Sefter Ceferov - Wikipedia
Səftər Məmməd oğlu Cəfərov (sentyabr 1900, Pirşağı, Bakı qəzası – 16 noyabr 1961, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1959–1961).
Səftər Cəfərov | |
---|---|
26 noyabr 1959 – 16 noyabr 1961 | |
Əvvəlki | İlyas Abdullayev |
Sonrakı | Məmməd İsgəndərov |
23 yanvar 1958 – 26 noyabr 1959 | |
Sədr | İlyas Abdullayev |
24 mart 1947 – 23 yanvar 1958 | |
Əvvəlki | Kübra Fərəcova |
Sonrakı | Zərifə Şükürova |
28 mart 1946 – 22 mart 1947 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | vəzifə ləğv edilib |
27 oktyabr 1940 – 28 mart 1946 | |
Əvvəlki | Ələkbər Əliyev |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
1937 – 1937 | |
1933 – 1935 | |
1932 – 1935 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | sentyabr 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 16 noyabr 1961 (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSəftər Cəfərov 1900-cü ildə Bakı qəzasının Pirşağı kəndində kəndli ailəsində anadan olmuşdur. 15 yaşından işləməyə başlamış, xüsusi sahibkarların yanında fəhləlik etmişdir.[1] Həmin illərdə fəhlə hərəkatına qoşulmuşdur.[2]
1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqda Səftər Cəfərov Qızıl Orduya daxil olmuş, həmin ilin oktyabrında isə Sov. İKP üzvlüyünə qəbul edilmişdir. O, Qızıl Orduda 1932-ci ilədək xidmət etmiş, sıravi əsgər rütbəsindən siyasi işçi vəzifəsinədək yüksəlmişdir. Batalyon və polk hərbi komissarı, diviziya qərargahı rəisinin siyasi hissə üzrə köməkçisi, sonra isə Styopin adına Azərbaycan ikinci Qafqaz atıcı diviziyasının və Xəzər hərbi donanmasının hərbi prokuroru olmuşdur.[1][3]
1932-ci ildən 1935-ci ilədək Azərbaycan SSR-in prokuroru, 1933-cü ildən eyni zamanda Azərbaycan SSR xalq ədliyyə komissarı vəzifəsində işləmişdir. Sonralar Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, Moskvada SSRİ Xalq Komissarları Soveti yanında Azərbaycan SSR-in daimi nümayəndəsi olmuş, 1940-cı ilin oktyabrında isə Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsinə təyin edilmişdir.[1][4]
Səftər Cəfərov 1947-ci ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1958-ci ildən sədr müavini, 1959-cu ilin noyabrından isə sədri olmuşdur. 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olmuşdur.[1]
Sov. İKP 22-ci qurultayının, Azərbaycan KP 19–25-ci qurultaylarının nümayəndəsi olmuşdur. Sov. İKP 22-ci qurultayında Sov. İKP mərkəzi təftiş komissiyasının üzvü seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin 1–5 çağırış deputatı olmuşdur.[2]
Səftər Cəfərov 16 noyabr 1961-ci ildə Bakıda ürək-damar xəstəliyindən vəfat etmiş[1][3] və 19 noyabrda Fəxri Xiyabanda dəfn edilmişdir.[5]
Təltifləri
redaktə- 2 dəfə "Lenin" ordeni — 1943, 7 sentyabr 1960
- 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — biri 27 aprel 1940
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Сәфтәр Мәммәд оғлу Ҹәфәров // Коммунист. № 271 (11830). 18 нојабр 1961-ҹи ил. С. 3.
- ↑ 1 2 Ҹәфәров Сәфтәр Мәммәд оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 432.
- ↑ 1 2 Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 37.
- ↑ Dzhafarov, Saftar Mamed ogly // Who was who in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1972. səh. 151.
- ↑ С. М. Ҹәфәровун дәфни // Коммунист. № 273 (11832). 20 нојабр 1961-ҹи ил. С. 4.
Xarici keçidlər
redaktə- "Джафаров Сафтар Мамед оглы". knowbysight.info (rus). 14 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2021.
- "Saftar M Jafarov" (ingilis). Find a Grave. İstifadə tarixi: 13 yanvar 2022.