Serhedsiz Hekimler - Wikipedia
Sərhədsiz həkimlər (fr. Médecins sans frontières) — silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində zərər görmüş şəxslərə tibbi yardım göstərilməsi məqsədi daşıyan beynəlxalq qeyri-hökumət təşkilatı.
Sərhədsiz Həkimlər MSF, MSF | |
---|---|
Yaranma tarixi | 21 dekabr 1971[1][2] |
Mərkəzi | |
Qurucusu | |
msf.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Təşkilat 20 dekabr 1971-ci ildə Parisdə Nigeriyada 1967–1970-ci illərdə baş verən vətəndaş müharibəsi qurbanlarına yardım məqsədilə yaradılıb.
Təşkilat hər il 3000-dən çox könüllünü dünyanın 80-dən artıq ölkəsinə, o cümlədən, silahlı münaqişələr zonalarına da göndərir. Könüllülər bir çox qaynar nöqtələrdə işləyirlər. Eyni zamanda, "Sərhədsiz həkimlər" narkomaniya və AİDS-lə mübarizəylə bağlı maarifləndirici və profilaktik işlər də görürlər.
Həkimlərin maliyyələşdirilməsi şəxsi ianələrin hesabına həyata keçirilir. Maliyyə vəsaitlərinin təxminən 80 %-ni təşkilat iki milyon fərdi donordan əldə edir.
Beynəlxalq mükafatlar
redaktə- Nansen mükafatı (1993)
- Nobel sülh mükafatı (1999)
Xarici keçidlər
redaktə- Rəsmi sayt (англ.)