Sert Diskin Tutumu - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sərt disk – informasiya daşıyıcıları hər iki tərəfi maqnit material təbəqəsi ilə örtülmüş dairəvi alümin lövhələr (platterlər) olan maqnit diskdir. Bu plastina və ya hesablayıcı/yazı bloku ilə birgə plastinalar qrupu toz, nəm və çirkdən qorunması üçün hermetik qutuda yerləşir. Sərt disk iki əsas hissədən – hermetik blokdan və elektronika platasından ibarətdir. Hermetik blokda sərt disklər, mövqe vermək üçün qurğudan ibarət başlıqlar bloku, şpindelin elektrik məftili və ilkin siqnal gücləndiricisi quraşdırılıb. Hermetik blokun ilkin gücləndiricisindən siqnal elektronika blokuna daxil olur. Həmçinin onun vasitəsilə başlıqlara, yazan siqnal daxil olur. Elektronika bloku ibarətdir: idarəedici blok, daimi yaddaş qurğusu (DYQ), bufer yaddaşı, interfeys bloku və siqnalın rəqəmsal emalı bloku
Verilənlərin yazılma texnologiyası
Sərt disklərin iş prinsipi maqnitofonların işinə oxşayır. Diskin işlək səthi hesablayıcı başlığa əsasən hərəkət edir (məsələn, maqnit məftilində kəsiklə induktiv çarx formasında). Dəyişən elektrik cərəyanı verildikdə başlığın kəsiyində yaranan dəyişən maqnit sahəsi diskin səthinin ferromaqnitinə təsir edir və siqnalın həcmindən asılı olaraq domenlərin vektorunun istiqamətini dəyişir. Hesablama zamanı başlığın kəsiyində domenlərin yerdəyişməsi başlığın maqnit məftilində maqnit axınının dəyişməsinə səbəb olur ki, bu da elektromaqnit induksiyası effektinə görə çarxda dəyişən elektrik siqnalının yaranmasına gətirib çıxarır.
Toplayıcıların inkişaf tarixi
redaktə1956-cı ildə ilk ticarət nişanlı sərt disk IBM 350 RAMAC, 5 Mb buraxıldı . Onun çəkisi bir tona yaxın idi, hər biri soyuducu böyüklükdə olan iki yeşik tuturdu, iri pitsanın diametrinə bərabər 50 fırlanan təmiz nazik disklərin ümumi həcmi 5 meqabayt idi.
"Vinçester" adını sərt disk 1973-cü ildə, 3340 modeli ilə sərt disk buraxan IBM firmasının sayəsində almışdır. Bu şirkət ilk dəfə bir ayrılmaz korpusda diskləri və hesablayıcı başlıqları bir arada birləşdirdi. Onun hazırlanması zamanı mühəndislər qısa daxili "30–30" adından istifadə etdilər ki, bu da hər biri 30 Mb olan iki modul (maksimal tərtibat üzrə) demək idi. Layihənin rəhbəri Kennet Xotton məşhur ov tüfənginin "Winchester 30–30" adı ilə həmahəng olaraq bu diski "vinçester"adlandırmağı təklif etdi.
Hard diskin xarakteristikası
redaktə1)Tutumu — 40 GB, 80 GB, 160 GB, 260 GB, 320 GB, 500 GB, 1 TB, 2 TB ….
Hard diskin tutumunu bilmək üçün kompyüterdən daxil oluruq "Управления" bölməsinə sol paneldən "Управление дисками" vurub baxa bilərik.
2)Fırlanma sürəti — Bunu biz "Everest" programı ilə öyrənirik.
3200 RPM 5400 RPM — bu adətən notbuklarda olur… 7200 RPM 10000 RPM
"Everest" programında Хранение данных — ATA bölməsi…
3)Çöl ölçüsünə görə hard disklər 2 formada olur
3,5 — Personal kompyüterlər üçün 2,5 — Notbuklar üçün
4)Hard disklərin qoşulmasına görə tipləri -(materinkaya qoşulmasına görə tipləri)
Bunlar əsasən İDE (ATA), SATA… İDE köhnə tip sayılır. Tutumu isə 40–80GB…
SATA hal-hazırda bunlardan istifadə olunur. Tutumu 80–1TB… Qoşulmaları fərqlidir…
USB və raid qoşulmaları çöldən qoşulma üçündür. Raid içəridən qoşulmadan serverdir. Bununla bir neçə hard disk kompyüterə əlavə edə bilərik. Bunun üçün İDE və SATA diskovodların qoşulmasından istifadə olunur.
İDE qoşulması — materinkanın üstündə 2 İDE yeri var:
İDE 1 — "primary İDE master" və "primary İDE slave" İDE 2 — "secondary İDE master" və "secondary İDE slave"
Burda "Master" — Əsas, "Slave" isə Əlavə deməkdir…
Daha səmərəli işləməsi üçün aşağıdakı kimi qoşmaq məsləhət görülür:
1)İDE 1 — "HDD" — "Master" İDE 2 — "CD/DVD" — "Master"
Balaca canperlərdə hər ikisi taxılır Masterə…
2)İDE 1 — "HDD" — "Master" "CD/DVD" — "Slave"
3)İDE 1 — "HDD" — "Master" "HDD" və ya "CD/DVD" — "Slave" ↕ Əlavə qurğu
İDE 2 — "CD/DVD" — "Master"
Diskin fiziki və məntiqi strukturu
redaktəDiskin ölçüsü disk aparıcısı və xüsusən əməliyyat sistemindən asılıdır. Amma diskin struktur və mahiyyəti həmişə eynidir. İxtiyari diskin iki strukturu (formatı) mövcuddur: fiziki və məntiqi. Fiziki format sektorun baytlarla ölçüsünü, cığırdakı sektorların və üzlərin sayını tə"yin edir. Bu fiziki və ya aşağı səviyyəli formatlaşdırma (physical formatting, low-level formatting) adlanır. Bu prosedura sərt diskin hazırlanmasında yerinə yetirilir. Fiziki formatlaşdırmada kontroller diskin sektorlarını tə"yin edərək onları nömrələyir.
Verilənlər diskin maqnit örtüyünə konsentrik çevrələr şəklində yazılır ki, bu da cığır adlanır. Hər bir cığır öz növbəsində bir neçə sektordan ibarət olur
Diskin bir üzündəki informasiyanın miqdarı cığırların sayından (bu sıxlıq adlanır) və bir cığırdakı sektorların ümumi ölçünsündən asılıdır. Sıxlıq diskdən asılı olaraq dəyişir. Sektor disk kontrolleri vasitəsilə oxunan və ya yazıla bilən minimal həcmli veriləndir.
Fiziki formatlaşdırmadan sonra diskin MS-DOS -ilə işləməsi üçün olduqca çoxlu xüsusi verilənlər yazılmalıdır. Amma sərt disklə iş adətən fiziki diskin bir və ya bir neçə məntiqi bölmələrə bölünməsi prosedurası işə başlayır.
Vinçesterin məntiqi bölmələrə bölünməsi MS-DOS-un F disk (Fixed Disk) proqramı ilə həyata keçirilir. F disk proqramının köməyi ilə vinçesteri C:, D: , E: və s. kimi məntiqi disklərə bölmək mümkündür. Fdisk-in alternativ proqramı PowerQuest firmasının Patition Magic proqramıdır. Bu proqram Fdisk-in bütün funksiyalarını yerinə yetirməklə bərabər əlavə imkanlara da malikdir. Patition Magic proqramı Fdisk-dən fərqli olaraq diskdəki verilənləri korlamadan məntiqi diskin ölçüsünü dəyişir və verilənləri FAT16-dan FAT32-yə və əksinə konversiya edir.
Vinçester məntiqi disklərə bölündükcən sonra diskin sistem sahəsi yaradılmalıdır ki, bu da məntiqi və ya yüksəksəviyyəli formatlaşdırma adlanır. yüksəksəviyyəli formatlaşdırma FORMAT. COM proqramı vasitəsilə həyata keçirilir.