Sedan Mahali - Wikipedia
Sədan_mahalı - Haqqında Məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sədan mahalı — Quba xanlığında mahal.
Hacı Səfərəli bəyin idarə etdiyi Sədan mahalı cəmi 5 kənddən ibarət idi. Bu kəndlər Ataçay və Gilgilçay arasında dağ yamacında yerləşirdi. Həm də kəndlərin ikisində — Calğan və Uqahda deyəsən o zaman daimi yaşayan əhali yox idi, çünki siyahıda bu kəndlərin qarşısında adam sayı sütunu boş idi. Ən böyük kəndlər 40 həyətdən ibarət Sədan və 30 həyətdən ibarət Dağ Quşçu kəndləri idi. Çıraqqala da bu mahalın tərkibində idi. Mənbənin verdiyi məlumata görə Fətəli xan sıldırım qayada yerləşən bu qalada özü üçün ev inşa etdirmişdir. Çıraqqala regionun mühüm istehkamlarından biri idi. Sədan mahalında maldarlıq və taxılçılıq inkişaf etmişdir.
Kəndlər
redaktəTanınmışları
redaktəİstinadlar
redaktəMustafazadə Tofiq. Quba xanlığı. Bakı, Elm; 2005, 480 səh.. + 1 xəritə.