Suneni Ibn Mace - Wikipedia
Sünəni-İbn Macə (ərəb. سُنن ابن ماجة). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittənin) biridir.
Sünəni-İbn Macə | |
---|---|
ərəb. سنن ابن ماجه | |
Müəllif | İbn Macə |
Janr | İslam |
Orijinalın dili | Ərəbcə |
Müəllifi İbn Macədir (m. 824–887) (h.q. 209–273). Əsərin əsil adı "Kitəbus Sunən" olsa da müəllifinə nisbətlə "Sünəni İbn Macə" olaraq anılır.
Haqqında
redaktəMüəllif
redaktəƏl Hafiz Əbu Məhəmməd ibn Yəzid ibn Macə əl Qəzvini 824-cü ildə Qəzvin şəhərində doğulub[1]. 22 yaşından hədis toplamaq məqsədilə Misir, Xorasan, Rey, İraq, Hicaz və b. yerlərə səfər etmişdir. Və ən məşhur əsəri olan "Kitəbu Sunən" əsərini yazmışdır. İbn Macə 887-ci ildə vəfat etmişdir.
Əsər
redaktəKitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Müəllif əsəri 5 cilddə tərtib etmişdir. Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 4341 hədis yığmışdır.
Kitabları (Bölmələri)
Nəşrləri
redaktəKitab ərəb dilində bir neçə dəfə nəşr olunub :
- Sünən ibn Macə, Məktəbə əl-İlmiyyə, Beyrut
- İbn Macə, əs-Sünən, "Məktəbətul-Maarif lil-Nəşr vəl-Təuzi", ər-Riyad, Səudiyyə Ərəbistanı, 1417/1997; təhqiq: Nasiruddin əl-Albani və Məşhur b. Həsən Al Salman yüklə
Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub :
- İbn Mace, "Sünen-i İbn-i Mace" Tercüme ve Şerhi, çeviren : Haydar Hatipoğlu, "Kahraman" Yayınları, 10 cilt. oxu Arxivləşdirilib 2012-06-14 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ al-Dhahabi, Muhammad ibn Ahmad (1957). al-Mu`allimi. ed (in Arabic). Tadhkirat al-Huffaz. 2. Hyderabad: Da`irat al-Ma`arif al-`Uthmaniyyah. pp. 636.
Həmçinin bax
redaktə İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |