Sabirkend Nekropolu - Wikipedia
Sabirkənd_nekropolu - Haqqında Məlumat
Sabirkənd nekropolu - Ordubad rayonunun eyniadlı kəndindən cənub-qərbdə, son tunc dövrünə aid arxeoloji abidə.[1]
Tarixi
redaktəSu batan-Dizə qədim yaşayış yeri ilə yanaşıdır. Tarixi abidə kimi 1975-ci ildə qeydə alınıb. Dördkünc torpaq tipli qəbir abidələrinin bir çoxu XX əsrin 60-cı illərindən sonrakı dövrlərdə təsərrüfat işləri görülərkən dağılıb. Buradan monoxrom boyalı gil qablar, yastı tunc xəncər və digər maddi mədəniyyət nümunələri aşkar olunub. Tapıntılara əsasən Sabirkənd nekropolunun[ing.]e. ə. 16–14 əsrlərə aid olduğu ehtimal edilir. Sabirkənd nekropolunda ilkin arxeoloji qazıntılar əsasında müəyyən araşdırmalar aparılıb. Nekropolun əsaslı tədqiqata ehtiyacı vardır. [1]
İstinadlar
redaktə- ↑ 1 2 Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 239. ISBN 5-8066-1468-9.