Sebuhi Qehremanov - Wikipedia
Səbuhi Adil oğlu Qəhrəmanov (21 sentyabr 1988, Bərdə) — Azərbaycan ədəbiyyatşünası, filologiya üzrə fəlsəfə doktoru, naşir, AMEA-nın "Elm" nəşriyyatının direktoru [1], Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Avropa Elmi Redaktorlar Assosiasiyasında bölmə sədri[2]
Səbuhi Qəhrəmanov | |
---|---|
Səbuhi Adil oğlu Qəhrəmanov | |
Doğum tarixi | |
Doğum yeri | Bərdə şəhəri, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahəsi | Ədəbiyyatşünaslıq |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası |
Təhsili |
Bakı Dövlət Universiteti N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
Elmi rəhbəri | Şirindil Alışanlı |
Həyatı
redaktəSəbuhi Qəhrəmanov 21 sentyabr 1988-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Gəncə şəhəri 24 saylı orta məktəbdə 1994-2005-ci illərdə təhsil almış, məktəbi fərqlənmə ilə bitirmişdir. 2006-cı ildən bu günə kimi ayrı-ayrı nəşriyyatlarla əməkdaşlıq etmiş, 400-dən çox elmi, elmi-kütləvi, bədii kitabın, eləcə də orta və ali məktəblər üçün dərslik və dərs vəsaitinin nəşrində redaktor, korrektor, tərtibatçı kimi yaxından iştirak etmişdir.
Təhsili
redaktəSəbuhi Qəhrəmanov 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində Nəşriyyat işi və redaktəetmə ixtisasının bakalavriat pilləsi — fərqlənmə diplomu ilə, 2010-2012-cu illərdə isə Bakı Dövlət Universitetində Nəşriyyat işi və redaktəetmə ixtisasının magistratura pilləsi — fərqlənmə diplomu ilə bitirmişdir.
2014-2018-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda dissertanturasında təhsil almış, 2018-ci ildə “Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)” mövzusunda dissertasiya müdafiə etmişdir. Tədqiqat işində 1920-1930-cu illər Azərbaycan ədəbiyyatının ayrıca mərhələ kimi dövrləşdirilməsi elmi obyektivlik mövqeyindən dəyərləndirilmiş, bolşevik işğalından sonra Azərbaycanda yaranan ictimai-siyasi mühitin ədəbiyyata təsiri, ədəbi prosesinin formalaşmasında həmin dövrün yaradıcılıq təşkilatları və mətbuatının rolu araşdırılmışdır. Bundan başqa, dissertasiyada 1920-1930-cu illərdə romantizm, maarifçi və tənqidi realizm ədəbi cərəyan və yaradıcılıq metodlarının yeni ictimai-siyasi mühitin təzyiqləri altında mövcudluğu, həmin dövrün ədəbi prosesinə təsiri araşdırılmış, sosializm realizmi metodunun formalaşma prosesi təhlil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2018-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasının bakalavriat pilləsini bitirmişdir[3].
Fəaliyyəti
redaktə2011-2014-cü illərdə AMEA-nın "Elm" nəşriyyatında ədəbi redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
2015-2018-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatında İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri vəzifəsində işləmişdir.[4] AMEA-nın mətbuat katibi kimi fəaliyyət göstərdiyi illərdə Akademiyanın kütləvi informasiya vasitələri ilə əlaqələrini möhkəmləndirmiş, yeni əməkdaşlıq əlaqələri yaratmışdır. Elm və elmi biliklərin populyarlaşdırılması və kütləvi təbliği sahəsində mövcud problemləri həmişə diqqət mərkəzində saxlamış, bu istiqamətdə zəruri işlər görmüşdür.[5] 2016-cı il 22 iyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri üçün N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında "Elmi təbliğ edək!" devizi altında yay məktəbi təşkil olunmuşdur. "Science Activity - 2016" adlı II Yay məktəbində ölkənin aparıcı media qurumlarının nümayəndələri üçün təlimlər keçirilmişdir.[6] Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri olduğu zaman, eyni zamanda, AMEA Rəyasət Heyətinin Həmkarlar təşkilatının sədr müavini olmuşdur.
2019-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatının direktorudur.[7] Direktor kimi fəaliyyətində əsas diqqəti “Elm” nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsinə yönəldib. Bu məqsədlə 17 iyul 2019-cu ildə “AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019-2020-ci illər üçün Tədbirlər planı” təsdiq edilib. Tədbirlər planına əsasən, “Elm” nəşriyyatının yeni korporativ imicinin formalaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir tələblər səviyyəsində rəsmi veb-saytının hazırlanması və s. nəzərdə tutulur.[8],[9],[10] Rebrendinq məqsədilə "Elm" nəşriyyatının yeni loqosu və şüarı müəyyənləşib. “Elm” nəşriyyatının yeni loqosu elm və kitabın simvolik vəhdətindən ibarətdir. Loqo cəmiyyətin intellektual tərəqqisini təmin edən elmin dəyərli kitabların mütaliəsindən doğması fikrini özündə ehtiva edir. Nəşriyyatın şüarı isə “Elm – tərəqqiyə aparan yol”dur.[11] "Elm" nəşriyyatı çap etdiyi AMEA-nın elmi jurnallarının beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin gücləndirilməsi istiqamətində işlər görür. Bu məqsədlə nəşriyyat ABŞ-nin “EBSCO” məlumat bazası ilə əməkdaşlığa başlayıb. Qurumlar arasında imzalanmış razılaşmaya əsasən, AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı elmi tədqiqatlar və nəşrlər bazası olan “EBSCO”ya daxil edilib.[12]
Üzv olduğu qurumlar
redaktə- Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurasının üzvüdür. Bu Elmi şuraya üzvlük Azərbaycanın akademik kitab nəşri sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə, elmi, elmi-texniki və soraq-məlumat ədəbiyyatının beynəlxalq mübadiləsinin inkişafına, akademik kitab nəşri sahəsində dövlətlərarası elmi və mədəni əlaqələrin genişləndirilməsinə imkan yaradır. Bundan əlavə, şura akademik kitab nəşri və kitab mədəniyyəti sahəsində müştərək nəşr layihələri və tədqiqat proqramlarının əlaqələndirilməsi, müsabiqə və elmi forumlarda keçirilməsi və s. vəzifələri icra edir[13].
- Mərkəzi Elmi Kitabxananın Elmi-Metodiki Şurasının üzvüdür.[14]
- Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
- AMEA Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc Tədqiqatçı” adlı Elmi-praktiki jurnalın redaksiya heyətinin üzvüdür[15].
- “Kitabşünaslıq və redaktor sənəti” elmi-nəzəri və təcrübi-metodik jurnalın redaksiya heyətinin üzvüdür.
- “METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 15-ci sayından jurnalın “Filologiya və Pedaqogika elmləri” üzrə redaksiya heyətinin üzvüdür.[16]
- 30 mart 2023-cü ildə Avropa Elmi Redaktorlar Assosiasiyasında bölmə sədri təyin olunub.[17]
Mükafat və təltifləri
redaktəƏsərləri
redaktə- "Bəkir Çobanzadə 1920-ci illər Azərbaycan ədəbiyyatı haqqında", məqalə, AMEA Xəbərləri (Humanitar elmlər seriyası), 2016/2, s.161-164
- “1920-1930-cu illər ədəbi prosesində realizmin hərəkətverici rolu”, Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı, tezis, 29-30 aprel 2016, II kitab, s.1048
- "Azərbaycan mətbuatının inkişaf mərhələləri (Sovet dövrü)". Bakı: “Sabah”, 2016, 104 səh. (P.H.Məmmədli ilə həmmüəllifli)
- "1920-ci illərdə Azərbaycanda ədəbi təşkilatlanma: milli ədəbiyyatın inkişafının iki yolu", məqalə, “Dil və ədəbiyyat” jurnalı, 2016/3(99) s.243-246
- "Азербайджанская литература в 1920-1930-х гг." ("Azərbaycan ədəbiyyatı 1920-1930-cu illərdə"), məqalə, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin xəbərləri (Filologiya seriyası), 2017/1(165), s.15-21
- "1920-1930-cu illər Azərbaycan ədəbiyyatında müxtəlif yaradıcılıq üslublarının qarşılıqlı təsiri və zənginləşməsi", məqalə, Filologiya məsələləri, 2017/5, s.399-408
- “1920-1930-cu illər Azərbaycan ədəbiyyatında yaradıcılıq metodlarının qarşılıqlı təsiri və zənginləşməsi”, Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı, tezis, 05-06 may 2017, II kitab, s.702-703
- "1920-1930-cu illər Azərbaycan ədəbi prosesində romantizmin mövqeyi", məqalə, “Dil və ədəbiyyat” jurnalı, 2017/3(103), s.214-219
- "1920-1930-cu illər Azərbaycan ədəbiyyatında realizm dəyərləri", məqalə, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu "Filologiya məsələləri", 2018, № 1, s.358-370
- "1930-cu illər Azərbaycan ədəbi prosesində romantizm və realizm", (məqalə), “İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda respublika elmi konfransının materialları, Bakı: “Elm” nəşriyyatı, 2019, səh. 240-243
- “1920-ci illərdə Azərbaycanda ədəbi təşkilatlar”, (məqalə), “Gənc tədqiqatçı” elmi-praktiki jurnal, 2020, № 2, səh. 118-122
- “Ömrün zirvəsində”, Bakı: “Savad”, 2021, 408 səh. (həmmüəllifli)
- "Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20–30-cu illəri)". Bakı: "Elm", 2022[22]
- “Heydər Əliyev və çağdaş ədəbiyyatda Azərbaycançılıq konsepti”. məqalə, “Dil və ədəbiyyat” jurnalı, 2023/1(121), s. 157-161
lər
redaktə- Sevda Əhədova.Müasir dünyada mədəniyyətlərarası münasibətlər. Bakı: "Elm", 2014, 348 səh.
- Lyudmila Səmədova. Tərcümə mətninin redaktəsi. Bakı: “Sabah”, 2016, - 124 səh.
- Böyüş Yaquboğlu. Oyaq ola-ola gördüyüm yuxu. Bakı: “Sabah”, 2016, - 312 səh.
- Daşqın Qənbərov. Ekologiya hüququ. Ümumi hissə. Bakı: “Sabah”, 2016, 380 səh.
- Daşqın Qənbərov. Ekologiya hüququ. Xüsusi hissə. Bakı: “Sabah”, 2017, 260 səh.
- Zaqatala folklor örnəkləri. I cild. Bakı: “Sabah”, 2017, - 504 səh.
- Qəzənfər Paşayev. Hüseyn Kürdoğlunun poetik dünyası. Bakı: “Sabah”, 2017, - 288 səh.
- Səfa Qarayev. Mifin tarixə müdaxiləsi: 21 dekabr 2012-ci il. Bakı: “Sabah”, 2018, - 204 səh.
- Əli Səfiyev. Conversational materials. Bakı: “Sabah”, 2018, 120 səh.
- Sərxan Xavəri. Folklor və milli mədəniyyət: funksional semantika problemləri. Bakı: Sabah, 2018, – 220 səh.
- Hikmət Quliyev. Virtual mühitdə folklor: ənənə və kommunikasiya. Bakı: "Sabah", 2018, – 256 səh.
- Rüfət Efendiyev. Demoqrafiya: dərs vəsaiti. Bakı: "Sabah", 2018, – 364 səh.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Səbuhi Qəhrəmanov direktor təyin olundu" (az.). Kult.az. 2019-01-16. 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-20.
- ↑ ""Elm" nəşriyyatının direktoru Avropa Elmi Redaktorlar Assosiasiyasında bölmə sədri təyin olunub". 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
- ↑ "Qəhrəmanov Səbuhi Adil oğlu" (az.). science.gov.az. 4 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 apr 2023.
- ↑ "AMEA-nın mətbuat xidmətinə yeni rəis təyin edildi" (az.). azertag.az. 2015-12-09. 2019-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-09.
- ↑ "AMEA-da elmi jurnalistikanın inkişafı və bu sahədə mövcud problemlər müzakirə edildi" (az.). azertag.az. 2017-11-30. 2016-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
- ↑ "Jurnalistlər üçün "Elmi təbliğ edək!" mövzusunda yay məktəbi keçirilib" (az.). azertag.az. 2016-07-15. 2020-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-15.
- ↑ "Səbuhi Qəhrəmanov direktor təyin edilib" (az.). SalamNews. 2019-01-16. 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-20.
- ↑ ""Elm" nəşriyyatının fəaliyyəti təkmilləşdirilir" (az.). azertag.az. 2019-07-17. 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-17.
- ↑ ""Elm" nəşriyyatının fəaliyyəti təkmilləşdirilir" (az.). muallim.edu.az. 2019-07-17. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-17.
- ↑ ""Elm" nəşriyyatının fəaliyyəti təkmilləşdirilir" (az.). science.az. 2019-07-17. 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-17.
- ↑ ""Elm" nəşriyyatının yeni loqosu və şüarı müəyyənləşib" (az.). azertag.az. 2019-08-06. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-06.
- ↑ ""Elm" nəşriyyatı ABŞ-nin "EBSCO" məlumat bazası ilə əməkdaşlığa başlayıb" (az.). azertag.az. 2019-08-19. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-19.
- ↑ "Arxivlənmiş surət". 2021-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-04.
- ↑ "Mərkəzi Elmi Kitabxanada Elmi-Metodiki Şura yaradılıb" (az.). mek.az. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2023.
- ↑ "Arxivlənmiş surət". 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-04.
- ↑ ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
- ↑ ""Elm" nəşriyyatının direktoru yeni vəzifəyə təyin olunub". 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
- ↑ ""Elm" nəşriyyatının direktoru Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılıb". 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
- ↑ ""Elm" nəşriyyatının direktoru "Əkinçi" milli mükafatına layiq görülüb". 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
- ↑ "Azərbaycan kitabları "Kitab sənəti" müsabiqəsində qalib olub". 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
- ↑ ""Elm" nəşriyyatının direktoru fəxri diplomla təltif olunub". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
- ↑ ""Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri" monoqrafiyası nəşr olunub" (az.). azertag.az. İstifadə tarixi: 4 apr 2023.