Sehihi Muslim - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Səhihi-Müslim (ərəb. صحيح مسلم). Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittədən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"dən) biridir. Əhli-Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilən ikinci kitabdır.
Səhihi-Müslim | |
---|---|
ərəb. صحيح مسلم | |
Müəllif | Müslüm ibn Həccac |
Janr | İslam |
Orijinalın dili | Ərəbcə |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Kitabın müəllifi (h.q. 206-261) (M. 821-875) Əbu əl-Hüseyn Müslim ibn Həccəc ən-Neysəburidir. Hicrətin 206-cı ilində indiki İranın Nişapur şəhərində anadan olmuş və 261-ci ilində vəfat etmişdir.O əslən iranlıdır və milliyyəti haqda ixtilaf vardır ki, ərəb və yaxud fars kökənlidir.
Əsərin əsil adı "əl-Müsnəd əs-Səhih bi Nəqlil-Ədli" olsa da müəllifinə nisbətlə "Səhihi-Müslim" olaraq tanınır.
Haqqında
redaktəƏsər
redaktəKitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Təkrarları çıxmaq şərtilə kitabda 3033 hədis var. Ümumilikdə isə kitabda 7275 hədis var[1].
Səhiheynin ehtiva etdiyi hədislər haqqında İbni Salah (h.q. 577-643) bunları demişdir :
"Bizə Hureyb-dən rəvayət olundu. Deyib ki : Əbu Züratə ər-Razi-nin yanında idim. Deyərkən Müslim ibn Həccac gəldi və ona salam verərək bir müddət oturdu. Müzakirə etdilər. Getmək üçün qalxdığı zaman mən Əbu Züra-ya :
Səhih adlı kitabda dörd min hədis toplayan bu zatmıdır ? dedim.
Əbu Züra geriyə qalanını kimə qoydu ? dedi.
İbni Salah (577-643) deyir ki : Əbu Züra (h.q.?-164) bununla Müslim-in kitabında təkrarsız olaraq dörd min əsil hədis olduğunu anlatmaq istəmişdir. Buxari-nin kitabı üçün də təkrarları xaric, dörd min hədis ; təkrarları ilə birlikdə 7275 hədis ehtiva etdiyini söyləmişdir."
Kitabları (Bölmələri)
Şərh
redaktə- “əl-Mufhim fi Şərhi Ğəribi Muslim” Abdul-Ğafir ibn İsmail əl-Farisi (h. 529)
- “Şərhu Muslim” İsmail ibn Muhəmməd əl-İsfəhani (h. 535)
- “əl-Mulim bi Fəvaidi Kitabi Muslim” Əbu Abdullah Muhəmməd ibn Əli əl-Maziri (h. 536)
- “əl-İkmal əl-Mulim bi Fəvaidi Muslim” Qazı İyad ibn Musa əl-Yəhsubi əl-Maliki (h. 544)
- “Şərhu Muslim” İmadud-Din Abdur-Rəhman ibn Abdul-Ali əl-Misri (h. 624)
- “Siyanətu Səhihi Muslim minəl-İxlali vəl-Ğələti və Himayətihi minəl-İsqati vəs-Səqti” Əbu Amr Osman ibn əs-Səlah əş-Şəhrəzuri (h. 643)
- “əl-Mufsih əl-Mufhim vəl-Muvəddih əl-Mulhim li Məani Səhihi Muslim” Əbu Abdullah Muhəmməd ibn Yəhya ibn Hişam əl-Ənsari (h. 646)
- “Şərhu Muslim” Yusuf Şəmsuddin Əbul-Muzəffər (h. 654)
- “əl-İkmal fi Şərhi Muslim” Şəmsuddin Muhəmməd ibn Yusuf əl-Kunəvi (h. 656)
- “əl-Mufhim lima Əşkələ min Təlxisi Kitabi Muslim” Əbul-Abbas Əhməd ibn Ömər əl-Ənsari əl-Qurtubi (h. 656)
- “əl-Minhac fi Şərhi Səhihi Muslim ibnul-Həccac” Əbu Zəkəriyya Yəhya ibn Şərəf ən-Nəvəvi (h. 676)
- “Fədl əl-Munim fi Şərh Səhih Muslim” Əbu Abdullah Muhəmməd ibn Ətaullah ibn Muhəmməd ər-Razi (h. 767)
- “İkmalu İkmal əl-Mulim” Əbu Abdullah Muhəmməd ibn Xəlifə əl-Vustani əl-Ubbi (h. 827)
- “Şərhu Muslim” Təqiyyud-Din Əbu Bəkr ibn Muhəmməd əl-Hisni əd-Diməşqi (h. 829)
- “Tohfətu əl-Muncid vəl-Mufhim fi Ğəribi Səhihi Muslim” İbrahim ibn Muhəmməd ibn Sibt ibn əl-Əcəmi (h. 841)
- “Şərhu Muslim” Əbul-Fərəc İsa ibn Məsud əz-Zəvavi (h. 844)
- “Mukəmmilu İkmal əl-İkmal” Muhəmməd ibn Yusuf əs-Sənasi (h. 892)
- “Əd-Dibac alə Səhih Muslim ibnul-Həccac” Cəlaləddin əs-Suyuti (h. 911)
- “Minhac əl-İbtihac fi Şərhi Muslim ibnul-Həccac” Şihabuddin Əhməd ibn Muhəmməd əl-Xətib əl-Qəstəllani (h. 923)
- “Şərhu Muslim” Zeynud-Din Zəkəriyya ibn Muhəmməd əl-Ənsari (h. 926)
- “Buğyətul-Qari vəl-Mutəfəhhim” Yəhya ibn Muhəmməd əs-Sənabiti (h. 958)
- “Şərhu Muslim” Ali əl-Qari əl-Hərəvi (h. 1016)
- “əs-Sirac əl-Vəhhac min Kəşfi Məsalibi Səhih Muslim ibnul-Həccac” Siddiq Həsənxan (h. 1307)
- “İnayətu əl-Məlik əl-Munim li Şərhi Səhih Muslim” Abdullah ibn Muhəmməd Yusuf Əfəndi (h. 1167)
- Muhyiddin ən-Nəvəvi, "Sahihu Muslim bi Şərhin Nəvəvi"
Tərcümə
redaktəKitab Azərbaycan dilinə tərcümə olunub və nəşr olunub :
- İmam Əbul-Huseyn Muslim ibn Həccac ibn Muslim əl Quşeyri ən Nişapuri, "Səhih Muslim və Şərhi", Tərcümə edən: Əlixan Musayev, 2 cilddə (I cild, yüklə)
- Müslim ibn Həccac əl Quşeyri ən Nişapuri, "Səhih Müslim", Bakı, "Şərq-Qərb", 2010, 984 səh.
Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub :
Nəşr
redaktə- Müslim b. əl-Həccac, əl-Müsnədus-səhih bi nəqlil ədli, Dar İhyail-Kutubil-Ərəbiyyə, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1412/1991; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi yüklə
- Müslim b. əl-Həccac, əl-Müsnədus-səhih bi nəqlil ədli, Beytul-Əfkar əd-Dəvliyyə lil-Nəşr, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1419/1998 yüklə
- Müslim b. əl-Həccac, əl-Müsnədus-səhih bi nəqlil ədli, Dar Teybə, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Nəzər b. Muhəmməd əl-Qurtubi yüklə
İstinadlar
redaktə- ↑ "Kutubi Sitte veritabanı". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-29.