərin, qış aylarında qar olur, bu səbəblə yazlıq olaraq istifadə edilir.
Əhalisi
redaktəXIX əsrin sonlarına doğru şəhərin əhalisi 7500 nəfərə çatırdı. 1923-cü ildə Yunanıstanın ortodoks əhalisinin Yunanıstana mübadiləsi nəticəsində əhalinin sayı 5 minədək azaldıldı və bu əhalinin sayı 1940-cı ilə qədər belə qalmışdır. Karabük Demir Çelik fabrikinin açılması ilə bir çox iş adamları, sənətkarlar və fermerlər fabrikdə işləmək üçün Safranbolunu tərk etmiş və Karabükün əhalisi 100000-ə çatmışdır. Bununla belə, Safranbolu əhalisi xarici təsirlərə baxmayaraq, 1940-cı ildən sonra təxminən 20 minə yaxın artmışdır.[9]
İdarəsi
redaktəXIX əsrdə Osmanlı dövlətinin inzibati islahatlar nəticəsində Safranbolu Safranbolu qəzasının mərkəzi olmuş və Kastamonu vilayətinə bağlanmışdır. XIX əsrin sonlarına doğru qədim dövrlərdə qala başında müasir bir hökumət binası inşa edilmişdir.[9]
Osmanlı dövründə Safranbolunun mühüm bir hissəsinin idarəsi Kastamonuya bağlı olsa da, respublika dövründə Zonquldağa bağlı idi.[4] Daha sonra 1937-ci ilə qədər Safranboluya bağlı Öğlebeli kəndinin bir məhəlləsi olan 1995-ci il 6 iyun tarixində Karabükün vilayət olması səbəbilə onun bir rayonu statusuna gəlmişdir
Safranbolunu rəsmisi Gökan Özcandır.[10] Vilayətin Safranbolu və Ovacuma adlann iki bələdiyyəsi vardır. 2004-cü ilin seçkilərində Safranbolu bələdiyyə başçılığını Ədalət və İnkişaf (AK) partiyasından Nihad Cəbhəci 45.27 % səslə və Ovacuma bələdiyyə başçılığını Demokratik Sol Partiyasından (DSP) Abdulla Dəniz 42.70% səslə qazanmışdılar.
Bölgənin yerləşməsi baxımından üç əhəmiyyətli yerə ayrılmışdır. Köhnə şəhər olaraq adlandırılan bölgənin çox hissəsi qorunma altında olan və bəziləri muzeylər kimi istifadə edilən yarım taxtalı üç mərtəbəli evlərin olduğu bir qisimdir. Rəsmi adı "Misaki Milli" olan və xalq tərəfindən "Qranköy" olaraq adlandırılan Kıranköy isə 1923 mübadiləsini əvvəl Yunan Ortodoks xalqının yaşadığı bölgədir. Bağlar bölgəsi isə varlı ailələrin yay aylarını üzüm bağlarında və meyvə bağçalarında keçirdiyi bölgedir. 1923-cü ilə qədər bağlarda türk və yunan ailələr yaxın olaraq yaşayırdılar, 1923-cü ildən sonra köhnə Safranboluda yaşayan əhali davamlı olaraq bağlarda yaşamağa başlamışdır.[11]
İqtisadiyyat
redaktəOsmanlı dövründə Safranbolunun İpək yolunun üzərində yerləşməsi və burada emal edilən malların İstanbulda satılması səbəbindən uzun illər ticarətin daha yaxşı inkişaf etmiş sahələrindən biri olmuşdur. Ticarət yaxşı getdiyi dövrlərdə Cinci karvansara və hamamı effektiv istifadə edilmişdir. Bu zamanlarda istehsalçı və ticarətçilər lonca (lonca - eyni bölgədə yaşayan sənətkar və ticarətçilər tərəfindən təşkil edilən peşə təşkilatına verilmiş bir ad) sistemi ilə təşkil olunmuşdu.
Çox mədəni, çox etnik və dindar bir bölgə olan Safranbolu köhnə zamanlarda əhəmiyyətli yollardan uzaq olması səbəbiylə Anadolu dəri sənayesinin önəmli mərkəzlərindən biri deyildi, lakin bölgəsində dəriçilk baxımından əhəmiyyətli bir yerə sahib idi. Dəriçilik kənd təsərrüfatı və taxta-şalbandan sonra üçüncü yerdə gəlməkdə idi.[12]
1940-cı ildə Karabük Demir Çelik Fabrikasının qurulmasıyla Safranbolu iqtisadiyyatda olan əvvəlki gücünü itirməyə başlamışdı. Əl əməyinin fabriklərə keçid etməsi dəriçilik kimi emal sektorları, üzüm yığımı, zəfəran istehsalı kimi əkinçilik və heyvandarlıq istehsal sahələrinə də təsir göstərmişdir. 1970-ci illərdən sonra şəhər iqtisadiyyatı turizmlə təkrar canlanmağa başladı.
Kənd təsərrüfatı nöqteyi-nəzərdən, meşə təsərrüfatı və taxılçılıq başda gəlir. Heyvandarlıq əsasən iri heyvanlar üzərindən aparılır.
2004-cü ilin qeydlərinə görə, 1855 gəlir vergisi, 934 ədəd kommersiya mənfəət vergisi, 218 ədəd qurum vergisi, 3007 vergi mükəlləfiyyəti var . 2005-ci ildən etibarən, hesablanmış vergilərin 17.393.507,75 TL vergi tutulur. Ticarət və Sənaye palatasında qeydə alınmış 365 fərdi firma, 38 anonim şirkət, 2 kollektiv şirkət, 1 kommandit ortaqlığı olan şirkəti, 1 adi şirkət, 139 məhdud məsuliyyətli cəmiyyət, 42 adi tərəfdaşlıq, 6 istehlak kooperativi, 85 tikinti kooperativi olmaqla cəmi 702 biznes şirkəti var.[13]
Təhsil
redaktəSafranboluda 451 tələbənin təhsil aldığı iki müstəqil məktəbəqədər təhsil müəssisəsi var. 11-i mərkəzdə, 5 kəndlərdə olmaqla 5229 şagirdin təhsil aldığı 16 orta məktəb var. 1981 şagirdin təhsil aldığı 9 orta məktəb qurumu vardır.[14] 2002-ci ildə qurulan Karabük Universitetinə bağlı Fəthi Toker Gözəl Sənətlər və Dizayn fakültəsindən əlavə bir peşə məktəbi də var. Bu iki qurum şəhərin dinamik strukturunu qoruyur. 2005-2006-cı illərdə Fethi Toker Gözəl Sənətlər və Dizayn Fakültəsidə 77 və Safranbolu peşə liseyində 1839 şagird təhsil almışdır və 2011-ci ildə Safranbolu Turizm Fakültəsi təsis edilmişdir.[15]
Şəhərdə Safranbolu və Ovacuma xalq kitabxanaları yerləşir. Safranbolu rayon xalq kitabxanası 1981-ci ildə tikilmiş və 23 aprel 1982-ci ildə açılmışdır. Bundan əlavə, Safranbolu kitabxanası ilə əlaqədar olaraq, 12 dekabr 2002-ci ildə Ovacuma Belde xalq kitabxanası açıldı.[16]
Mədəniyyət
redaktəSafranbolu məşhur evləri XVIII-XIX əsr türk icmasının keçmişini, mədəniyyətini, iqtisadiyyatını, texnologiyasını və həyat tərzini əks etdirən memarlıq məlumatı ilə tikilmişdir. Şəhərdə yerləşən təxminən 2000 ənənəvi strukturdan 1008 ədədi reyestr edilmiş və qanuni qoruma altına alınmışdır.
XIX əsrin sonunda 28 məscid, 2 yunan pravoslav kilsəsi, 13 xanlıq (Özbəkistanın Buxara və Halvetiyə), 2 kitabxana, 2937 tələbənin təhsil aldığı 191 məktəb, 12 mədrəsə, 8 yunan məktəbi, 1 teleqraf stansiyası, 24 karvansara, 11 hamam, 940 dükan, kasıblar və daha çox keçmiş əsgərlər və qohumları olan sifilitik xəstələr üçün 1 xəstəxana var idi.[7]
Təxminən 3000 illik tarixi keçmişində bir çox mədəniyyətin yaşadığı şəhərdə mühüm mədəni zənginliklər vardır. Xüsusilə Osmanlı dövründən qalma karvansara, hamam, məscid, bulaq, körpü və malikanələr ziyarətçilərin diqqətini çəkir.
YUNESKO-nun 1994-cü il 17 dekabr tarixində ”Dünya İrs Siyahısı”na aldığı Safranbolu, Türkiyədə yerləşən təxminən 50000 qorunması lazım olan mədəniyyət və təbiət varlığının 1125-ni özündə birləşdirir. Bu səbəblə, muzey şəhər vəziyyətindədir.
Mədəniyyət və təbiət varlıqlarını qoruma ali sovetinin 1975-ci ildə şəhəri abidə elan etməsi akademik dairələrin diqqətini çəkmiş və bu maraq zamanla Türkiyə xaricinə də çıxmışdır. Turistlərin marağı ilə 90-cı illərin əvvəlindən etibarən kiçik və orta miqyaslı turistlik komplekslərinin formalaşması başlamışdır və bu sayədə tərk edilmiş evlər otel və restoran kimi strukturlara çevrilmiş, monumental əsərlər bərpa edilməyə başlanmış və unudulmaqda olan əl işləri yenidən canlanmışdır.
"Dünya Mədəniyyət İrsinə" daxil olub abidə elan edilən qədim şəhər mərkəzində 1008 ədəd tarixi əsər qeydiyyatdan keçib. Bunlar; 1 xüsusi muzey, 25 məscid, 5 türbə, 8 tarixi bulaq, 5 hamam, 3 karvansara, 1 tarixi saat qülləsi, 1 günəş saatı ilə yüzlərlə ev və malikanə. Bunlardan başqa, təpələr, tarixi körpülər və qaya məzarları da var.
Safranbolu hər il avqust ayının ikinci həftəsində Uluyayla şənlikləri, sentyabr ayında da “Qızıl Zəfəran” sənədli film festivalı keçirilir.
Safranbolu motosiklet festivalı ilk dəfə olaraq 2015-ci ilin May ayında keçirilmişdir.[17]
Bələdiyyə
redaktəSafranbolu rayonunda bələdiyyə təşkilatı ilk dəfə 1923-cü ildə respublika ilə birlikdə yaradılıb. Seçildikləri illərə görə bələdiyyə başçıları və siyasi partiyaları:
- 2009 - Necdet Aksoy (Ədalət və İnkişaf Partiyası)
- 2004 - Nihat Cebeci (Ədalət və İnkişaf Partiyası)
- 2002 - Nihat Cebeci (Bələdiyyə sədri)
- 1999 - Mehmet Ceylan (Fəzilət Partiyası)
- 1994 - Mustafa Eren (Doğru Yol Partiyası)
- 1989 - Mustafa Eren
Qonşu şəhər
redaktə- Skidra, Yunanıstan [18]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ "Güzergâh". 22 Ocak 2010. 2010-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.
- ↑ 1 2 "Safranbolu1". 2008-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.
- ↑ 1 2 3 4 Faroqhi ve Deguilhem, 309.
- ↑ 1 2 3 Faroqhi ve Deguilhem, 310
- ↑ "Safranbolu'nun tarihi". 2012-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.
- ↑ 1 2 Faroqhi ve Deguilhem, 312.
- ↑ 1 2 "Safranbolu'nun yaylaları". 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.
- ↑ 1 2 Faroqhi ve Deguilhem, 312-313.
- ↑ "Safranbolu". İstifadə tarixi: 2006-11-19.[ölü keçid]
- ↑ Faroqhi ve Deguilhem, 313
- ↑ Faroqhi ve Deguilhem, 308.
- ↑ "Ekonomi". 2008-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-11-19.
- ↑ "İlk Ve Ortaöğretim Durumu". 2007-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-11-19.
- ↑ "Yükseköğretim Kurumları". 2008-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-11-19.
- ↑ "Kütüphaneler". 2007-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-11-19.
- ↑ ""1. Safranbolu Motosiklet Festivali"". Radikal. 2 Mayıs 2015. 2015-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Mayıs 2015.
- ↑ "Safranbolu kardeş şehir oldu". 2014-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15.