Sulh Korpusu Tbilisi - Wikipedia
Sülh körpüsü (gürc. მშვიდობის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən piyada körpüsü. Metexi körpüsü (axar ilə aşağıda) ilə Brataşvili körpüsü (axarı ilə yuxarı) arasında yerləşir. Körpü II İrakli küçəsi ilə Rike parkını birləşdirir. 156 metr uzunluğa malik körpü polad konstruksiyadan yığılmışdır. Üzəri isə şüşə ilə örtülüdür. Bütün konstruksiya 4 dirək üzərində durur. Körpüyə istər II İrakli küçəsindən, istərsə sahil bulvarından gəlmək mümkündür. Körpünün eni 5 metrdir. piyadaların hərəkətinə hesablanmış körpünün inşasına 2010-cu ildə başlanılmışdır.
Sülh körpüsü | |
---|---|
gürc. მშვიდობის ხიდი | |
41°41′34″ şm. e. 44°48′29″ ş. u.HGYO | |
Keçid | piyadalar üçün |
Yeri | Tbilisi |
Üslubu | Asma |
Material | dəmir-beton |
Uzunluğu | 156 metr |
Eni | 5 metr |
Açılışı | 6 may 2010 |
Vikianbarda əlaqəli mediafayllar |
Körpünün memarı italyalı Mikele de Lukkidir (it. Michele De Lucchi). Buna qədər o Gürcüstanda Gürcüstan Mərasim Sarayını və Gürcüstanın Daxili İşlər Nazirliyinin binasının memarı olmuşdur. İşıqlandırma üzrə dizayneri isə fransız Filipp Martinodur.[1]
Körpünün dizaynı şəhər əhalisi arasında xoşagəlməz təssüratlar oyadır.[2]
Tarixi
redaktəKörpü Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin göstərişi əsasında inşa edilmişdir. Belə bir körpünün inşası 2008-ci il avqust ayında, Gürcü-osetin münaqişəsindən sonra meydana gəlir. Körpünün sifarişçisi isə Tiflis şəhər meriyası olur.[3]
Körpü rəsmən 6 may 2010-cu ildə istifadəyə verilmişdir.[4]
İstinadlar
redaktə- ↑ ეკა ლომიძე. "ამაზე გრძელი, ამაზე დიდი… ჯერ არ მინახავს მე მტკვარზე ხიდი!". სტატია (gürcü). გაზეთი კვირის პალიტრა. 17-05-2010. 2010-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-04.
- ↑ "Тбилиси, который мы потеряли". 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
- ↑ "Arxivlənmiş surət". 2016-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
- ↑ "შუშის საფეხმავლო ხიდი დღეიდან ექსპულატაციაში შევა". ნიუსი (gürcü). საინფორმაციო პორტალი „ექსპრესნიუსი”. 06/05/2010. 2013-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-04.
Mənbə
redaktə- Мост Мира, строительный портал mshenebloba.info;
- Освещение моста, видео-портал www.mayomo.com;
- Мост Мира и Рике, прямая трансляция. видео-портал livegeorgia.ge;
- Layihə haqqında məlumat Mikele de Lukki saytında (ital.).