Sabir Eliyev Hekim - Wikipedia
Sabir Cahan oğlu Əliyev (1944, Əmirxeyir, Krasnoselsk rayonu) — Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru (2001-ci ildən), tibb elmləri doktoru (1992), professor (1993); "Tərəqqi" medalı laureatı (14 iyun 2007)[1], Azərbaycan Respublikasının əməkdar elm xadimi (20 sentyabr 2010)[2]
Sabir Əliyev | |
---|---|
Doğum tarixi | 1944 |
Doğum yeri | |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSabir Əliyev 1944-cü ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. 1961-ci ildə Gölkənd kənd orta məktəbini medalla bitirmişdir[3].
1967-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Təyinatla Naftalan sanatoriyasında həkim-ordinator, sonra müalicə işləri üzrə şöbə müdiri təyin olunub.[4]
Elmi fəaliyyəti
redaktə1969–1972-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda patoloji fiziologiya kafedrasında aspirantura keçıb. 1973-cü ilin mart ayında namizədlik dissertasiyasını müdafiə edib. 1972-ci ildə kafedrada assistent, 1973-cü ildə baş müəllim, 1976-cı ildə isə dosent vəzifəsinə seçilib. Uzun illər kafedranın tədris hissə müdiri vəzifəsində çalışıb. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1993-cü ildə həmin kafedranın professoru vəzifəsinə seçilib. 1994-cü ildə AAK tərəfindən patofiziologiya ixtisası üzrə professor elmi adına layiq görülüb. 1999–2001-ci illərdə I MPF-nin dekanı işləyib.[4]
2001-ci ilin fevral ayında patoloji fiziologiya kafedrasının müdiri vəzifəcinə seçilib, həmin ilin may ayında isə universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.[4] 2014-cü ildən isə tədris, həm də müalicə işləri üzrə prorektorudur. 2015–2016-cı tədris illərində ATU-nun rektoru vəzifəsini icra etmişdir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyində fəaliyyət göstərən "Tibbi-nəzəri bölmə"nin, universitetin Mərkəzi Metodik Komissiyasının və "anatomiya, patofiziologiya, biokimya, farmakologiya" üzrə ixtisaslaşmış Müdafiə Şurasının sədridir. Universitetin Böyük Elmi Şurasının və pediatriya fakültəsinin Elmi Şurasının, Azərbaycan Tibb jurnalı Redaksiya Şurasının və AMEA-da "Tibb" şurasinin üzvüdür.[4]
1992-ci ildən YAP-ın üzvü və universitetin YAP təskilatinin sədridir.[4]
27 fevral 2008-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi tərəfindən Tibb bölümü üzrə akademik seçilib.[4]
399 elmi işin, 8 dərsliyin, 10 dərs vəsaitinin, 4 elmi-populiyar broşürnın, ilk dəfə olaraq 3 dildə (azərbaycan, rus, ingilis) cap olunan patofizioloji atlas elektron-dərsliyinin, bir neçə tədris-metodik vəsaitin müəllifidir.[4]
Rəhbərliyi altında 20 namizədlik dissertasiyası, 3 doktorluq dissertasiyası müdafiə olunmuş, 2 doktorluq işi, 1 namizədlik işi davam etdirilir.
Mükafatları və təltifləri
redaktə1986-cı ildə "Səhiyyə əlaçısı", 2000-ci ildə "Respublikanın əməkdar müəllimi" fəxri adlarına layiq görülüb.
2003-cü ildə "VEKTOR" Beynəlxalq Elmi Mərkəzin Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alimləri" beynəlxalq layihəsinin qalibi olmuşdur.
2004-cü ildə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə, 14 iyun 2007-ci ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.[1]
6 mart 2009-cu ildə həmin akademiya tərəfindən "Türk dünyasına hizmetlerindən dolayı uluslararası altun yıldız" medalı ilə təltif olunub.[4]
15 dekabr 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Mükafatlar Komitəsinin Elm və Tədris sahəsində qazandıgı nailiyyətlərə görə Avropa "Şərəf və Vicdan" ordeni ilə təltif olunmusdur.[4]
12 may 2010-cu ildə Avropa Akademiyası tərəfindən Nikolay Piroqov ordeni ilə təltif olunmusdur.[4]
20 sentyabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adı almışdir.[2]
24 dekabr 2011-ci ildə Beynəlxalq təltiflər ittifaqi tərəfindən "Hippokrat" ordeni ilə təltif olunmusdur.[4]
26 mart 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi tərəfindən Tibb bölümüne üstün hizmetlerinden dolayi "İbn-İ-Sina" diplomu ilə təltif olunub.[4]
26 dekabr 2018-ci ildə ATGTİ sıx əməkdaşlıq etdiyinə görə təhsil müəssisəsində gənclərin sosial fəaliyyətinə qayğı və dəstək göstərdiyinə görə "İlin prorektoru" mükafatına layiq görülmüşdür.
18 dekabr 2020-ci ildə Beynəlxalq Elmlər Akademiyasının tam üzvü kimi diploma layiq görülüb.
10 mart 2021-ci ildə Dünya elmindəli və təhsilindəki xidmətlərinə görə Avropa Şərəf ordeni ilə təltif olunmuşdur.
27 dekabr 2022-ci ildə Türk dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi Ödül Komitəsi karariyla 2022 Yılı Başarılarından dolayı ödülləndirilmişdir.
05 yanvar 2023-cü ildə Europaische Akademie der Naturwissenschaften in hannover e. V. tərəfindən dünya miqyasında elm və təhsil sahəsində xidmətlərinə görə "Wilhelm Conrad Röntgen Medal"na layiq görülmüşdür.
Kitabları
redaktəElmi kitabları
redaktə- Rusca-azərbaycanca tibbi patoloji terminlər lüğəti. Bakı, "Təbib", 1996.
- Новые иммуномодуляторы растительно-го происхождения. Интер. Иммуно-реабил. — М., 1996.
- Kütləvi Tibb Ensklopediyası. Bakı, "Azərbaycan Ensklopediyası" Nəşriyyatı Poliqrafiya birliyi, 2000.
- Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti. Bakı, 2004
- Tibbi biliklərin əsasları. Bakı, ATU, 2004. 483 səh.[5]
- Patoloji fiziologiyadan situasiya məsələləri. Bakı, 2004
- Patoloji fiziologiyadan tədris proqramı. Bakı, 2005.
- Patoloji fiziologiyadan atlas. Dərslik 3 ciliddə. Bakı, "Azərbaycan Neşriyyatı", 2008. 468 səh.
- Patoloji fiziologiyadan testlər. Dərslik 3 ciliddə. Bakı, "Təbib Nəşriyyatı", 2011.
- Tibbi biliklərin əsasları Dərslik. Bakı, "Təbib Nəşriyyatı" 2013. 519 səh.
- Müasir tibbi təhsilinin əsasları. Kitab. Bakı, "Bilik Nəşriyyatı", 2014.
- Patoloji fiziologiya I (dərslik) — 2015
- Patoloji fiziologiya I (dərslik) — 2016
- Normal fiziologiya "Təbib" nəşriyyatı 396 Bakı, 2019
- Patoloji fiziologiyadan təcrübə dərslik kitabı — 2019-cu il
- Patoloji fiziologiya fənni üzrə işçi-tədris proqramı (az,, rus, ing.) — 2019-cu il
- Patoloji fiziologiya. Rezidenturaya hazırlaşanlar üçün dərs vəsaiti (Azərbaycan və rus dillərində) Dövlət İmtahan Mərkəzi — "Abituriyent −2020", Bakı, Səh.453
- Patoloji fiziologiyadan Situasiya məsələləri kitabı — Bakı, "Təbib" nəşriyyatı, 2020, səh.340
- Руководство к практическим занятиям по патофизиологии с клинико-патофизиологическими аспектами
- "Patoloji fiziologiya" dərs vəsaiti
Bədii-publisistik kitabları
redaktə- El atası və varisi. Bakı 2003.
İstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan Respublikasının səhiyyə işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2007-ci il tarixli, 2224 saylı Sərəncamı" (az.). e-qanun.az. 14 iyun 2007. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-11.
- ↑ 1 2 "Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2010-cu il tarixli Sərəncamı" (az.). president.az. 20 sentyabr 2010. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-11.
- ↑ "Sabir Əliyev (Professor)" (az.). qaraqoyunlu.com. İstifadə tarixi: 2015-05-12.[ölü keçid]
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Azərbaycan Tibb Universiteti Patoloji fiziologiya kafedrası: kafedra müdiri, əməkdar elm xadimi, professor Sabir Cahan oğlu Əliyev" (az.). amu.edu.az. 2014. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-11.
- ↑ "Azərbaycan Milli Kitabxanası: Səhiyyə. Tibb elmləri". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-12.