Seadabad Pakti - Wikipedia
Səadabad paktı — Türkiyə, İran və Əfqanıstan arasında, 1937-ci il 8 iyul tarixində Tehranda Səadabad sarayında imzalanan dörd tərəfli hücum etməmə paktı.[1]
Paktın bağlanmasının səbəbləri
redaktə- Sərhəd problemlərinin birdəfəlik şəkildə həllini tapması: Pakta üzv dövlətlərin hamısının İranla sərhəd problemi mövcud idi. Həmçinin mövcud sərhəd problemləri səbəbindən xüsusilə Türkiyə-İraq-İran üçbucağında kürd tayfaları sərhəd tanımadan üsyanlar edirdilər. Bu, paktın imzalanmasının ən əhəmiyyətli səbəbidir.
- Ölkələrin müstəqilliklərini bildirmək istəyi: Müstəmləkə və yarım müstəmləkə dövrlərindən qısa müddət əvvəl xilas olan bu dövlətlərin müstəqilliklərini tanıtdırması son dərəcə vacib idi. İlk dəfə olaraq bu məqsədlə, 1935-ci il 2 oktyabrda Cenevrədə Türkiyə, İran və İraq arasında üç tərəfli müqavilə paraflandı. Bura daha sonra Əfqanıstan da qoşuldu. Daha sonra İraq-İran sərhəd mübahisələrinin həlli (Şəttül-Ərəb uyğunsuzluğu), Türkiyə ilə İran arasında dostluq çərçivəsi daxilində sərhəd problemi daxil olmaqla hər bir sahəni tənzimləyən sazişlərin aktı; 1937-ci il 8 iyul tarixli Səadabad Paktının imzalanmasına imkan vermişdir.
Tərəflər; sazişdə ümumi olaraq bir-birilərinin daxili işlərinə qarışmayacaqlarını, ortaq maraqlarına aid olan məsələləri bir-birilərinə danışacaqlarını, bir-birlərinə qarşı hücum etməyəcəklərini və sərhədlərinin qorunmasına hörmət göstərəcəklərini vəd etmişdilər. Ancaq paktın əsas səbəbi olan kürd tayfaları problemi, 7-ci maddəninbu ifadələrində gizlidir: Pakta bağlı olan tərəflərdən hər biri öz sərhədləri daxilində digər bağlı tərəflərin müəssisələrini dağıtmaq, nizam və təhlükəsizliyini sarsıtmaq və ya siyasi rejimini pozmaq məqsədilə silahlı dəstələr, birliklər və ya təşkilatların qurulmasını və hərəkətə keçmələrini əngəlləmək vəzifəsi boyunlarına qoyulurdu. II Dünya Müharibəsi şəraitində sazişin digər müddəaları yararsız qalmış, lakin 7-ci maddə müqavilənin davamını təmin etmişdir. Səadabad Paktı; 1979-cu ildə İrandakı İslami rejim, paktı ləğv etdiyini işarə edənə qədər hüquqi varlığını davam etdirmişdir.
Paktın yaranması
redaktəİraq, İngiltərəyə olan bağlılığını tarazlaşdırmaq üçün İran və Türkiyəyə hücum etməmə paktı təklif etmişdir. Türkiyə isə ayrı-ayrı paktlar yerinə regional pakt qurulmasını təklif etmişdir. SSRİ-nin təklif etdiyi, Əfqanıstanın paktda yer alması fikri də qəbul ediləndən sonra pakt Tehranda imzalanmışdır.
İstinadlar
redaktə- ↑ League of Nations Treaty Series. 22–27.