Seadet Partiyasi - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Səadət Partiyası — Türkiyədə fəaliyyət göstərən siyasi partiya.
Səadət Partiyası | |
---|---|
Quruluş tarixi | 20 iyul 2001 |
Sələfi | Fəzilət Partiyası |
Baş qərargah | Ankara, Türkiyə |
İdeologiya |
Milli görüş İslamçılıq Ümmətçilik |
Üzv sayı | ▼ 217.441[1] |
Şüar | Yüreğinin sesini dinle, SAADET'i duyacaksın |
Parlamentdə |
20 / 600 |
Bələdiyyədə |
|
Saytı | saadet.org.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəSəadət Partiyası 2001-ci il iyul ayının 20-də Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın başçılığı ilə Millî Görüş hərəkatı daxilində Fəzilət Partiyasının davamçısı olaraq yaradılmışdır. Fəzilət Partiyasının Türkiyə Böyük Millət Məclisindəki üzvlərinin bu partiyaya keçməsilə Səadət Partiyası parlamentdə təmsil olunmuşdur. Partiyanın parlament qrup sədri ilahiyyatçı Nihat Hatipoğlunun qardaşı Ömər Hatiboğlu olmuşdur. Nəcməddin Ərbakanın siyasi fəaliyyətinə qadağa tətbiq edildiyi üçün o, partiya sədrliyindən istefa vermiş, 2003-cü ildə Rəcai Qutan sədr seçilmişdir. Daha sonra Numan Qurtulmuş partiya sədri seçilsə də, 2011-ci ildə parlament seçkiləri ərəfəsində p, partiyadan ayrılaraq hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olmuşdur. 2011-ci ilin Mart ayında Mustafa Kamalak partiyaya sədr seçilmişdir.
2002-ci il seçkilərində seçicilərini təxribat yolu ilə AKPyə uduzaraq 2% səs almış, TBMMdən kənarda qalmışdır. 2007-ci ildə də eyni nəticəni göstərib.
2013-cü ildə Bingöl Bələdiyyəsi və AKP Bingöl təşkilatı tam tərkiblə Səadət Partiyasına qatılmışdır. 2014-cü ilin Bələdiyyə seçkilərində Səadət Partiyası 3% səs, təxminən 2 milyon seçicinin dəstəyini qazanaraq Konya, Ərzurum, Ərzincan və Batmanda bir sıra rayon Bələdiyyələrini qazanmışdır.
2015-ci il parlament seçkilərinə Böyük Birlik Partiyası ilə ittifaq halında qatılan partiya ümumilikdə 2% səs toplayaraq parlamentə düşə bilməmişdir. 2016-cı ilin 15 iyul dövlət çevrilişi cəhdinə ilk etiraz edən Səadət Partiyasının 20 — yə yaxın üzvü xuntaçılar tərəfindən qətlə yetirilmişdir.
Hazırda partiyanın sədri 2016-cı ilin 30 oktyabr tarixli qurultayda seçilmiş keçmiş Rifah Partiyasından Sivas vilayət Bələdiyyəsi sədri olmuş Təməl Karamollaoğludur.
İstinadlar
redaktə- ↑ [Saadet Partisi Saadet Partisi] (#bad_url) (#bare_url_missing_title). 17 Eylül 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Ocak 2020.