Sureyya Qasimova - Wikipedia
Sürəyya Məcid qızı Qasımova (28 sentyabr 1934, Tiflis – 23 iyul 2005) — azərbaycanlı aktrisa.
Sürəyya Qasımova | |
---|---|
Doğum tarixi | 28 sentyabr 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyul 2005 (70 yaşında) |
Fəaliyyəti | Aktrisa |
Həyatı
redaktəSürəyya Qasımova 1934-cü ilin sentyabrında qədim Tbilisi şəhərində anadan olmuşdur. Atası Məcid Qasım oğlu İbrahimov Borçalı nümayəndəliyinin Sarvan kəndindən idi. Anası Məleykə Fərəməz qızı Qasımova da əslən Sarvandan olub, varlı və imkanlı adamlardan birinin Fərəməz kişinin qızıdır.[1]
Sürəyya birinci sinfə bir il heç getməsinə baxmayaraq, 1953-cü ildə 49 nömrəli Tbilisi qadın rus orta məktəbini əla qiymətlərlə bitirib elə həmin ildə də Azərbaycan Xarici Dillər İnstitutunun alman dili fakultəsinə daxil olur. Dörd il əla qiymətlərlə oxuyan Sürəyya həm də guclu idmançı və təşkilatçı idi.
Oxuduğu illərdə Bakı şəhərində keçirilən bir sıra elmi-praktik konfranslarda yaxından iştirak edib, alman və Azərbaycan ədəbiyyatının ali və orta məktəblərdə tədrisi haqqında məruzələrlə çıxış etmişdir.
Sürayya hələ Tbilisidə orta məktəbdə oxuduğu vaxt 5 ilə yaxın Gürcüstan SSR-in gənclərdən ibarət yığma basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olmuşdur.[2]
Onu butun azərkeşlər "tatar balası" deyə çağırırdılar. Sürəyya xanım idmanın bu növü ilə institut illərində də məşğul olmuşdur.
Respublikanın tələbələrdən ibarət yığma komandası tərkibində Sürəyya Qasımova Moskva, Sankt-Peterburq Tbilisi, Bakı, Gəncə və s. şəhərlərdə oynamışdır onun haqqında, özünün söylədiyi kimi, unudulmaz anlar olmuşdur.
Sürəyyaya həm də gözəl səsə malik idi. O, ən çox xalq mahnılarını və seygahları ifa edirdi. 1956-1957-ci illərdə Bakıda keçirilən olimpiadada onun məlahətli ifaşı haqqında dahi müğənnimiz SSRİ xalq artisti Bülbül belə demişdir: Sürəyya "balaca Şövkətdir". Bundan bir il sonra o, Moskvada VI Ümumdünya Mahnı və Rəqs Olimpiadasında uğurla çıxış edir. Sürəyya bu olimpiadaya bir solist kimi dəvət olunmuşdu. Sürəyya başda olmaqla Azərbaycan mahnı və rəqs ansablının Moskvadakı çıxışları Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və deş nişanlı ordeni ilə təltif edilmişdi. Bu muvəffəqiyyətlərlə yanaşı, Sürəyyanın bir səhnə artisti kimi də istedada malik olması meydana çıxdı. İnstitutun III kursunda imtahandan əla qiymət alıb çıxanda, özünü rəfiqələrinin üstünə ataraq əla qiymət aldığını bildirdi. Bunu görən bir qadın yaxınlaşıb soruşdu: "Qızım! Sən kinoya çəkilmək istəyirsənmi?" Sürəyyanın əvəzinə rəfiqələri birağızdan "əlbəttə-əlbəttə çəkilmək istəyir"-deyə cavab verdilər. Sürəyya öz razılığını bildirdi. Bu qadın Bakı kinostudiyasının rejissoru L.D.Berla idi. Səhərisi gün Sürəyya filmin quruluşçu rejissoru Lətif Səfərovla görüşüb, çəkiliş haqqında söhbət etdilər. Müəyyən çəkilişdən sonra Həsən Seyidbəyli debyut haqqında belə dedi: "Bu ki anadan-gəlmə Gülpəridir." Bu, Sürəyyanın ilk filmi idi. 1957-ci ildə "Aygün" (Şəfiqə rolu), "Kölgələr sürünür" (Afət), "Yeni il gecəsi" və s. filmlərdə baş rollarda çəkilir.
1958-ci ildə Sürəyya institutu əla qiymətlərlə bitirib burada laborant vəzifəsində işə başlayır. Bir müddətdən sonra onu həmin kafedrada alman dilinin qrammatikası və leksikası üzrə müəllim təyin edirlər.
Şəxsi həyatı
redaktəSürəyya Qasımova məşhur futbolçu Kamil Eynullayev ilə ailə həyatı qurmuşdur.[3] Bir oğul övladı vardır.[4]
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "Dörd sənətin yiyəsi - "Qızmar günəş altında" filminin Gülpərisi yığma komandanın kapitanıymış". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
- ↑ "Anasından gizli filmə çəkildi, məşhur futbolçu ilə ailə qurdu, səssiz-küysüz dünyasını dəyişdi – Kinomuzun Gülpərisindən maraqlı faktlar". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
- ↑ ""Qalatasaray"a üç qol vurmuş azərbaycanlının acı taleyi". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
- ↑ "Ölümündən heç kimin xəbəri olmayan məşhur aktrisa". Youtube.com. Etibar Vafa. 2024-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-04.
Xarici keçidlər
redaktə- Cabir, S. “Gənc istedadlar” [Müəllim-aktrisa, "Qızmar günəş altında" kino-filmində Gülpəri rolunu oynayan Sürəyya Qasımova və Opera və Balet Teatrının gənc balet artisti Rəfiqə Axundova haqqında] //Ədəbiyyat və incəsənət.- 1957.- 28 dekabr.