Sekine Eliyeva - Wikipedia
Səkinə Abbas qızı Əliyeva (15 aprel 1925, Naxçıvan – 6 oktyabr 2010, Bakı) — dövlət xadimi və siyasətçisi. O, Naxçıvan MSSR maarif naziri, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin katibi, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri vəzifələrində çalışmışdır.[1][2]
Səkinə Əliyeva | |
---|---|
Əliyeva Səkinə Abbas qızı | |
1963 – 1990 | |
1961 – 1963 | |
1958 – 1961 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Səkinə Abbas qızı Əliyeva |
Doğum tarixi | 15 aprel 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 2010 (85 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | müəllimə, siyasətçi |
|
|
Təltifləri |
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-dən ayrılması haqqında fövqəladə sessiyanın çağırılmasına nail olmuş və onun imzalamışdır.
Həyatı
redaktəSəkinə Abbas qızı Əliyeva 1925-ci ilin aprel ayının 15-də Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Atasının adı Abbas, anasının adı isə Almaz olmuşdur.
Təhsili
redaktə1945-ci ildə Naxçıvan Müəllimlər İnistitutunda təhsilini başa vurmuşdur. Bundan 1951–1958-ci illərdə sonra isə Azərbaycan Dövlət Universitetində Filologiya fakültəsində təhsil almışdır. Buradakı təhsilini başa vurduqdan sonra bir müddət Babək rayonunun Qahab kəndində müəllim kimi işləmişdir.
Səkinə Əliyeva həmçinin, Ali Partiya Məktəbini də bitirmişdir.
Fəaliyyəti
redaktə1945-ci ildə ÜİK(b)P üzvlüyünə qəbul edilmişdir. 1945-ci ildən 1951-ci ilə qədər Statistika Komitəsində çalışmış və burada Sovet sistemini öyrənmişdir. 1951-ci ildə vəzifəsi yüksəldilərək 1951–1958-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsin təbliğat-təşviqat şöbəsində, əvvəlcə təlimatçı, sonra müdir vəzifələrində, daha sonra mühazirəçilər qrupunun rəhbəri vəzifəsində çalışmışdır.
1958–1961-ci illərdə Naxçıvan MSSR maarif naziri vəzifəsində işləmişdir.[3]
1961-ci ildə vəzifəsi daha yüksəlmiş və Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin katibi vəzifəsinə təyin edilmişdir. 1963-cü ilə qədər bu vəzifədə qalmışdır.[3]
Dəfələrlə, 1958-ci ildən başlayaraq Naxçıvan MSSR Ali Sovetinin deputatı, 1963-cü ildən 1990-cı ilin mart ayınadək Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri, eyni zamanda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Sədrinin müavini vəzifələrində işləmişdir.[3]
Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin katibi vəzifəsində çalışarkən muxtar respublikada əhalinin rifah şəraitinin yüksəldilməsi üçün xüsusi dövlət proqramları həyata keçirmişdir.
Qadınların ölkənin siyasi həyatında aktiv iştirak etməsi üçün xeyli çalışmışdır.
Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasının qərarı
redaktəSəkinə Əliyevanı bütün SSRİ-də, o cümlədən də, bütün dünyada məşhurlaşdıran hadisə isə onun Naxçıvan MSSR-in SSRİ-dən çıxması barədə qərar verən Ali Sovetin fövqəladə sessiyasını toplaması hadisəsi olmuşdur. Ona bu işdə Sülhəddin Əkbərov, Əli Şamilov da köməklik göstərmişdir.[1]
Arxa plan
redaktəSSRİ-də Qorbaçov hakimiyyətə gəldikdən sonra İttifaqın müxtəlif regionlarında etnik toqquşmalar və separatçı hərəkatlar baş qaldırmağa başladı. Separatçı hərəkatın baş qaldırdığı regionlardan biri də Azərbaycan idi. Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlamışdı.[4]
Azərbaycan SSR-nin I katibi Əbdürrəhman Vəzirov və SSRİ-nin yüksək vəzifəli şəxslərinin Naxçıvana səfərindən sonra da yaxşıya doğru heç nə düzəlmədi. Həmçinin, 1990-cı ildə Naxçıvanın Kərki kəndinin SSRİ əsgərlərinin yardımı ilə erməni terrorçu qrupları tərəfindən işğalından sonra Səkinə Əliyeva tərəfindən Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasının çağırılması qərara alındı.
Qərarın qəbulu
redaktəSessiyanın başlama vaxtından keçməsinə baxmayaraq, deputatların bir çoxu hələ də gəlməmişdi. Sessiyanın qanuni olması üçün deputatların ən az yarısınan çoxu, yəni 50% + 1 lazım idi. Amma deputatlara rayon partiya komitələri deməsəydi, kimsə kənddən Naxçıvana, sessiyaya gəlməzdi. Raykom katibləri isə yuxarının tapşırığı olmadan bunu deməzdilər. Lakin, cəbhəçilərin köməyi ilə kvorum çətinliklə də olsa, alındı.[1]
Uzun müzakirələrdən sonra Ali Sovetin fövqəladə sessiyası qərar qəbul etdi:[1]
SSRİ-nin Əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR-in suverenliyi və ərazi btövlüyü müdafiə edilmədiyindən;
Azərbaycan SSR və Naxçıvan MSSR Ali Qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətləri nəticəsiz qaldığından; Ermənistan SSR tərəfindənedilən təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü pozulduğundan, vətəndaşlarının həyatı təhlükə altında qaldığından; Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanmış müqavilənin şərtləri kobud şəkildə pozulduğundan: Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır: 1) Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir. 2) Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədi ilə Türkiyə respublikasına müraciət edilsin. 3) Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına, dünyanın bütün dövlətlərinə kömək məqsədi ilə müraciət olunsun. 4) Naxçıvan MSSR ərazisində olan SSRİ qoşun hissələri respublikadan çıarılsın. 5) SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun. 6) Sessiyanın qərarı Azərbaycan SSR və SSRİ respublikalarının nəzərinə çatdırılsın. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri: Səkinə Əliyeva. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Katibi: Həsən Xəlilov. Naxçıvan şəhəri, 19 yanvar 1990-cı il. |
Səkinə Əliyeva Naxçıvanda erməni təcavüzünə qarşı xalq mübarizəsinin təşkilatçılarından biri olmuşdur. Bütün bunların nəticəsində Sovet hakimiyyətinə qarşı gəldiyinə görə 1990-cı ilin mart ayında vəzifəsindən kənarlaşdırılmışdır. O, 1990-cı ildən sonra siyasətlə məşğul olmamışdır.
Xarici mətbuatda
redaktə-
Səkinə Əliyevanın Naxçıvan Muxtar Sovet Sosialist Respublikasınin Ali Sovetinin Rəyasət Heyətinin sədri seçilməsi barədə Daily News qəzetində 1963-cü ilin aprel ayının 13-də yazılmış xəbər.[5]
-
Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasının qərarı ilə Naxçıvanın SSRİ-dən ayrılmasından sonra ingilis dilli mətbuatda Səkinə Əliyeva haqqında çıxan yazı.
Ölümü
redaktə6 oktyabr 2010-cu ildə Bakı şəhərində 85 yaşında vəfat etmişdir.
Mükafatları
redaktə"Oktyabr İnqilabı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə mükafatlandırılmışdır. Həmçinin dəfələrlə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[6]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 4 Nazim Əkbərov. "Nazim Əkbərov Səkinə xanım Əliyeva haqqında" (Azərbaycan dili). aqra.az. 2013 30 dekabr tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ Tahir Tahiroviç. "SSRİ-ni dağıdan RƏHBƏR – Səkinə Əliyeva" (Azərbaycan dili). publika.az. 2017 4 mart. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
- ↑ 1 2 3 Sara Əzimova. "Tanınmış ictimai xadim Səkinə Əliyevanın 90 illik yubileyi qeyd olunub" (Azərbaycan dili). Şərq qapısı. 2015 16 aprel. 2018-12-18 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ [Suha]. Azerbaijan: A Political History. 2013. (#bad_paramlink)
- ↑ "Woman Red in Top Post". Daily News. 13 aprel 1963. (#accessdate_missing_url)
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.