Selim Ismayilov - Wikipedia
Səlim Teymur oğlu İsmayılov (1968, Naxçıvan) — İctimai-siyasi xadim, Azərbaycan ordusunun polkovniki, Vətən uğrunda medalı kovaleri, Naxçıvan Ali Məclisinin III çağırışı və IV çağırışı deputatı.
Səlim İsmayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1968 |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1987—indi |
Rütbəsi | Polkovnik |
Döyüşlər |
Birinci Qarabağ müharibəsi Aprel döyüşləri Vətən müharibəsi |
Həyatı
redaktəSəlim İsmayılov 1968-ci ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini doğma Naxçıvanda aldıqdan sonra Sovet Ordusu sıralarına daxil olmuşdur. Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycana qayıtmış və Hava Hücümundan Müdafə Qüvvələrinin zabiti kimi Milli Orduda xidmətə davam etmişdir. Atəşkəsdən sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində Hava Hücumundan Müdafiə kafedrasının yaradılmasında, bu ixtisas üzrə ilk milli kadrların formalaşdırılmasında xidmətlər göstərmişdir. Vətən Müharibəsində iştirak etmiş, xidmətləri Vətən uğrunda medalı ilə qiymətləndirilmişdir.
Siyasi fəaliyyəti
redaktəO, Naxçıvan Ali Məclisinin III çağırışı və Naxçıvan Ali Məclisinin IV çağırışı deputatı kimi qanunvericilik fəaliyyəti ilə məşğul olmuşdur.
Təltif və mükafatları
redaktə- (2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 10 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib;
- (2005) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı — Azərbaycan Silahlı Qüvvələrində 10 il xidmətə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib;
- (2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 90 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib;
- (2010) — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı — Azərbaycan Silahlı Qüvvələrində 15 il xidmətə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib;
- (2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 95 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib;
- (2015) — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı — Azərbaycan Silahlı Qüvvələrində 20 il xidmətə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib;
- (2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 100 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib.
- (15.12.2020) — "Vətən uğrunda" medalı — Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.[1][2]
İstinadlar
redaktə- ↑ President.az. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2020.
- ↑ Mod.gov.az. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). Mod.gov.az. 15 dekabr 2020. 2020-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2020.