Sebzi Qovurma - Wikipedia
Səbzi_qovurma - Haqqında Məlumat
Səbziqovurma — qovurma növü, plov qarası. Xırda tikələrə doğranmış qoyun əti qovrulur, üstünə qızardılmış soğan əlavə edilir. Çox hissə kəvər, həmçinin şüyüd, nanə, keşniş, göy soğan, tərxun, ispanaq və turşəng doğranıb qızarmış ətə qarışdırılaraq bişirilir. Bişənə yaxın abqora (yaxud lümü duzu) tökülür. Plov yanında verilir, ayrıca xörək kimi (bəzən sarımsaqlı qatıqla) də yeyilir. Səbziqovurma bir sıra Yaxın Şərq əlkəsində, o cumlədən Azərbaycanda geniş yayılmışdır.[1]
İstinadlar
redaktə- ↑ Сәбзиговурма // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: Прадо—Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 368.