Suskend - Wikipedia
Süskənd - Haqqında Məlumat
Süskənd — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Süskənd | |
---|---|
41°26′42″ şm. e. 46°52′19″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 454 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəSüskənd kəndi Fıstıqlı, Çinarlı və Qum kəndləri ilə birlikdə Qum kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Qum bələdiyyəsi tərəfindən idarə edilir.
Toponimikası
redaktəSüskənd oyk, mür. Qax r-nunun Qum i.ə.v.-də kənd. Qum çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XVIII əsrin ikinci yarısında, İlisu sultanı Xanbaba bəy dövründə Əmircanlı kəndinə məxsus sahədə salınmışdır. Oykonim yaxınlıqda axan Süs çayının adı ilə bağlıdır.[1]
Əhalisi
redaktə- 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Süskənd kəndində milli tərkibi muğallardan ibarət 20 ailə yaşayırdı.[2] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
- 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Qum kənd cəmiyyəti tərkibinə daxil olan Süskənd kəndində 33 evdə sünni etiqadlı müsəlman avarlardan (24 evdə 70 nəfər kişilər və 56 nəfəri qadınlar olmaqla toplam 126 nəfər), ingiloylardan (7 evdə 22 nəfər kişilər və 12 nəfər qadınlar olmaqla toplam 34 nəfər) və tatarlardan[3] (2 evdə 2 nəfəri kişilər və 4 nəfəri qadınlar olmaqla toplam 6 nəfər) ibarət 166 nəfər (94 nəfəri kişilər, 72 nəfəri qadınlar) əhali yaşayırdı.[4] Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdirlər.
- Hazırda kənd əhalisi etnik azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışır.[5]
- 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Qum kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2881 nəfər (1422 nəfəri kişilər, 1459 nəfəri qadınlar) əhali yaşayırdı.[6]
- 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Süskənd kəndində 63 təsərrüfatda hər iki cinsdən toplam 227 nəfər əhali yaşamaqdadır.[7]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
- ↑ Qeyd: azərbaycanlılardan
- ↑ Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
- ↑ SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The Sociolinguistic Situation of the Tsakhur in Azerbaijan Arxivləşdirilib 2012-03-14 at the Wayback Machine
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qax rayonu[ölü keçid]
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |