Sefer Eliyev General Mayor - Wikipedia
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Səfər Hüseyn oğlu Əliyev (29 iyun 1961, Maxta, Noraşen rayonu) — polis general-mayoru,[1] Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya İdarəsinin Nazir yanında məsləhətçi qrupun baş mütəxəssisi.
Səfər Əliyev | |
---|---|
Səfər Hüseyn oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 iyun 1961 (63 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Rütbəsi |
Polis general-mayoru |
|
|
Təltifləri |
Həyatı
redaktəSəfər Hüseyn oğlu Əliyev 29 iyun 1961-ci ildə Naxçıvan MSSR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur.
1987–1993-cü illərdə Azərbaycan Texniki Universitetinidə təhsil almışdır.
1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.
1980–1982-ci illərdə həqiqi hərbi xidmət keçmişdir.
Ailəlidir, iki övladı var.
Fəaliyyəti
redaktə1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. Bu dövrdə ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə xidmət aparmışdır.
1990–1997-ci ilədək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsində inspektor, baş inspektor, şöbə rəisi, 1997–1999-cu illərdə Daxili İşlər Nazirliyinin Qərargahının Nəzarət-Əlaqələndirmə şöbəsində inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində çalışmışdır.
2010–2016-cı ilədək Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis muavini, 2016–2022-ci illərdə Daxili İşlər Nazirliyinin Katibliyində rəis vəzifələrində çalışmışdır.
2022-ci ilin yanvar ayından etibarən Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya İdarəsinin Nazir yanında məsləhətçi qrupun baş mütəxəssisi vəzifəsində çalışır.
Təltifləri
redaktə- Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2017 ci il tarixli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
- 2018-ci ildə Daxili İşlər Nazirliyinin "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunmuşdur.
- Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydaların qorunması, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü ildə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ "Report.az". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
- ↑ "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.