Seedli Oymagi - Wikipedia
Səədli oymağı və ya Saatlı oymağı — Qaraqoyunlu tayfa ittifaqına daxil olan qurumlardan biri və əsas oymağı.
Səədli oymağı ilə eyni nəsildən olan Qaraqoyunlu dövlətini idarə edən Baharlı sülaləsinin də aid olduğu Yıva boyunun tarla belibağlısına bənzər damğası |
Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır: "Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd (səədli tayfasının yaşadığı yer) İrəvanın yaxınlığında yerləşir." "Naxçıvan və Çuxusəd tərəfə yolandılar".[1] Bu cümlə "Aləmara"da yüz dəfələrlə təkrar olunur. Deyilənə görə, o, Naxçıvan və Qarabağın sərhəddində bir vilayət olub. Yuxarıdakı cümlə də bunu təsdiq edir. "Çuxur" türkcə çala və quyu mənasındadır,[2] ancaq "səəd"in nə demək olduğunu bilmədik". Əllamə Qəzvini "Səəd" adının izahından xəbərsiz olduğunu bildirsə də, Faruq Sümər onu "Səudlu" tayfası ilə əlaqələndirir və yazır: "Səudlu tayfası Qaraqoyunlu qəbiləsinin ətrafında cəmlənmiş və milləti həmin adla Qaraqoyunlu yaratmış digər tayfaların və təşkilatların başında dayanmışdı. Bu tayfa öz adını miladi təqvimi ilə XIV əsrdə (ehtimal ki, qeyd olunan əsrin ikinci yarısının ortalarında və yaxud əvvəllərində) tayfanın idarə edilməsinə məsuliyyət daşıyan tayfa başçısı və əmiri "Səəd"in adından götürmüşdür. Belə görünür ki, bu əmirlə Qaraqoyunlu eli arasında qohumluq əlaqəsi olmuşdur. Çünki, iranlı müəlliflər Səədin övladlarını qaraqoyunluların zadəganları kimi qələmə almışlar. Hafiz Əbrunun yazdığına görə, Naxçıvanın və Sürməlinin ətrafı bu tayfanın qədimdən məskəni olmuşdur. Miladi təqvimi ilə 15-ci əsrdən sonra müxtəlif tarixi kitablarda haqqında danışılan bu tayfanın adı Səfəvilər dövründə İrəvanın və üç əyaləti əhatə edən məntəqələrə verilməklə Çuxursəd yaranıb. Həmin adın bu tayfanın yaşadığı ərazi ilə mütləq əlaqəsi olmalıdır". Səadət onu aram etdiyindən, Ona əvvəldən Çuxursəd adı verdilər. Əlbəttə, ad fələkdən nazil olur, Bu torpaqda səbəbsiz ad olmaz. Səadət ona görə bura nəsib olub ki, Bu vilayətin adına vurulub.
Çuxursəəd coğrafi istilahı türk Səədli oymağının adı ilə bağlıdır. Səədli oymağı isə daşıdığı bu adı Qaraqoyunlu boy bəyindən almışdır. XV yüzillikdən Naxçıvan və Sürməli bu oymağın yurdu olub, Arpa çayının Arazla birləşdiyi yerdən başlayaraq iki çay arasındakı çuxur isə Səədli oymağının qışlağı idi. Ona görə buraya Səədli çuxuru deyilmiş və sonralar bu Çuxursəəd istilahı şəklində işlənmişdir. XVI-XVIII yüzilliklərdə Azərbaycanın mərkəzi İrəvan olan şimal-qərb vilayəti dövrün qaynaqlarında Çuxursəəd adı ilə yazıya alınmışdır (11, № 6, 15). V.Minorski İsgəndər bəy Münşinin "Tarix-i alamara -yi Abbasi" adlı əsərinə istinad edərək yazır ki, Qars Çuxursəədlə Ərzurum arasında yerləşir və bu vilayət digər tərəfdən Axısxa ilə həmsərhəddir.[3]
Öz adını XIV əsrdə Səəd bəyin adından götürən bu tayfanın ən görkəmli nümayəndəsi Pirhüseyn bəy idi. O, Ələşgird döyüşündə Mirzə Şahruxun mülazimləri tərəfindən qətlə yetirilmişdir. XIV əsrin sonu-XV əsrin əvvəllərində Naxçıvan və Sürməli bölgəsi bu tayfanın hakimiyyəti altında olmuşdur. 1411-ci ilədək Çuxursəəd mahalını idarə edən Əmir Sədin oğlu Pirhüseynin hakimiyyəti zamanı İrəvan sədluların inzibati mərkəzi olmuşdur. Tayfanın görkəmli nümayəndələrindən biri Hüseyn Sədlu idi ki, o da Cahanşahın adından Astrabad hakimi idi. Sultan Hüseyn Bayqara ilə döyüşən Hüseyn Sədlu bu döyüşdə həlak olmuşdur. Sədlu tayfasından olan Saru Pirəli Cahan şahın Bağdadı fəth etməsi zamanı (Bağdad mühasirəsi) Dəclədə boğuldu. Onun oğlanları Mirsübhan bəy və Əmir bəy Həsən padşahın əmirlərindən idilər.[4] Pirhüseyn bəyin övladlarından Alovxan bəy Şah Təhmasib zamanında kiçik əmir idi. I Şah Abbas zamanında yüksək sultanlıq rütbəsinə çatan Fərhad xan isə Bayram bəyin övladlarından idi.
Yüksək "övlad" ("fərzənd") ləqəbinə layiq görülmüşdü və heç bir xoşbəxtin təsəvvür edə bilməyəcəyi ali bir rütbəyə və möhtərəm mənsəbə yetişmişdi.[4] Lakin, sonradan onun kiçik bir səhvi onu padşahın gözündən saldı. Onun başını nizəyə keçirərək Heratın bazar və məhəllələrində gəzdirdilər. Fərhad xanın qardaşı Zülfüqar xan isə mötəbər xanlardan olmuş, I Şah Abbas onu Ruma səfir göndərmiş, sonra isə o Ərdəbil hakimi təyin edilmişdir.
F.Sümər isə bildirir ki, qaynaqlar Sədin övladlarının Qaraqoyunlu hökmdarları ilə əmiuşağı olduğunu göstərir. XV əsrdən etibarən adı mənbələrdə tez-tez təkrar olunan "Çuxur-səd" bəylərbəyliyinin adı da Qaraqoyunlu dövlətinin yaranmasında böyük rolu olan bu tayfa ilə bağlı olmuşdur.
Oymağın bir hissəsi İrəvan əyalətinə, oradan da Qazax-Borçalı bölgəsinə və sonra Azərbaycanın Qarabağ və Şirvan əyalətlərinə (Muğan mahalı da daxil) səpələnmişdir.[5]
Oymağın nümayəndələri
redaktə- Əmir Sad (XIV əsrin sonu – 1410-cu il Çuxursəəd hakimi olaraq );
- Pirhüseyn bəy (Əmir Sadın oğlu, 1410-cu ildən Çuxursəəd hakimi olaraq);
- Piryaqub (Pirhüseynin oğlu, 1420-ci il Çuxursəəd hakimi olaraq);
- Əbdül (Pirhüseynin oğlu-1430-cu il Çuxursəəd hakimi olaraq)[6]
- Hüseyn Sədlu bəy (XIV əsrin birinci yarısından Astrabad hakimi)
- Saru Pirəli (XIV əsrin birinci yarısından)
- Mirsübhan bəy (Saru Pirəlinin oğlu)
- Əmir bəy (Saru Pirəlinin oğlu)
- Alovxan bəy (Şah Təhmasib zamanında kiçik əmir)
- Bayram bəy
- Fərhad xan (Bayram bəyin oğlu, Şah Abbas zamanında əmir)
- Zulfüqar xan (Bayram bəyin oğlu, Şah Abbas zamanında Ərdəbil hakimi)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Kürdlərin tarixi" 2:172
- ↑ Pave Dukurtinin lüğəti və Çuxuryurt adlanan yerdə Məsudinin sərgüzəşti
- ↑ Sazimani idarəyi hökuməti Səfəvi və ya təlifati Minorski bərai Təzkirətül-mülük, Tərcomai Məsud Rəcəb-niya, Tehran, İntişarati Əmir Kəbir, 1368, səh. 191
- ↑ 1 2 ``Qızılbaşlar tarixi``(``Tarixi-Qezelbaşan``), Bakı 1993, səh.20
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Дәрмирлигышлаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.
- ↑ İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, Azərbaycan, 2010, s.58-59.