Sozun Leksik Menasi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Hər bir söz müəyyən məna ifadə edir. Sözün əsas vəzifəsi əşya, hadisə, hərəkət və s. adlandırmaqdır. Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir.
Sözün leksik mənası dedikdə, onun əsas lüğəvi mənası, birbaşa ifadə etdiyi məna nəzərdə tutulur. Leksik məna konkret predmet barədə olan məlumat, həmin sözü deyərkən nəyi başa düşməyimizdir.
Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar:
- . Həmin sözə yaxın mənalı söz seçməklə (zəngin – varlı – dövlətli, aramla – sakit -tələsmədən).
- . Sözün məzmun, əlamət və xüsusiyyətlərini izah etməklə (dalbadal – arasıkəsilmədən, ardıcıl).
- . Mürəkkəb sözün tərkib hissələrinin mənasını açmaqla (üçbucaq – bucaqlarının sayı üç olan fiqur, enliyarpaqlı – yarpaqları enli olan).
- . Sözə əks mənalı söz seşməklə (yaxşı-pis, düz — əyri, irəli – geri) və s.
Leksik məna, həqiqi mənası ilə (əgər varsa), onunla birbaşa əlaqəli olan sözlərin mənasıdır. Leksik məna özündə əsas məna və köməkçi mənaları birləşdirir. Bir sözün bütün metafor olmayan mənalarını əhatə edir.
Söz özündə müəyyən mənanı daşıyır. Bu məna əşyaları, hadisələri bir-birindən ayırmağa, onları fərqləndirməyə, eyniləşdirməyə və s. imkan verir. Bütün sözlər müəyyən məna ifadə edir, mənalar isə sözlərdə yaşayır. Cəmiyyətin dəyişməsi, əşya və hadisələrin dəyişməsi, dini və ictimai qaydalardakı dəyişikliklər və s. səbəbilə zaman – zaman bəzi sözlərin mənası da dəyişir. Belə ki, sözlərin mənası genişlənə bilir və darala bilir. Sözlərin yeni törəmə mənalarının yaranması, sinonimlərinin əmələ gəlməsi ilə söz öz mənasını genişləndirir (imtahan, yoldaş və s). Sözün mənaca daralması isə əvvəllər bir neçə məna ifadə edə bilən sözlərin zamanla yalnız bir mənada işlədilməsidir (aş, tütün və s.). Deməli, tarixi inkişaf prosesində bəzi sözlər əlavə yeni mənalar kəsb etməklə yanaşı, bəzilərinin mənaları unudulur. Sözün törəmə mənalarından yeni məcazi mənalar yaranır.
Dilimizdəki sözlər həm həqiqi, həm də məcazi mənada işlədilir. Söz tələffüz edilərkən ağıla gələn ilk məna həqiqi mənadır. Həqiqi məna sözdə əsasdır. İnsanlara məxsus müəyyən hərəkətləri əşyalara, hadisələrə və s. aid etmək nəticəsində meydana çıxan sonrakı məna isə məcazi mənadır: insanın ayağı (həqiqi) – kəndin ayağı (məcazi), insanın qolu (həqiqi) – çayın qolu (məcazi), uşaq yatdı (həqiqi) – külək yatdı (məcazi). Məcazi məna sözdə qeyri — əsasdır. Sözün əsas mənası olmasa, məcazi mənası da ola bilməz. Yəni məcazi məna həqiqi məna vasitəsilə predmetə aid olur.
Bədii əsərlərdə sözlərin məcazi mənalarından daha geniş istifadə olunur. Məsələn, soyuq hava, soyuq su ifadələrində soyuq sözü həqiqi mənasında, soyuq adam, soyuq münasibət ifasəsində isə məcazi mənada işlənmişdir.