Seferdere Dagi - Wikipedia
Səfərdərə_dağı - Haqqında Məlumat
Səfərdərə dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3826,4 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Qapıcıq və Yağlıdərə dağlarının arasında, Parağaçayın mənbə hissəsindədir. Mehri-Ordubad batolitinin Üst Eosen yaşlı qabbro, qabbro-diorit, mansodiorit, qranosiyenit və monsoqranodioritlərindən təşkil olunmuş sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir.
Səfərdərə dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3826,4 m |
Yerləşməsi | |
39°06′59″ şm. e. 46°00′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
SƏPƏRDƏRƏ DAĞI – Ordubad rayonu ərazisində Səfərdərə dağının əhali arasında işlədilən başqa adı.[1]
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 247. ISBN 5-8066-1468-9.