Seyyad Sairov - Wikipedia
Səyyad Şairov (1 iyul 1945, Daşkənd, Basarkeçər rayonu – 3 yanvar 2023, Ramana) — şair, "Araz" ali ədəbi media mükafatı laureatı.
Səyyad Şairov | |
---|---|
Səyyad Süleyman oğlu Şairov | |
Doğum tarixi | 1 iyul 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 2023 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Həyatı
redaktəŞairov Səyyad Süleyman oğlu, 1 iyul 1945-ci ildə ulu Oğuz yurdu Göyçə mahalının Basarkeçər rayonunun axarlı-baxarlı bir guşəsi sayılan Daşkənd kəndində anadan olub. Səyyad Şairov haqq aşiqi şair Məmmədhüseynin nəticəsidir.
1962–63-cü illərdə 1 saylı Peşə Məktəbində təhsil almış və Bakı şəhəri Səbail rayon "Neft-Qaz Çıxarma Idarəsi"ndə neft quyularının təmiri briqadasında və "Rayonlararası Avtomatlaşdırma və Elektirikləşdirmə Idarəsi"ndə elektrik işləmişdir.
1964-cü ildə Sovet Ordusu sıralarına çağırılan Səyyad Şairov Belarusiyanın Novo-Borisov şəhərində tank komandiri hazırlayan hərbi məktəbə daxil olub. Hərbi təhsili bitirdikdən sonra Qrodno şəhərində motoatıcı batalyonun tank komandiri, bölmə komandirinin müavini və bölmə komandiri olmuşdur.
1971–73-cü illərdə Gəncə Politexnik Texnikumunun "Avtomobil nəqliyyatının istismarı" ixtisasını bitirdikdən sonra 1973–76-cı illərdə Xalq Universitetinin "Kənd Təsərrüfatının Iqtisadiyyatı" fakültəsini bitirmişdir.
Səyyad Şairov Bərdə rayonunun Yeni Daşkənd kəndinin "Rabitə şöbəsi"nin rəisi işləmişdir. Rayon təbliğat-təşviqat şöbəsinin üzvü olmuşdur.
1980-ci ildən 1989-cu ilin sonuna qədər Yeni Daşkənd kənd orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" üzrə təlimatçı müəllim işləmişdir.
1990-cı ildən Yeni Daşkənd kənd ərazi vahidində Qərargah mühəndisi və "Maşın-Traktor Parkı"nda təhlükəsizlik mexaniki və yanğından mühafizə dəstəsinin rəhbəri vəzifələrində çalışmışdır. 1998-ci il noyabr ayının 3-dən 2009-cu ilə qədər "Abşeronneft" Neft-Qaz Çıxarma Idarəsində neft hasilatı üzrə operator işləmişdir.
Səyyad Şairov 2005-ci ildə Şair Məmmədhüseynin yaradıcılığından ibarət "Yatıb oyanmaz, oyanmaz" adlı kitabını toplamış, tərtib etmiş və "Nurlan" nəşriyyatında çap etdirmişdir.
2006-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndinin Qarabağ Müharibəsi şəhidlərindən bəhs edən "Yaralı Göyçə", 2009-cu ildə isə "Taleyini görən şair" adlı kitabları "Nurlan" nəşriyyatında çap olunub.
"Qədim Oğuz", "Islahat", "Haqqın Səsi", "Azərbaycan Müəllimi", "Həqiqət və Zaman", "Hüquqşünas", "Açıq Səma", "Həqiqətin Sorağında", "Etiraf" kimi mötəbər qəzetlərdə öz şeirləri və müxtəlif səpkili məqalələri ilə yazıları dərc olunmuş, "Durna Qatarı" ədəbi toplusunda və Araz Yaquboğlunun "Daşkənd aşıqları və şairləri" adlı kitabında şeirləri çap olunmuşdur.
Babası şair Məmmədhüseyn Həsən oğlunun həyat və yaradıcılığı haqqında Azərbaycan Milli Elmlər Akademiyası Folklor Institutunda Arzu Fikrət qızı Dadaşovanın Filologiya Elmləri Namizədliyi dissertasiyasında şairin tədqiqatçısı kimi böyük əməyi olmuş 19.09.2008-ci ildə dissertasiya müvəffəqiyyətlə başa çatmışdır.
Səyyad Şairov "Araz" ali ədəbi media mükafatı laureatının fəxri diplomu ilə təltif olunmuşdur.
Əsərləri
redaktə- "Yaralı Göyçə" Bakı. Nurlan-2006. 80 səh. şəkilli
- "Taleyini görən şair" Bakı. Nurlan-2009. 108 səh.
Mənbə
redaktə- Araz Yaquboğlu, Daşkənd Aşıqları və Şairləri, Bakı-2008